Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 410,86 Kb.
səhifə2/5
tarix09.05.2022
ölçüsü410,86 Kb.
#56919
növüMühazirə
1   2   3   4   5
Meşə genetikası - 6

İnterfaza. İnterfaza (lat. inter - arada, yunan. phasis - peyda olma)-hüceyrənin iki bölünmə mərhələsi arasında gedən dövrdür. Bu dövrü ədəbiyyatda nüvənin sükunət dövrü də adlandırırlar. Lakin bu termin həmin dövrün məzmununu əks etdirmir və tarixi bir ad kimi qalır. Iki mitoz arasında vəziyyət interfaza yaxud intergenez adlanır. Burda mitoza hazırlıq gedir. Hüceyrənin ikiyə bölünməsi arasında baş verən bütün dəyişikliklər mitotik yaxud hüceyrə sikli adlanır. Mitoz təbii seçmə yolu ilə calıların qazandıqları elə bir mexanizmdir ki, hüceyrələr bunun sayəsində bir formadan başqa formaya keçirlər.

Müxtəlif hüceyrələrdə mitotik sikillər müxtəlif ardıcıllığa malik olurlar. Bölünməyə sərf olunan vaxtın əsas hissəsi zamanı hüceyrə intergenez vəziyyətində olur, mitoz nisbətən az müddətdə baş verir. Ümumiyyətlə mitotik sikildə mitoz I/25 – I/20 vaxt alır və əksər hüceyrələrdə 0.5-dən 2 saata qədər uzanır. İnterfazanın özüdə üç faza keçirir.



  1. G- genlərin fəaliyyətə başlaması

  2. Faza – DNT- nin və xromosomun histon komponentinin sintezinin getməsi

  3. G2 – fazası hüceyrənin mitozunu, daha doğrusu genetikasını təmin etmək üçün lazım olan enerji materialının toplanması.

Bu zaman DNT- sintezi qurtarır və elə bil ki, işıq mikroskopu ilə nüvənin interfaza dövründə baxdıqda onlar görünmürlər, yalnız burulma qovşağında xromatin dənələrini seçmək mümkün olur. Elektron mikroskopu xromosomun hər hansı bir hissəciyini 400000 dəfə böyütmək qabiliyyətinə malikdir.

Profaza - (yunanca- pro-erkən, fazis – yaranma deməkdir). Bu, nüvənin bölünməsinin birinci fazasıdır. Həmin vaxt nüvənin daxilində nazik iki-qat tel şəklində olan struktur elementləri meydana çıxırlar, bu da həmin bölünmə tipinə- mitoz adını verməyə şərait yaratmışdır.Xromonemin spirallaşması nəticəsındə xromosomlar profazada sıxlaşır, qısalır və aydın görünür. Profazanın sonunda, həm bır xromosom bir- birilə sıx birləşmiş iki xromatiddən ibarət olduğu üçün daha yaxşı görmək olur. Hər iki xromatidlər bir ümumi sahədə - sentromerlərlə birləşirlər və tədricən hüceyrə ekvatoruna hərəkət etməyə başlayırlar. Profazanın ortalarında yaxud sonunda nüvə qabığı və nüvəciklər şişir, sentriollar ikiləşir və qütbülərə çəkilirlər. Sitoplazma materialını almağa başlayır. O, iki teldən; dayaq və çəkən tellərdən ibarət olur. Dayaq tellər oxların əsasını təşkil edir, onlar hüceyrəni bir qütbündən digərinə çəkilirlər.

Hüceyrənin mitotik aparatı müxtəlif xarici şəraitin təsirinə çox həssasdır. Radiasiyalar, kimyəvi maddələr və yüksək tempraturanın təsiri ilə hüceyrə oxu dağıla bilər, hüceyrənin bölünməsində mümkün olan qeyri bərabərlik baş verə bilər.




Yüklə 410,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin