Azərbaycan respublikasi adindan q ə t n a m ə



Yüklə 277,04 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#2588
1   2   3   4   5   6
İ Ş İ N H A L L A R I:

İddiaçı “Maksimus” MMC cavabdehlər Bayramova Fatma İbrahim qızına, Alverdiyev Mehman

İman oğluna və Gülmalıyeva Səlbi Alı qızına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək

cavabdehlər “Maksimus” MMC-ə məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılması və

onların həmin torpaq sahəsində qanunsuz tikililərin öz hesablarına sökülməsi barədə qətnamə

çıxarılmasını xahiş etmişdir.

İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi

barədə ərizə təqdim edərək cavabdehlər Fatma İbrahim qızı Bayramovanın, Mehman İman oğlu

Alverdiyevin və Səlbi Alı qızı Gülmalıyevanın Sumqayıt şəhəri, Bakı-Dərbənd yolu, ev şimali

ünvanında “Maksimus” MMC-yə məxsus olan torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və

onların həmin torpaq sahəsində qanunsuz inşa etdikləri tikililərin öz hesablarına sökülməsi barədə

qətnamə çıxarılmasını xahiş etmişdir.

İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il

tarixli 57 nömrəli qərarı ilə istehsal sahəsi tikintisi məqsədilə 9,3 hektar torpaq sahəsi “Maksimus”

MMC-yə satılmışdır. Qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0018, kod-30900002

ilə dövlət aktı qeydiyyat kitabında 83 nömrə ilə 06.02.2006-cı il tarixdə qeydiyyata alınmışdır.

Torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz

Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın

Dövlət Reyestrində MA seriyalı 0127081 saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsi Sumqayıt

şəhəri, üst trikotaj fabrikinin cənubunda yerləşir. “Maksimus” MMC-yə məxsus bu torpaq sahəsinin




10 x 15 metr ölçüdə (1,5 sot) hissəsini 2010-cu ilin yanvarında cavabdeh Fatma İbrahim qızı

Bayramova, 10 x 20 metr ölçüdə (2 sot) hissəsini isə 2011-ci ilin yanvarında cavabdehlər Mehman

İman oğlu Alverdiyev və arvadı Səlbi Alı qızı Gülmalıyeva zəbt edərək, orada qanunsuz olaraq tikili

inşa etmiş və hazırda həmin tikilidə yaşamaqdadırlar. “Maksimus” MMC tərəfindən dəfələrlə

cavabdehlərə həmin torpaq sahəsinin qanuni əsaslarla “Maksimus” MMC-yə məxsus olması və

cəmiyyətin mülkiyyətində olduğu bildirilsə də, xəbərdarlıqlara baxmayaraq sonuncular, öz qanunsuz

hərəkətlərini davam etdirərək həmin torpaq sahəsində qeyri-qanuni yolla tikdikləri tikilidən istifadə

etməkdədirlər. Cavabdehlərin bu qanunsuz hərəkətləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə

15.01.2015-ci il tarixdə edilmiş müraciətə cavab olaraq Polis İdarəsinin 3-cü polis bölməsinin

19.01.2015-ci il tarixli 212 saylı məktubu ilə xüsusatların mülki mübahisəli xarakterli olduğu üçün

mülki iddia qaydasında məhkəməyə müraciət edilməli olmuşlar.

Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir.




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin