Azərbaycan Respublikas Təhsil Nazirliyi



Yüklə 92,98 Kb.
səhifə10/15
tarix03.06.2023
ölçüsü92,98 Kb.
#124503
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 405

Dəyər nişanələri elə pullardır ki, onların nominal dəyəri real dəyərindən, yəni onun istehsalına sərf edilən ictimai əməkdən yüksəkdir. Onlara aiddir:

    • Metal dəyər nişanları, sürtülmüş qızıl sikkə, bilon sikkə, yəni ucuz metaldan hazırlanmış xırda sikkələr (məsələn, mis, alüminium)

    • Kağız dəyər nişanələri, bir qayda olaraq kağızdan hazırlanmışdır.

Burada kağız pullara və kredit pullar fərqləndirilir.
Beləliklə, pul sisteminin təkamülü kapitalist təkrar istehsalının inkişafı prosesləri ilə müəyyən olunur. Dövlət inhisarçı kapitalizmi inkişaf etdikcə iqtisadiyyətə pul sisteminin təsiri də güclənir.
1999-cu il yanvarın birindən etibarən dövriyyə artıq yeni pul vahidi “avro” daxil olmuşdur ki, həmin bu pul vahidi on bir avropa ölkəsini əhatə etmişdir. Bu 2000-ci ildə nəğd pul dövriyyəsinin, ona qədər isə nəğdsiz pul dövriyyəsi formasında apa-rılırdı.
Hal-hazırda pul sisteminə aşağıdakı elementlər daxildir:

  • pul vahidi;

  • qiymətlərin miqyası;

  • pul növləri;

  • emisiya sistemi;

  • dövlət kredit aparatı

pul sisteminin tərkib hissəsini milli valyuta sistemi təşkil edir. Pul vahidi qanunvericilik qaydası ilə müəyyən edilmiş və bütün əmtəələrin qiymətlərinin tutuşdurmağa və ifadə etməyə xidmət edən pul nişanıdır. Pul vahidi bir qayda olaraq kiçik tərkib hissələrə bölünür. Belə ki, onların əksəriyyətində onda bir bölgü sistemi tətbiq edilmişdir. Məsələn, ABŞ dolları 100 sentə, Azərbaycan manatı 100 qəpiyə bərabərdir.
pul növləri əsasən kredit bank biletləri, habelə kağız pullar (xəzinə biletləri) və xırda sikkələrdir. azərbaycanda 1,5,10,20,50 və 100 manatlıq əskinazlar dövriyyəsidir.
Beynəlxalq aləmdə ən çox dövriyyədə olan ABŞ dolları 100, 50, 20, 10, 2, 1, dollarlıq bank biletidir. Bundan artıq 500 və ya yuxarı bank biletləri buraxılışı dayandırılmışdır. İnkişaf etmiş bazar ölkələrində emissiya sistemi qanunvericiliklə müəyyən edilmiş emissiya qanununa uyğun olaraq mərkəzi banklar vasitəsilə bank biletləri, xəzinə biletləri və sikkələrin buraxılması həyata keçirilir.
Pul hər şeyin dəyərini ölçməyə yarayan bir vasitədir.pulun dəyəri pul vahidinin satın alacağı mal və xidmətlər toplamı ilə ölçülməkdədir. ümumiyyətlə, bir iqtisadiyyatda, cetris paribus, yəni pul miqdarı artdığı təqdırdə qiymətlər səviyyəsi yüksələcək və dolayısı ilə pulun dəyəri düşəcəkdir. Əksinə bir iqtisadiyyatda pul miqdarı azalırsa qiymətlər səviyyəsi də düşəcək və pulun dəyəri yüksələcəkdir.Pulundaxili dəyəri yanında, xarici dəyəri də vardır. Bir milli pulun xarici dəyərini, o milli pul ilə satın alına bilən yabancı pul miqdarları müəyyən edir.
Miqdar nəzəriyyəsini ən açıq və sadə bir şəkildə İrvinq Fişer açıqlamışdır. Fişer, bunun üçün dəyişim bərabərliyi olaraq bilinən və aşağıda yer alan bərabərlikdən istifadə etmişdir.

Yüklə 92,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin