Pulun tədavül vasitəsi funksiyası. Əmtəələrin alqı-satqı prosesi tədavül vasitəsi kimi pula ehtiyac doğurur.Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası vasitəsilə əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir. Əmtəənin qiyməti yalnız alqı-satqı (Ə-P-Ə) prosesində,əmtəəninpula real mübadiləsi zamanı reallaşır. Pul bu funksiyada əmtəələrin tədavülünə xidmət edir, ondan satın alınan əmtəələrin ödənilməsi üçün istifadə edilir, onların alqı-satqısı prosesində vasitəçi rolunu oynayır. Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıcıya verilməsi və onun dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Əmtəə tədavülünün əmtəəyə bilavasitə mübadiləsindən fərqləndirici cəhəti ondan ibarətdir ki, əmtəə tədavülünə tədavül vasitəsi kimi pul xidmət edir. Birinci funksiyadan fərqli olaraq, pul əmtəələrin tədavülü şəraitində real surətdə iştirak etməlidirlər.Əmtəə tədavülü özündə əmtəələrin satışını, yəni onun pula çevrilməsini və əmtəələrin alışını,yəni pulun əmtəəyə çevrilməsini (Ə-P-Ə) daxil edir. Pul daima mübadilədə qalır,fasiləsiz olaraq ona xidmət edir və bu da əmtəə mübadiləsinin inkişafına səbəb olur.Hal-hazırda qızılın sikkəsizləşməsi səbəbliyindən tədavül vasitəsi funksiyasını dəyər nişanları ( kağız və kredit pullar ) yerinə yetirirlər. Həmin pullar alıcılıq və eləcə də
ödəniş vasitəsi kimi fəaliyyət göstərirlər. Pulun tədavül vasitəsi funksiyasının köməkliyi ilə istehsala, ölkənin rayonları və ticarət müəssisələri üzrə mal kütlələrinin düzgün yerləşməsinə fəal təsir göstərir. Mal dövrüyyəsi öz növbəsində pul tədavülünə pulun sabitliyinə, başqa sözlə, pulun mexanizminin fəaliyyət göstərməsinə təsir edir.
Pulun tədiyyə vasitəsi funksiyası. Pulun hərəkəti tədavül edən əmtələrin hərəkəti ilə eyni bir vaxtda düşməyə də bilər. Belə olduğu halda pul dəyərin sərbəst forması kimi çıxış etmiş olur. Məlumdur ki, əmtəələr heç də həmişə nağd pula dəyişdirilmir. Bu onunla əlaqədardır ki, müxtəlif əmtəələrin istehsalı və tədavülü dövrü eyni deyildir, bir sıra əmtəələrin istehsalı və satışı mövsümü xarakter daşıyır. Bu da təsərrüfatçılıq subyektlərində əlavə vəsaitin çatışmamazlığını yaradır. Nəticədə əmtəələrin kreditə (nisyəyə, möhlətə) alınıb-satılması zərurəti meydana çıxır. Borc (kreditə) əmtəə alan yazılı öhdəlik –veksel verir. Kreditə əmtəə alındıqdan sonra onun dəyəri ,bir qayda olaraq, alıcı tərəfindən həmin vaxt pulla ödənilmir. Möhlətə satılan əmtəənin haqqı müəyyən olunmuş vaxt gəlib çatdıqdan sonra borcu olan əmtəələrin dəyərini ödəyir, borc (kreditor) verən isə vekseli qaytarır. Tədiyə vasitəsi kimi fəaliyyət göstərən puldan əmtəələrin kreditə satışında ( harada ki, borclu satıcıya veksel, yəni borc öhdəçiliyi verir ), pul ssudalarının verilməsində və ödənilməsində, maliyyə orqanları ilə olan qarşılıqlı pul münasibətlərində ( vergi tədiyələri, maliyyə orqanlarından vəsaitin alınması ) fəhlə və qulluqçulara əmək haqqlarının ödənilməsində, əhaliyə pensiyə, yardım və təqaüdlərin verilməsində və s.istifadə edilir. Pul tədiyə vasitəsi funksiyasını yerinə yetirərkən vəsaitin dövranına xidmət edir. Lakin tədiyə funksiyasında pulun sərbəst hərəkəti ayrı-ayrı müəssisələrdə maliyyə çətinliyinə və ödənişlərin ləngiməsinə səbəb ola bilər. Bununla əlaqədar olaraq ödəniş intizamına əməl olunması üzərində nəzarət mühüm əhəmiyyət kəsb edir. Tədiyə dövrüyyəsinə elektron pulların daxil olması ödənişlərin sürətlənməsinə, tədavül xərclərinin ixtisarına, müəssisələrin rentabellik (mənfəətlilik) səviyyəsinin yüksəlməsinə imkan yaradır. Bu sistem ABŞ-ın ödəniş münasibətləri mexanizmində daha sürətlə tətbiq edilir. Həmin sistemin ünsürləri avtomatlaşdırılmış hesablaşma palatalarından, avtomatlaşdırılmış kassir və terminallar sistemindən ibarətdir. Elektron pulların bazasında kredit kartları meydana gəlmişdir. Həmin kartlar pərakəndə ticarət dövrüyyəsini və xidmət sferasını əhatə edərək nağd pulla aparılan ödənişlərin sferasını müşayət edərək nağd pulla aparılan ödənişlərin ixtisarına imkan verir, çeklərdən istifadə sferasını məhdudlaşdırır, əmtəələrin, satışında və iqtisadiyyatda böhran hallarının aradan qaldırılmasına qüdrətli stimul yaradır.