14 iyul 1999-cu il tarixli 15-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1999-cu il, № 12)
28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-27/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283527, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2023-cü il)
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1 14 iyul 1999-cu il tarixli 15-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1999-cu il, № 12) ilə Tövsiyələrin preambulasının birinci hissəsinin 6-cı sətrində “Əməyin mühafizəsi haqqında” Azərbaycan Qanununun 17-ci maddəsinə” sözləri “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinə” sözləri ilə əvəz edilmişdir.
14 iyul 1999-cu il tarixli 15-3 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1999-cu il, № 12) ilə Preambulanın ikinci cümləsi tam çıxarılmışdır və əvəzində “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 223-cü maddəsinin birinci hissəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi üçün iqtisadiyyatın bütün sahələrinin müəssisələrində əməyin mühafizəsi xidmətləri yaradılmalıdır” cümləsi yazılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
Qanunun bu maddəsinə əsasən əməyin mühafizəsi işinin təşkili və əməyin mühafizəsi üzrə qanunvericiliyə, normalara və qaydalara işçilər tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsi işin nazirliklərdə, baş idarələrdə, assosiyasiyalarda, müəssisələrdə və təşkilatlarda işçilərin sayı 50 nəfər və daha çox olduqda əməyin mühafizəsi üzrə xidmətlər yaradılır.
2 28 sentyabr 2023-cü il tarixli 3-17/3-5-27/2023 nömrəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202309283527, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 oktyabr 2023-cü il) ilə “Müəssisə, idarə və təşkilatlarda əməyin mühafizəsi xidməti işinin təşkilinə dair tövsiyələr”in 3.26-cı bəndində “verilişini” sözü “proqramını” sözü ilə əvəz edilmişdir.