Azərbaycan Respublikas Təhsil Nazirliyi



Yüklə 92,98 Kb.
səhifə7/15
tarix03.06.2023
ölçüsü92,98 Kb.
#124503
1   2   3   4   5   6   7   8   9   10   ...   15
referat 405

Dünya pulu funksiyası.
Pulun bu funksiyası ölkələr arasında və yaxud müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür edir. Xarici ticarət əlaqələri, beynəlxalq borclar, xarici partnyorlara xidmət göstərilməsi dünya pulununmeydana gəlməsinə səbəb olmuşdur. Dünya pulu beynəlxalq alqı-satqı vasitəsi xidmətini ölkələr arasında əmtəə və xidmətlərin mübadiləsinin tarazlığı pozulduqda görür. Dünya pulu ictimai sərvətin təcəssümü kimi bir ölkədən digər ölkəyə borc verildikdə, maliyyə yardımı verildikdə və ya da məğlub olmuş ölkə qalib gəlmiş ölkəyə təzminat verdikdə istifadə edilir. Bu halda bir ölkənin sərvətinin bir hissəsinin başqa ölkəyə pulun vasitəsilə köçürülməsi baş verir. 1867-ci il Paris müqaviləsi ilə qızıl dünya pulunun vahid forması kimi qəbul edilir. Beynəlxalq iqtisadi dövrüyyədə ümumi alqı vasitəsi, ümumi tədiyə vasitəsi və ictimai sərvətin maddiləşdirilməsi kimi çıxış edir, dünya pulu funksiyasını yerinə yetirir. İctimai sərvətin maddiləşdirilməsi kimi pul milli sərvətin bir ölkədən digərinə keçirilməsi vasitəsidir. Qızılın beynəlxalq dövrüyyədən çıxarılması valyuta kurslarının kortəbii tənzimlənməsi mexanizminin fəaliyyətini dayandırdı. Bu valyuta kurslarının (məzənnələrinin) əsaslı tərəddüdünə gətirib çıxartdı. Qızılın yerini aparıcı valyutalar (İngiltərənin funt sterlinqi və ABŞ dolları) tutdular.ABŞ və İngiltərə kimi dövlətlərin milli pullarını möhkəmləndirmək üçün dünya pulu kimi onların təşəbbüsü ilə beynəlxalq valyuta sazişləri və valyuta klirinqindən istifadə edilirdi. Bu məqsədlə beynəlxalq sövdələşmələrdən ,valyuta bloklarından və valyuta klirinqlərindən istifadə edilirdi. Birinci beynəlxalq valyuta razılaşması 1922-ci ildə Genuya konfransında bağlanıldı .Bu razılaşmaya müvafiq olaraq ABŞ dolları və ingilis funt-sterlinqi qızılın ekvivalentləri élan olundu və dünya pulu kimi beynəlxalq dövrüyyəyə daxil edildi. İkinci beynəlxalq saziş 1944-cü il iyul ayının 22-də Bretton-Vuds konfransında bağlandı. Bununla da qızıl-valyuta standartının təməli qoyuldu. Yəni dollar digər valyutalar arasında vasitəçi rolunu oynamağa başladı.


II SUAL: Pul sistemləri, pul miqdarı və qiymət arasındakı münasibətlərin təhlili.
Pul sistemi tarixən XVI-XVII əsrlərdə kapitalist istehsal üsulunun yaranması və bərqərar olması nəticəsində formalaşmışdır. Pul meydana gəldiyi vaxtdan tarixi təkamül yolu keçmiş və xeyli dəyişikliklərə məruz qalmışdır ki, bu da pulun bir növündən digərinə keçilməsində, həmçinin onun fəaliyyətində və rolunda baş vermiş dəyişiklərdə təzahür edir. Ayrı-ayrı dövrlərdə və xalqlarda pulun müxtəlif növlərindən istifadə edilmişdir. Pul öz inkişafında 2 növdə olmuşdur:

Yüklə 92,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin