Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti


HARDİ –VAYNBERQ QANUNUNUN MAHİYYƏTİ



Yüklə 38,32 Kb.
səhifə7/7
tarix09.05.2022
ölçüsü38,32 Kb.
#56918
növüMühazirə
1   2   3   4   5   6   7
Meşə genetikası - 3

HARDİ –VAYNBERQ QANUNUNUN MAHİYYƏTİ


1. İlk dəfə ingilis riyaziyyatcısı Hardi və alman həkimi Vaynberq bir –birindən asılı olmadan 1908–ci ildə populyasiyada genotiplərin paylanması haqqında müəyyən qanunauyğunluq kəşf etmişlər. İndi bu, Hardi –Vaynberq qanunu adlanır. Bu qanuna görə əgər populyasiyada yeni mutasiyalar baş verməzsə və seçmə təsir göstərməzsə, onda populyasiyada bir neçə nəsil mövcud olan allellərin nisbəti eyni saxlanılır. A və a allellərinin ümumi sıxlığı vahidə bərabər olmalıdır: A+a=1. Hardi –Vaynberq qanununda dominant allel (a) r

-ilə resessiv allel (a) –ilə işarə edilir. Onda formula belə yazılır: R =1. Əgər populyasiyada A və a allellərinin sıxlığı bərabər olarsa, onda erkək və dişi orqanizmlərin hər biri bərabər miqdarda iki tip qamet hazırlamalıdır: 50% A, 50% a. Bu erkək və dişi qametlərin ehtimal kombinasiyalarını aşağıdakı kimi izah etmək olar. İki cür erkək və dişi qametlər arasında 4 cür kombinasiya meydana gəlir: r2AA+r Aa2+aa=r2AA+2r Aa2+aa. Əgər qametlərin sıxlığını R+=1 yazırıqsa, onları əmələ gətirən fərdləri də belə ifadə edə bilərik: r2AA+2r Aa+ 2aa=1. Belə təsəvvür edək ki, müəyyən bir sahədə yaşayan 10000 kürən rəngli tüklü populyasiyası içərisində 9 albinos vardır. Başqa sözlə, 10000 –dən 9991 –i kürən 9 –u albinosdur.



Hardi –Vaynberqin düsturu aşağıdakı şərtləri nəzərə aldıqda özünü doğruldur :

  1. Əgər bir cüt autosom gen nəzərə alınırsa.

  2. Populyasiyada fərdlərin cütləşməsi və qametlərin birləşməsi təsadüfi baş verdikdə.

  3. Mutasiya həddindən az baş verib, nəzərə alınmadıqda.

  4. Öyrənilən populyasiya kifayət qədər fərdlərə malik olduqda

Populyasiyanın müxtəlif genotipli fərdlərinin hamısı eyni həyatilik və nəsil vermək qabiliyyətinə malik olub, seçmənin təsirinə məruz qalmadıqda. Təbiətdə olan populyasiyalarda bu şərtlər həmişə mümkün olmadığından Hardi –Vaynberq düsturunun tətbiqi bəzən çətinləşir. Qeyd etməliyik ki, Hardi–Vaynberq düsturu öz–özünü mayalandıran populyasiyalara tətbiq oluna bilmir. Öz–özünə mayalanma və yaxın qohum cütləşdirmə prosesində (inbridinqdə) populyasiya müxtəlif genotipli xətlərə parçalanır. Bu zaman heteroziqot vəziyyətdə olan genlər homoziqot vəziyyətə keçir. Məsələn, öz – özünü mayalandırmada heteroziqot Aa nəsildə 1AA:aa nisbətində parçalanma verəcəkdir. Əgər növbəti nəsillərdə də öz–özünü mayalandırma və ya eyni genotiplərin çarpazlaşdırılması (inbridinq) davam edərsə, homoziqotların miqdarı artacaq, heteroziqotların miqdarı tədricən azalacaqdır
Yüklə 38,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin