M=M2+MX M2-cəmi nağd və nağdsız pul kütləsi
MX-qeyri-manat aqreqatları
Təəssüf ki, indiyə qədər hələ də Azərbaycanda M2-dən yuxarı pul aqreqatının emissiyasına nəzarət edən dövlət orqanı yaradılmamışdır. Qeyri-manat aqreqatlarının təxmini həcminin ÜDM-da nisbəti 60-70% nisbətindədir. Tədavül üçün zəruri olan pul kütləsinin pul tarazlığı düsturu aşağıdakı kimidir.
M=PY/V P-qiymət indeksi,Y-məhsulun həcmi,V-dövrüyyə sürəti.
ARMB –nın məlumatına görə əgər 1997-2002-ci illərdə nağd pulun kütləsi manatla cəmi pul kütləsinin təxminən 80-85%-i təşkil edirdisə, 2003-cü ildə bu meyl azalmağa doğru getmiş (78.7%), 2004-cü ildə isə nağd pulun çəkisi 70%-dən də aşağı düşmüşdür. Son illər ölkədə manatla pul kütləsinin strukturunda da əhəmiyyətli dəyişikliklər davam etməkdədir. Belə ki, 2004-cü ildə 2003-cü ilə nisbətən nağd pul kütləsi 17.1%, qeyri-nağd pul kütləsi 86.6% artmaqla,qeyd edilən müvafiq dövrdə nağd pulun xüsusi çəkisi 8.8% azalmışdır. Müstəqilliyimizin ilk illərində (1991-1995-ci illər) isə respublikamızda pul qıtlığı siyasəti bərqərar olmuşdur. 2002-ci ildən başlayaraq ölkə iqtisadiyyatının dollarlaşma səviyyəsi azalmağa doğru meyl edir. Belə ki,xarici valyuta ilə əmanət və depozitlərin cəmi əmanətlərdə xüsusi çəkisi 2001-ci ildə 85.4%, 2002-ci ildə 84.2%-ə, 2003-cü ildə 81.9%-ə, 2004-cü ildə isə 79.9%-ə enmişdir.
Ölkədə pul kütləsinin tənzimlənməsi və dövlətin maliyyə-pul sisteminin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi məqsədə uyğundur.
Pul tədavülünün normallaşdırılması
Ölkədaxilində qarşılıqlı ödəmələrin “bağlanması”
Mərkəzdə və yerlərdə səmərəli, dayanıqlı fəaliyyət göstərən kredit-hesablaşma bazasının yaradılması
İqtisadiyyatın monetarizasiyası
Maliyyə-pul tədavülü vasitəsilə barterin sıxışdırılması
Kapitalın dövrüyyəsinin normallaşdırılması və iqtisadiyyatda pul dövrüyyəsinin sürətinin ləngidilməsi
ARBM-nın pul kütləsinə dövrüyyə tələbatının ödənilməsi
Pul kütləsinin və kredit qoyuluşlarının tətbiqi sinxronluğunun əldə edilməsi
Pul ötürmə sistemi mexanizminin yenidən tənzimlənməsi
Pul və kredit sahəsində nəzəri işləmələrin fəallaşdırılması,bank sisteminin müasir elmi alətlər əsasında qurulması
İqtisadiyyatın real sektoruna dövlət investitsiyaların artırılması
İqtisadi cinayətkarlıqla mübarizənin sərtləşdirilməsi
Veksel tədavülünün inkişafı, bank sisteminin gələcək təkamülünün qiymətli kağızlar və fond bazarlarının stimullaşdırılması
Azərbaycan respublikasında son illər həyata keçirilən məqsədyönlü iqtisadi siyasət və geniş miqyaslı islahatlar nəticəsində iqtisadiyyatın dinamik inkişafına o cümlədən makroiqtisadi sabitliyə nail olunmuş bütün sahələrə investitsiya qoyuluşu əhəmiyyətli dərəcədə artmış, əhalinin yaşayış tərzi yaxşılaşmış, manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin sabitliyi təmin edilmişdir. Məlum olduğu kimi dövlət müstəqilliyinin ilk illərində Azərbaycan Respublikasında dövrüyyəyə buraxılmış milli valyutanın məzənnəsi həmin dövrdə baş verən hərbi-siyasi və sosial-iqtisadi böhranın təsiri nəticəsində qısa müddət ərzində aşağı düşmüş və ölkədə yüksək qiymətlər miqyası formalaşmışdır. İqtisadiyyatda sürətli artımı və inkişaf potensialı Azərbaycan Respublikasının dövlət atributu olan milli valyutanın-manatın məzənnəsinin dünyanın aparıcı valyutalarının mübadilə məzənnələrinə uyğun səviyyədə formalaşması üçün əlverişli şəraitin yarandığı nəzərə alaraq və milli pul nişanlarının dizaynını, mühafizəsini, nominal strukturunu beynəlxalq standartlara uyğunlaşdırmaq, pul nişanlarında milli və tarixçilik ənənələrini daha qabarıq ifadə etmək, ölkədə pul dövrüyyəsini daha da yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, manatın funksiyalarının daha səmərəli yerinə yetirilməsini təmin etmək, uçot və hesablaşma sistemini sadələşdirmək və dövlət xərclərinə qənaət etmək məqsədi pulun denominasiyası haqqında qanun qəbul edilmişdir. (7 fevral 2005-ci il). Denominasiya dedikdə puldan sıfırların silinməsi başa düşülür. 2006-cı il yanvarın 1-dən Azərbaycanda milli valyutanın manatın denominasiyası həyata keçirilməyə başladı.Yeni manata keçid zamanı 1 yeni manat 5000 köhnə manata bərabər tutulur. 2006-ci il yanvarın 1-dən dekabrın 31-dək köhnə nümunəli pul nişanları qanuni ödəniş vasitəsi kimi dövrüyyədə yeni pul nişanları ilə yanaşı hər növ ödənişlərin həyata keçirilməsində, hesablara daxil edilməsində və pul köçürmələri üçün qəbul edilir, habelə banklar tərəfindən məhdudiyyətsiz olaraq dəyişdirilir. 2007-ci il yanvarın 10-dən etibarən isə, köhnə pul nişanları məbləğindən asılı olmayaraq ARMB və onun qurumları tərəfindən məhdudiyyətsiz və müddətsiz olaraq dəyişdirildi.
Denominasiyanın müsbət cəhətləri aşağıdakılardır:
Hesablaşmaları asanlaşdırır və vaxta qənaət olunmasına imkan verir.
Pulun keyfiyyət tərəfdən təkminləşdirilməsi əlavə xərclərin azalmasına imkan verir.
Ciddi makroiqtisadi effektliyə kömək edir.
Valyutalar üzrə hesablaşmalar ləğv olunaraq,vacib resurs cəmiyyət vaxtına qənaət olunacaq.
Xarici valyutanın ( məsələn: dolların ) mövqeyinin həm ictimai şüurda, həm də şüuraltında zəifləməsinə səbəb olacaq ki, bu da manat haqqında yüksək imicin formalaşmasına kömək edir.
Pulun təkminləşdirilməsi saxtalaşdırılmasının qarşısını almağa kömək edir
Pulun funksiyaları özü də iki yerə ayrılır. Klassik və modern funksiyalar.