Joint signals a national commitment to inclusive education for all special needs children



Yüklə 229 Kb.
tarix25.12.2016
ölçüsü229 Kb.
#2912







Azərbaycan Respublikası

Təhsil Nazirliyi


Əlaqə:

Gülnarə Axundova



İctimaiyyətlə Əlaqələr üzrə menecer Tel: (994 12) 447 38 30
Fax: (994 12) 598 02 32





Mətbuat üçün məlumat


Təcridolunmadan Təhsilə doğru
Təhsil Nazirliyi, Beynəlxalq Tibb Korpusu və Dünyaya Baxış təşkilatlarının birgə press-relizi
Bakı, 31 May -Təhsil Nazirliyi, Beynəlxalq Tibb Korpusu və Dünyaya Baxış təşkilatları bu gün 200-dən artıq xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Bayram Mərasimi keçirmişdir. Bu tədbir, xüsusi qayğıya ehtiyacı olan BÜTÜN uşaqlar üçün inkluziv təhsilə olan ümummilli məsuliyyətin göstəricisidir.
Səhiyyə Nazirliyi, Beynəlxalq Tibb Korpusu, Dünyaya Baxış, Uşaqların Xilası təşkilatları, Müasir Tədris və Təhsilə Yardım Mərkəzinin cəlb olunduğu Azərbaycanda inklüziv təhsil hərəkatı 2004-də başlayaraq xüsusi qayğıya ehtiyacı olan yüzlərlə uşağı cəmiyyətin gündəlik həyat tərzinə cəlb etmişdir.
“Biz, hamını Azərbaycanda yaşayan 20,000 xüsusi qayğıya ehtiyacı olan uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması uğrunda təcili və istiqamətləndirilmiş fəaliyyətə çağırırıq. İnkluziv təhsil işləkdir; çətin olsa da mümkündür. Bizim proqramın bir hissəsi kimi inkluziv təhsil vasitəsilə xüsusi qayğıya ehtiyacı olan 50 uşaq yeni həyata qədəm qoymuşdur” – deyə Beynəlxalq Tibb Korpusunun Rayonlarda Inkluziv Təhsil Proqramının Koordinatoru Nailə Əliyeva söyləyib.
İnklüziv sözünün mənası cavanların və xüsusi qayğıya ehtiyacı olanların və/ya öyrənmə prosesində çətinlik çəkənlərin cəmiyyətin gündəlik həyat tərzinə cəlb olunmaları deməkdir. İnkluziv məktəblər bütün insanların bərabər qiymətləndirilməsi və bərabər iştirak imkanlarının olduğu cəmiyyətlərin inkişaf etdirilməsinə yardım göstərir.
“Inklüziv təhsil davamlı prosesdir, qurulmuş vəziyyət deyil” – deyə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inklüziv təhsil layihəsini həyata keçirən Dünyaya Baxış təşkilatının layihə meneceri xanım Fəridə Əmirova deyib.
“Bizim təşkilatın əsas inamı hər bir uşağın milliyətindən, dinindən və ya bacarığından asılı olmayaraq bərabər təhsil almaq imkanına malik olması, cəmiyyət tərəfindən hörmət edilməsi və dəstəklənməsidir” – deyə xanım Əmirova qeyd edib.
Bakı Beynəlxalq Məktəbində keçirilmiş tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların yaşıdları, həmçinin 100-ə yaxın dövlət, diplomatik heyət, özəl və qeyri özəl sektor, vətəndaş cəmiyyəti və aparıcı ictimai xidmət təşkilatlarından olan nümayəndələr iştirak etmişlər.
Rəsm sərgisində xüsusi qayğıya ehtiyacı olan uşaqların rəsm əsərləri və əl işləri nümayiş etdirildi. Sərgidən sonra məşhur müğənnilər bütün uşaqlar, onların valideynləri, müəllimləri və dəvət olunmuş qonaqlar üçün konsert proqramı ilə çıxış etdilər.
Tədbirin təşkilatçıları “Müşfiq,” “Oriqami,” “Xəzər Əqli Sağlamlıq” reabilitasiya mərkəzlərinə, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Mərdəkanda olan

3 №-li internat məktəbi və 268 №–li xüsusi məktəbə dərin minnətdarlıqların bildirdilər.


Beynəlxalq Tibb Korpusu və ya bu təşkilatın İnkluziv Təhsil Proqramı haqqında əlavə məlumat almaq istəsəniz Gülnarə Axundova, ictimai əlaqələr üzrə menecer 447 38 30 tel nömrəsi və ya Gulnara.Akhundova@imc-az.org elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz
Dünyaya Baxış Təşkilatı və ya onların xüsusi qayğıya ehtiyacı olan uşaqlar barəsində layihəsi haqqında əlavə məlumat almaq istəsəniz Fəridə Əmirova, layihə meneceri ilə 498 63 03 tel nömrəsi və ya Farida_Emirova@wvi.org elektron ünvanı ilə əlaqə saxlaya bilərsiniz

Mərkəzi qərargahı ABŞ-da yerləşən və səhiyyə məsələləri üzrə ixtisaslaşan beynəlxalq QHT sayılan Beynəlxalq Tibb Korpusu artıq yeddi ildən artıqdır ki,i Azərbaycanın səhiyyə sektorunun gücləndirilməsində Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq edir. Beynəlxalq Tibb Korpusunun Rayonlarda İnklüziv Təhsil Proqramı Bakı-Tiflis-Ceyhan qaz və Cənubi Qafqaz qaz kəmərləri və Şahdəniz layihələri tərəfindən maliyyələşdirilir və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün institusional qayğıya alternativ olaraq, əyalətlərdə davamlı inklüziv təhsil proqramları həyata keçirir.


1994-cü ildə Azərbaycanda fəaliyyət başlayan Dünyaya Baxış təşkilatının ilkin məqsədi Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçkün düşmüş 800.000-dən çox insana yardım etmək olub. Hal-hazırda bu təşkilat uşaqların sosial rifahı məsələləri üzrə mərkəzləşməklə qayğıya ehtiyacı olan əhalinin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə icmalarla birgə işləyir. Təşkilatın İnklüziv Təhsil üzrə Proqramı 120-dən çox xüsusi qayğıya ehtiyacı olan uşaqları sağlam uşaqların getdikləri məktəb və baxça sıralarına cəlb etməkdir.
Yüklə 229 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin