Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 38,32 Kb.
səhifə4/7
tarix09.05.2022
ölçüsü38,32 Kb.
#56918
növüMühazirə
1   2   3   4   5   6   7
Meşə genetikası - 3

MUTASİYA

Mütasiya qəflətən və sıçrayışla baş verən, irsən keçən dəyişkənliyə deyilir. Bu cür dəyişkənlik orqanizmin fərdi həyatının bütün mərhələlərində: qametlərdə, ziqotda, yetkin və qoçaqlıq dövründə də baş verə bilər. Mutasiya orqanizmin istər somatik və istərsə də cinsiyyət hüceyrələrində əmələ gəlir. Mutasiya ishalını (terminin) ilk dəfə genetikaya Quqo–de Friz gətirmişdir. Lakin bu haqqda olan anlayışı ondan əvvəlki alimlərin əksərində rast gəlirik.

Quqo –de friz 1880 -ci ildən başlayaraq təcrübə apardığı Enotera Lamargina (Oenothera Lamarkina) adlanan bitkilərin içərisində mutasiya baş vermiş formalar müşahidə olunur. Bəzi bitkilər öz əlamətləri ilə enotera növündən elə kəskin fərqlənmişdilər ki, hətta, de Friz onları yeni növ adlandırmışdır. Mutasiya hadisəsi bitkilərin boyuna, yarpaqlarına və.s.əlamətərinə toxunaraq başlanğıc bitkilərdən çox fərqlənən formaların meydana çıxmasına səbəb olur.

De Friz 1901–ci ildə “Mutasiya nəzəriyyəsini” irəli sürdü. O,enotera bitkisində baş verən dəyişilmələri bir neçə qrupa ayırdı. 1–ci qrupa retroqressiv mutasiyalar daxildir. Bu cür mutasiyalar irsiyyət faktorlarının əvvəlki aktiv fəaliyyətindən passiv latent (gizli) fəaliyyətə keçməsi ilə xarakterizə olunur.

Mutasiyalar mikroorqanizmlərdən başlayaraq insanlara qədər bütün canlılarda baş verən hadisəsidir. Mutasiyalar orqanizmlərin bütün daxili və xarici orqanlarda, morfoloji əlamətlərində, fizioloji funksiyalarında baş verir. Canlılar aləmində təbii yol ilə baş verən mutasiyalara spontan mutasiyalar deyilir. Sonralar alimlər süni yolla da müxtəlif mutagen amillərin təsiri ilə mutasiyalar almışlar. İstər təbii və istərə də eksperimentlə əmələ gələn mutasiyaları əsas etibarilə 4 qrupa ayırılar:


  1. Genlərdə baş verən mutasiyalar. Buna nöqtəvi mutasiyalar deyilir.

  2. Xromosomların quruluşunda baş verən mutasiyalar.

  3. Xromosomların sayında baş verən mutasiyalar və ya genom mutasiyalar.

  4. Sitoplazmatik mutasiyalar və ya plazmogendə baş verən dəyişkənliklərdir. Mutasiyalar orqanizmlərin həyatiliyinə müxtəlif cür təsir göstərir.

Əksər mutasiyalar canlıların həyatiliyinə mənfi təsir göstərir, onların ölümünə səbəb olur. Bu cür mutasiyalara letal mutasiyalar deyilir.

Bitkilər aləmində bu cür mutasiyaların təsiri müxtəlif şəkildə təzahür edir. Bitki hələ rüşeym halında ikən ölür, kök sistemi əmələ gəlmir, dölsüzlük meydana çıxır, xlorofil inkişaf etmir, albinizm baş verir və.s.



Hələ Ç.Darvinin vaxtında məlum olmuşdur ki, üzvi aləmdə tam bir- birinə oxşar olan iki fərdə rast gəlmək olmaz. Hətta eyni növə mənsub olan, eyni ailədən əmələ gələn fərdlər belə bu və ya başqa bir əlaməti ilə bir– birindən fərqlənir. Mendelizm bəhsindən gördük ki, yalnız bir allel ilə (məs, A və a ) fərqlənən valideynlərin birinci nəsli F1 genotipcə valideynlərindən fərqlənir. F2-də isə AA1 və aa genotipli orqanizmlər meydana çıxır. 2,3,4, və i.a. allellərlə fərqlənən valideynlərin ikinci nəsildə fenotipcə və genotipcə nə qədər müxtəlif fərdlərin meydana gələcəyini təsəvvürə gətirmək çətin deyildir. Lakin bir–birindən 10 genlə fərqlənən valideynlərin heteroziqotların təsəvvürə gətirdikdə görürük ki, bunların ən azı 59049 cür müxtəlif genotipik kombinasiyaları meydana gələ bilər. Müxtəlif növlərin fərdlərinin genotipində isə yüzlərcə, minlərcə, yüz minlərcə gen olur. Bunlarda mutasiyalar sayəsində dəyişiklik baş verir. Çoxalma zamanı bu mutasiyaya tutulmuş allel genlərlə normal allellər arasında çox müxtəlif heteroziqot fərdlər dünyaya gələ bilər. Bu cür irsiyyətcə polimer polimorfzmin sıxlığı və çoxluğu canlıların çoxalma qaydaları ilə əlaqədardır. Bu baxımdan öz–özünə tozlanan bitkilərlə çarpaz tozlanan bitkilər arasında fərq çoxdur. Cinsiyyətli çoxalan heyvanlarda da nəsil iki fərdin çarpazlaşması sayəsində meydana gəlir. Əgər bu təsərrüfatda iki cinsdən olan heyvanlar saxlanılırsa və ayrılıqda çoxaldılırsa, iki populyasiya formalaşmış olar. Bitkilərdə bu qayda üzrə müxtəlif poulyasiyalar yaradılar. Öz–özünə tozlanan bitkilərdə eyni bir–birinin nəslini artırmaqla saf xətt yaradılır.


Yüklə 38,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin