Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 38,32 Kb.
səhifə3/7
tarix09.05.2022
ölçüsü38,32 Kb.
#56918
növüMühazirə
1   2   3   4   5   6   7
Meşə genetikası - 3

Növləri qoruyub saxlayır - Növə aid olan fərdlərin dəyişən mühit şəraitinə uyğunlaşması və sağ qalmasını təmin edir.

  • genotip dəyişmir;

  • irsən ötürülmür;

  • növlərin uyğunlaşmasını təmin edir;

  • tədricən baş verir;

  • qrup xarakterlidir.

    Canlı orqanizmin inkişafı müəyyən şəraitdə gedir. Orqanizm xarici mühit amillərinin təsirinə cavab vermək xassəsinə malikdir. Onların xarici mühitin təsirlərindən müəyyən norma daxilində dəyişilməsi onların genotipləri ilə əlaqədardır. Daha doğrusu biz modifikasiyanı orqanizmlərin genotipindən asılı olmayan dəyişkənlik kimi təsəvvür etməliyik. Modifikasiya orqanizmlərin genotipi dairəsində baş verən fenotipik dəyişkənlikdir. Bu dəyişkənliklər genotipə toxunmur, buna görə irsən nəslə keçmir. Keyfiyyət  əlamətləri (qan  qrupları, rezus  amili,  zülal  tipləri, rəng və s.) əsasən  irsiyyətin  nəzarəti altında  saxlanılır. Lakin xarici mühitin amillərinə qarşı bu cür dəyişilmələr genotiplə idarə olunur. İlk dəfə İohansen 1911-ci ildə genetikaya genotipfenotip anlayışını daxil etmişdir. Fenotipik və genotipik dəyişkənliyi “təmiz xətlər” nəzəriyyəsi ilə izah etmişdir. Orqanizm və mühit problemi İohansenin paxla bitkisinin populyasiyası üzərində apardığı tədqiqatı genotiplə fenotipin qarşılıqlı əlaqə və münasibətlərini aydınlaşdırmağa imkan verdi. Yuxarıda göstərilənlərdən bir daha aydın oldu ki, modifikasiya irsən keçməyən dəyişkənlikdir.

    Genlərin fəaliyyəti xarici və daxili amillərin təsiri şəraitində baş verir. Belə məlum olmuşdur ki, hər bir orqanizmin müxtəlif əlamət və xassələrinin özünəməxsus reaksiya normaları vardır. Bu anlayışı bir klassik misal üzərində izah edək. Himalay ada dovşanları cinsinin bədəni əsasən ağ tüklə örtülü olur. Lakin onları tam ağ dovşanlardan-albinoslardan fərqləndirən bəzi əlamətləri vardır. Himalay dovşanların dərisi xassə olaraq quyruq, ayaqlar, burun qara tüklə örtülü olur. Himalay ada dovşanını albinos (yəni piqmentlərdən məhrum olan) tam ağ dovşanlarla çarpazlaşdırdıqda birinci nəsildə himalay dovşanının əlamətləri dominant olur. Himalay ada dovşanının belindən bir sahənin tüklərini kəsib, temperaturu aşağı olan bir mühitdə saxlasaq və ya o yerə buz bağlasaq bir müddətdən sonra həmin yerdən qara tüklər çıxacaqdır. Deməli, aşağı temperaturun təsirinə bu cür reaksiya göstərmiş olur. Belində təcrübə yolu ilə qara tük əmələ gəlmiş himalay dovşanından bala aldıqda həmin əlamətin irsən keçmədiyini görəcəyik. Deməli, himalay dovşanın tük örtüyü ancaq genotip daxilində dəyişkənliyə uğrayır, ondan kənara çıxmır. Bu cür reaksiya norması daxilində baş verən dəyişkənliklər orqanizmin təkamül prosesində qazandığı bir xassədir. Modifikasiya dəyişkənliyi yalnız həmin dəyişkənliyin meydana çıxmasına səbəb olan xarici mühit şəraiti mövcud olduğu halda, yeni nəsil baş verə bilər. Məs., bir çox cücünün rəngi alçaq temperaturda tünd, yüksək temperaturda isə açıq olur. Mövsüm ilə əlaqədar olaraq mühit şəraitinin dəyişilməsi qısaömürlü orqanizmlərin müxtəlif nəsillərində dəyişkənliyin meydana çıxmasına səbəb olur. Belə dəyişkənliyə mövsümi dəyişkənlik deyilir. Bir növə aid olan orqanizmlərin müxtəlif yerlərdə (məs., bataqlıq, bozqır, səhra, meşə və s.) yaşaması onlarda ekoloji dəyişkənliyin meydana çıxması və ayrı-ayrı ekotiplərin yaranmasına səbəb olur. Dəyişkənliyin  bu  növü əsasən  orqanizmin  yaşadığı  mühit  şəraitində  ətraf mühit amillərinin dəyi-şilməsi və təsiri nəticəsində baş verir. Modifikasiya tipli dəyişmələr irsən keçilirsə də, lakin modifikasiyalaşma qabiliyyəti irsi xarakter daşımır. Modifikasiyalaşdırma qabiliyyəti növün təkamülü prosesində qazanılmış bir uyğunlaşmadır. Hər bir canlı mühit amillərinə müəyyən amplituda daxilində reaksiya göstərir. Modifikasiya tipli dəyişkənliyi genetik baxımdan düzgün başa düşmək üçün reaksiya norması anlayışı ilə tanış olmaq lazımdır. Genotiplə müəyyən olunan və xarici mühitin təsirindən asılı olaraq orqanizmin əlamətlərinin müəyyən hüdud daxilində təzahür dərəcəsinə reaksiya norması deyilir.

    Reaksiya normasını öyrənmək üçün ilkin növbədə genetik nöqteyi nəzərdən həmcins materialı müxtəlif mühit şəraitinə yerləşdirmək lazımdır. Reaksiya normasını öyrənmək üçün konkret misallara müraciət edək.


    Məlumdur ki, taxıl bitkisi öz-özünə tozlanan bitkidir. Azərbaycan Respublika-sı EA genetika və seleksiya institutunun əməkdaşları 70-ci illərdə iki il ərzində taxıl bitkisinin bir sortu üzərində öz-özünə tozlanma apararaq sırf təmiz xətlər əldə etmiş-lər. Sonra eyni ildə əldə olunan taxılın toxumlarını müxtəlif şaquli zonalarda: Abşe-ron-dəniz səviyyəsindən 60m, Qarabağın dağ ətəyi-400m, Şamaxı-800m, Gədəbəy- 1200m və Kəlbəcər-2500m hündürlüyündə əkmişlər. Alınan nəticələri tədqiq etdikdə belə bir nəticəyə gəlmək olardı ki, bu zonalarda tamamilə müxtəlif xətlər əkilib, belə ki, Abşeronda həmin xətlər hündür boy, sünbülün və toxumların rəngi -kəhrəba, sün-bül qılçıqsız və tüksüz olmuşdur. Yuxarı qalxdıqca bitkilərin boyu qısalmış, əvvəl yarımqılçıqlı, sonra qılçıqlı, əvvəl tüklər az-az, sonra isə bitkilərin əksəriyyətində tüklü qarasünbüllü formalar əmələ gəlmişdir. Temperaturdan asılı olaraq çiçəklərin rənginin dəyişilməsini çin primulası bitki sortlarında (Primula sinensis rubra) müşahidə etmək olar.
    Adi 20°S temperatur şəraitində becərilən bitkilər qırmızı çiçəklər əmələ gətirir. Həmin bitkiləri yüksək temperatur şəraitinə (30-350) köçürdükdə yeni əmələ gələn çiçəklər ağ olur, köhnə çiçəklər isə rəngini dəyişmir.
    Qırmızı və ağ çiçəklərdən alınmış toxumları becərdikdə temperaturdan asılı olaraq eyni bitkilər və çiçəklər alınır. Lakin primula bitkisinin elə bir sortu var ki, bu sort temperaturdan asılı olmayaraq yalnız ağ çiçəklər əmələ gətirir. Genetik analiz göstərmişdir ki, ağ çiçəklərə məxsus olan primula sortu, qırmızı çiçəkli sortlardan fərqli olaraq, çiçəyin rəngini idarə edən genə görə resessiv homoziqotdur. Qırmızı çiçəklərə malik olan sortlarda isə həmin genlər dominantdırlar, yəni başqa genotipə malikdirlər. Xarici mühit faktorlarının ontogenezə təsiri müəyyən qanunauyğunluq-lara malikdir. Bu qanunauyğunluqları fizioloqlar, ekoloqlar və genetiklər öyrənməklə orqanizmlərin fəaliyyətinin tənzim olunma imkanlarını üzə çıxarırlar

    Modifikasiya dəyişkənliyinin əhəmiyyəti

    Reaksiya normasını bilmək kənd təsərrüfatında böyük praktiki əhəmiyyətə malikdir, çünki heyvanları və bitkiləri yeni iqlim şəraitinə keçirdikdə onlardan yüksək məhsul almaq vacib məsələlərdən biridir.

    Reaksiya normasının geniş miqyasda tərəddüd etməsinin orqanizmlərin təbii şəraitə uyğıınlaşmaq üçün böyük əhəmiyyəti var

    Modifikasiya dəyişkənliyinə biz oxyarpaq bitkisini misal göstərə bilərik (Şəkil 1. Sagittäria sagittaeforia). Bu bitki eyni zamanda müxtəlif mühitlərdə bitərək-suyun üs-tündə oxvari, suyun üzərində üzənlər-ürəkvari və suyun altında-lentvari yarpaqlara mənsubdur.
    Deməli, oxvari bitkisinin genotipində irsi olaraq müxtəlif formalara malik yar-paqlar determinə olunub. Bu da şübhəsiz ki, orqanizmin uyğunlaşma xüsusiyyətidir. Modifıkasiya dəyişkənliyi kütləvi xarakter daşıyır və Ç.Darvin məhz bu tip dəyişkən-liyi müəyyən dəyişkənlik adlandırmışdır.
    Modifikasiya dəyişkənliyinin uyğunlaşma xüsusiyyətinə misal maya göbələyi-nin (Saccharomyces cerevisioe) hüceyrələrinin qıcqırma zamanı qalaktozanı əmələ gətirməsidir. Adətən maya göbələyi qıcqırma zamanı qlükoza əmələ gətirir, lakin əgər həmin hüceyrələri yalnız qalaktoza olan mühitə qoysaq bir müddətdən sonra hü-ceyrələr qalaktozanı da əmələ gətirəcəklər. Çox güman ki, hüceyrələrdə aktiv vəziy-yətdə olmayan xüsusi fermentlərin sintezi baş verir və bunlar qıcqırma nəticəsində qalaktozanı əmələ gətirir. Əgər adaptasiyaya uğramış belə hüceyrələri təzədən qlüko-za olan mühitə keçirsək, onda onlar yenidən qlükozanı əmələ gətirmək qabiliyyətinə malik olacaqlar.
    Belə adaptiv dəyişkənliklər bir çox mikroorqanizmlərdə müşahidə olunur və şübhəsiz ki, növün yayılmasında və həyat uğrunda mübarizədə saxlanılmasında vacib rol oynayır.

  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin