Azərbaycan Respublikas Təhsil Nazirliyi



Yüklə 92,98 Kb.
səhifə11/15
tarix03.06.2023
ölçüsü92,98 Kb.
#124503
1   ...   7   8   9   10   11   12   13   14   15
referat 405

MV+M’V’=PT
M-pul miqdarını, V-pulun tədavül sürəti, M’-bank pulunun miqdarıni, V’-bank pulunun tədavül sürətini, P- isə ümumi qiymətlər səviyyəsini və T-də ticarət həcmini, digər bir sözlə pulun vasitəçilik etdiyi işləmlərin sayını göstərməkdədir.
Bərabərlikdə MV+M’V’ mal tələbi üçün təklif edilən pul, PT-isə pul tələbi üçün mal təklifini ifadə etməkdədir.
Yuxarıdakı bərabərlik qısaca MV=PT yazıla bilər.
Fışerə görə pul miqdarındakı artıma, ümumi qiymət səviyyəsinin eyni nisbətdə yüksəlməsinə, pul miüqdarındakı azalma, ümumi qiymət saviyyəsinin eyni nisbətdə düşməsinə yol açar.
Cambridge bərabərlili isə aşağıdakı formulla ifadə edilir.
M=kTP
Formulda M-pul təklifini və ya miqdarını, T-fərdlərin nəzərdə tutduqları işləm həcmini, k-bu işlərı həyata keçirmək üçün fərdlərin mövcud olmaq istədikləri pul miqdarı ilə işləm arasındakı nisbəti, P-də işləm mövzusui olan malların qiymətlərini göstərməkdədir.
Diqqət edilərsə, formulun sol tərəfi pul təklifini, sağ tərəfi isə pul tələbini təklif etməkdədir.
Cambridge bərabərliyindəki k-nın sayısal dəyəri, Fişer bərabərliyindəki V-nin sayısal dəyərinin təsirinə bərabərdir.Yuxarıda verdiyimiz M=kTP şəklində cambridge bərabərliyində P-ni tapsaq P=M/kT bərabıərliyini əldə edərik.
Formula görə qiymətlər səviyyəsindəki (P) dəyişmələr, M və kT dəyişmələrə bağlı olacaqdır.Məsələn, kT dəyişməzsə M-də meydana gələn artımlar qiymətləri yüksəldəcək, əksinə M-nın azalışları qiymətlərqiymətləri azalacaqdır.Bunun kimi, M sabit ikən kT-də meydana gələn artım və ya azalışlar , P-i azaldacaq və ya yüksəldəcəkdir.M-dəki dəyişmələır pul təklifində, kT dəyişmələr isə pul tələbində meydana gələn dəyişmələri ifadə etməkdədir.O halda,cambridge bərabərliyinə görə oul dəyərinə təsir edən iki faktor: pul təklifi (M) və pul tələbi (kT) olmaqdadır.
Keynesin nəzəriyyəsi pul miqdarı ilə qiymətlər arasindakı münasibəti, gəlir və xərcləmə səviyyəsində ortaya çixan dəyişiklikdəmn hərəkət edərək açığlamağa çalışmalıdır.
Keynesin görüşünə görə, pul miqdarının artması hər şeydən əvvəl fərdlərinnominal, yəni gəlirin artmasına yol açacaqdır. Pul miqdarının meydana gələn artımın yaratdığı istehlak tələbi yanında digər bir tədiri də faiz hədlərində ortaya çıxan düşmə olacaqdır.
Pul miqdarı ilə qiymətlər arasındakı münasibəti açıqlayan Keynesə görə əgər iqtisadiyyat tam məşğulluqda isə onun miqdar nəzəriyyəsindən heç bir fərqi yoxdur. Ancaq əgər iqtrisadiyyat əksik məşğulluqda isə artan pul miqdarının mal və xidmət istehsalında artımlara yol açacaq və bu səbəblə də iqtisadiyyatda bir qiymət artımı olmayacağı şəklindəki görüşü miqdar nəzəriyyəsi tərəfdarlarının inanclarına zidd və yeni bir açıqlama idi.
III sual. Pul siyasətinin məqsəd və vəzifələri.
İqtisadiyyatın pul vasitəsilə tənzimlənməsi pul-kredit siyasəti vasitəsilə həyata keçirilir. Bu siyasət pul siyasəti vasitəsilə həyata keçirilir. Pul siyasəti Milli bank haqqında qanunda öz əksini aşağıdakı kimi tapmışdır. Pul siyasəti aşağıdakı alətlər vasitəsilə həyata keçirilir.

    1. açıq bazarda əməliyyatların aparılması;

    2. faiz dərəcələrinin müəyyənləşdirilməsi; (9%)

    3. kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi; (12%)

    4. kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;

    5. depozit əməliyyatlarının aparılması;

    6. bank əməliyyatlarının məhdudlaşdırılması;

beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri
Ölkəmizdə 2006-cı ildə həyata keçirilən pul siyasətinin əsas hədəfləri aşağıdakılardan ibarətdir.

  1. Baza inflyasiyasının birrəqəmli səviyyədə saxlanması.

  2. Ölkənin əlverişli xarici ticarət şəraitinin qorunması.

  3. İqtisadiyyatın pula olan tələbatının ödənilməsi.

  4. Bank-maliyyə sistemində maliyyə sabitliyinin qorunması.

Beləliklə, cari il ərzində Mərkəzi Bank tərəfindən yeridilmiş pul siyasəti “baza inflyasiya”nın təkrəqəmli səviyyədə saxlanmasına, iqtisadiyyatın pula olan tələbatının ödənilməsinə, ölkənin strateji xarici ticarət şəratinin əlverişli qalmasına və maliyyə sabitliyinin qorunmasına imkan vermişdir.

  • Pul-kredit siyasəti vasitəsilə dövrüyyədə olan pul kütləsi tənzimlənir.

Pul-kredit siyasəti iki qrupa ayrılır.

  • Sərt pul-kredit siyasəti

    1. qiymətli kağızların alınması

    2. aşağı faiz dərəcəsi

    3. aşağı məcburi ehtiyyat norması

  • Yumşaq pul-kredit siyasəti

    1. qiymətli kağızların satılması

    2. yuxarı faiz dərəcəsi

    3. yuxarı məcburi ehtiyyat normaları

İqtisadiyyatda lazımı pul kütləsini təmin etmək və tənzimləmək üçün dövlət pul-kredit siyasətindən istifadə edir. Onun əsas vəzifələrinə aşağıdakılar aiddir:

  • İqtisadi konyukturanı (vəziyyəti) tənzimləmək və infilyasiya ilə mübarizə aparmaq.

  • Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına nisbətən tənzimləmək.

  • Ölkənin müsbət tədiyə balansına nail olmaq.

Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətinin beynəlxalq aləmdə, təcrübədə tətbiq olunan əsas metodlardan istifadə edirlər. Bunlar aşağıdakılardır:
1). Uçot dərəcəsi (diskont, yenidən maliyyələşdirmə və s.):
2). Məcburi ehtiyat normalıarı:
3). Açıq bazarda əməliyyatlar
4). Milli valyutanın məzənnəsinin təyini və tənzimlənməsi.
5). Mərkəzləşdirilmiş kreditlərin verilməsi.
6). Banklara nəzarət:
Banklara nəzarət 2 formada həyata keçirilir: Daxili və xarici nəzarət.
Daxili nəzarət onun təsisçiləri tərəfindən və yaxud idarə heyəti tərəfindən istənilən vaxt keçirilir. Məsələn: Maliyyə təftiş yoxlamaları və ya audit yoxlamaları və s.
Xarici nəzarət Mərkəzi bank tərəfindən ildə 2 dəfədən artıq olmayaraq həyata keçirilə bilir. Bu yoxlama bankın fəaliyyəti ilə əlaqədar olan 11 əsas iqtisadi göstərici üzrə həyata keçirilir. Məsələn: 1). Nizamnamə kapitalının məbləğinin tam olması, 2). Bir fiziki şəxsə düşən riskin miqdarı, 3). Bir hüquqi şəxsə düşən riskin miqdarı və s.

Yüklə 92,98 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin