Azərbaycan Respublikası Təhsil Nazirliyi Qərbi Kaspi Universitetinin Kolleci Diplomqabağı Təcrübə Hesabat Tələbə : Ələkbərli Əsmər



Yüklə 132,84 Kb.
səhifə3/3
tarix19.05.2023
ölçüsü132,84 Kb.
#117560
1   2   3
diplomqabağı təcrübə

Torpaq bazarının subyektləri

Torpaq bazarının subyektləri (iştirakçıları) dairəsini AR-in müvafiq qanunvericilik aktları müəyyən edir. Belə ki, Azərbaycan Respublikasında bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, qanunla müəyyən edilmiş hallarda və qaydada əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər, təşkilatlar və xarici dövlətlər torpaq bazarının subyektləri sayılırlar. Azərbaycan Respublikası adından torpaq bazarında müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri hüdudlarında iştirak edirlər. Bələdiyyələr torpaq bazarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrə verilən səlahiyyətlər çərçivəsində iştirak edirlər. Azərbaycan Respublikasının həm hüquqi şəxsləri, həm də vətəndaşları torpaq bazarında mülkiyyətçi, istifadəçi, icarəçi, alıcı, satıcı və digər əqdlərin iştirakçısı ola bilərlər. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq təşkilatlar və xarici dövlətlər torpaq sahəsinin mülkiyyətə alınması istisna edilməklə, torpaq bazarında qanunvericilikdə müəyyən olunmuş səlahiyyətlərinə uyğun əqdlərin bağlanmasında iştirak etmək hüququna malikdirlər. Qeyd etmək lazımdır ki, heç də bütün şəxslər torpaq bazarı münasibətlərinin subyekti ola bilməz. Yalnız o şəxslər torpaq bazarının iştirakçıları hesab olunurlar ki, onlar qüvvədə olan qanunvericiliklə bu və ya digər hüquq münasibətlərində iştirak etmək üçün kifayət qədər müəyyən hüquqlara və vəzifələrə malikdir. Azərbaycan Respublikasının torpaq bazarı haqqında qanunvericiliyində və hüquq ədəbiyyatında fiziki şəxs və hüquqi şəxs terminləri ayrı-ayrı insan fərdlərini kollektiv birliklərdən, təşkilatlardan fərqləndirmək üçün işlədilən hüquq terminləridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi hüquqi şəxs anlayışını təsbit edir, onun növlərini müəyyənləşdirir, yaradılması xüsusiyyətləri, onların dövlət qeydiyyatının məcburiliyi barədə normaları ehtiva edir.
Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz şəxsi adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin özünün müstəqil balansı da olmalıdır. Qanunvericilik hüquqi şəxsləri fəaliyyət istiqamətinə görə təsnifləşdirir. Belə ki, hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və əldə edilən mənfəəti iştirakçılar arasında bölüşdürməyən (qeyri- kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan yaradılmış hesab olunur. Müasir Azərbaycanda hüquqi şəxsin mövcudluğu onun Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatından sonra başlanır. Başqa sözlə, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqların və vəzifələrin daşıyıcısı kimi torpaq bazarı münasibətlərinin iştirakçısı ola bilər. Hüquqi şəxsin təşkilatı, hüquqi formasını göstərən adı olmalıdır. Kommersiya təşkilatı olan hüquqi şəxsin həmçinin firma adı da olur. Firma adı qanunla müəyyən olunmuş qaydada qeydə alındıqda hüquqi şəxsin həmin addan istifadə edilməsi üzrə müstəsna hüququ yaranır. Fiziki şəxslər torpaq bazarı münasibətlərinin ən çoxsaylı subyektlərindəndir. Fiziki şəxs dedikdə torpaq bazarı münasibətlərində öz adından iştirak edən insan fərdi başa düşülür. Qanunvericilik Azərbaycan Respublikasının bütün vətəndaşlarını, ölkəmizin ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbiləri və vətəndaşlığı olmayanları fiziki şəxslər qrupuna aid edir. Hüquqi və fiziki şəxslərin torpaq bazarı münasibətlərinin subyektləri qismində iştirak edə bilmələri üçün onlar torpaq hüquq subyektliliyinə malik olmalıdır. Torpaq hüquq subyektliliyi torpaq hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətindən ibarət mürəkkəb anlayışdır. Hüquq nəzəriyyəsi hüquq qabiliyyəti anlayışını, yəni ictimai münasibətlərin hər bir iştirakçısının doğulandan ölən ana kimi hüquqların və vəzifələrin daşıyıcısı olmaq qabiliyyətini müəyyən etmişdir. Bu müddəa öz qanuni təsbitini mülki qanunvericilikdə tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 25-ci müddəası müəyyən edir ki, fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm olunur. Vərəsə almaq hüququ maya bağlandığı andan yaranır, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür. Torpaq bazarı subyektlərinin fəaliyyət qabiliyyəti dedikdə şəxsin torpaq hüququ sahəsində öz hərəkətləri ilə hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyəti başa düşülür. Bu müddəa da ölkəmizin mülki qanunvericiliyində təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Bundan başqa torpaq bazarı münasibətləri iştirakçılarının mühüm xarakteristikası torpaq hüquqlarının və vəzifələrinin məcmusu kimi onların hüquqi statusudur. Fiziki şəxsin torpaq hüquq qabiliyyəti onun doğulduğu andan yaranırsa, ancaq torpaq hüquq fəaliyyət qabiliyyəti yetkinlik yaşına çatdıqdan sonra əmələ gəlir. Beləliklə, torpaq bazarı münasibətləri iştirakçılarının hüquqi statusu vətəndaşlarda həm həcmdə, bəzi müstəsna hallardan başqa, 18 yaşına çatdıqda əmələ gəlir. Bu istisnalar mülki qanunvericilikdə müəyyən edilmiş hallarda 18 yaşına qədər vətəndaşın tam fəaliyyət qabiliyyətini əldə etməsi ilə bağlıdır. Əgər 16 yaşı tamam olmuş yetkinlik yaşına çatmayan şəxs əmək müqaviləsi əsasında işləyirsə və ya valideynlərinin, övladlığa götürənlərin və yaxud qəyyumun razılığı ilə sahibkarlıq fəaliyyəti ilə məşğuldursa, bu halda o tam fəaliyyət qabiliyyətli sayıla bilər. Hər iki valideynin, övladlığa götürənlərin və ya qəyyumun razılığına görə qəyyumluq və himayəçilik orqanının qərarı ilə, belə bir razılıq olmadığı hallarda isə məhkəmənin qərarı ilə yetkinlik yaşına çatmayan şəxs tam fəaliyyət qabiliyyətli sayılır. Bundan başqa 18 yaşına çatanadək nikaha daxil olmağa qanunun yol verdiyi halda, 18 yaşına çatmamış olan fiziki şəxs nikaha daxil olduğu andan tam həcmdə fəaliyyət qabiliyyəti qazanır. Nikah bağlanması nəticəsində əldə olunmuş fəaliyyət qabiliyyəti nikah 18 yaşına çatana kimi pozulduğu halda belə tam həcmdə saxlanılır. Qanunvericilik həmçinin müəyyən edir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Belə şəxslər üzərində qəyyumluq müəyyən edilir. Fiziki şəxs fəaliyyət qabiliyyəti olmayan elan edildikdə bütün əqdləri (əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir) məhkəmənin həmin şəxsin üzərində müəyyən etdiyi qəyyumu bağlayır. Subyektlərin fəaliyyət qabiliyyəti haqqında əsas müddəalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsində təsbit edilmişdir. Bu müddəalar subyektlərin torpaq mülkiyyətçisi, icarəçisi, istifadəçisi hüquqlarının və vəzifələrinin əldə etmək imkanını müəyyənləşdirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 3-cü bəndinə müvafiq şəkildə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Torpaq bazarı münasibətləri subyektlərinin hüquqları ilə yanaşı torpaqlardan istifadə üzrə müəyyən azadlıqlar da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş hallar istisna olmaqla dövlət orqanları, bələdiyyələr və digər orqan və təşkilatlar tərəfindən torpaq mülkiyyətçilərinin, torpaq istifadəçilərinin və icarəçilərinin torpaqdan istifadə üzrə fəaliyyətinə müdaxilə edilməsinə yol verilmir.

ƏDƏBİYYAT.

  1. R. M. QULİYEV (YERQURULUŞU) (II CİLD)

  2. E-Qanun (Torpaq bazarı haqqında)

  3. Qərib Məmmədov, Teymur Nizamzadə, Azər Cəfərov (Yer quruluşu və torpaqdan istifadənin əsasları)

Yüklə 132,84 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin