Azərbaycan respublikasi adindan q ə t n a m ə


H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R



Yüklə 277,04 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix02.01.2022
ölçüsü277,04 Kb.
#2588
1   2   3   4   5   6
H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R:

İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən,

mübahisəli torpağın iddiaçının mülkiyyətində olmasına, cavabdehlər tərəfindən qanunsuz zəbt

edilməsi və tikinti tikilməsinə istinad etmişdir.

Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və

əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur.

Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı

ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə

yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən

mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya

şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət

etməsini yoxlayır.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh S.A.Gülmalıyeva və qeyrisinin

apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya

şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz

olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci

instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün

riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir.

İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi

şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, Sumqayıt şəhəri, Bakı-Dərbənd

yolu ev Şimali ünvanında yerləşən “Maksimus” MMC 22.04.2004-cü il tarixdə hüquqi şəxs kimi

dövlət qeydiyyatına alınmışdır.

İşdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 06

fevral 2006-cı il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair “Dövlət Aktı”ndan görünür ki,

Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli 57 №li qərarı ilə 9,30 ha torpaq sahəsi

istehsal sahəsi tikintisi məqsədi ilə “Maksimus” MMC-nə satılmışdır.

İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin

yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsi tərəfindən verilmiş

Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı 0127081

№li Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri üst trikotaj fabrikinin cənubunda yerləşən

ümumi sahəsi 9,3 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə “Maksimus” MMC-yə

məxsusdur.

İşə əlavə olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən

23.01.2015-ci il tarixdə verilmiş arayışlardan müəyyən olunur ki, 20.07.1962-ci ildə Ermənistan

Respublikası Qafan rayonunda doğulmuş S.A.Gülmalıyeva və 20.09.1956-cı ildə Qubadlı rayon

Cibikli kəndində doğulmuş M.İ.Alverdiyev Qubadlı rayon, Qubadlı şəhərində; 11.10.1956-cı ildə

Ordubad şəhərində doğulmuş F.İ.Bayramova isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6,

2-ci paralel küçəsi, 9-cu məhəllə ünvanında qeydiyyatdadırlar.

İşdə olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət

Komitəsinin Sumqayıt şəhəri üzrə sektoru tərəfindən verilmiş 08 №li 24 fevral 2015-ci il tarixli

cavab məktubunda göstərilmişdir ki, Qubadlı rayon sakini M.İ.Alverdiyev, S.A.Gülmalıyeva Qubadlı

rayonundan məcburi köçkün kimi Dövlətqaçqınkomun Sumqayıt şəhər sektorunda qeydiyyatdadırlar.

Qubadlı İcra Nümayəndəsinin doldurduğu 5951 saylı qeydiyyat vərəqəsində onların 1993-cü ildən

ilkin qeydiyyat yeri 7 saylı texniki peşə məktəbinin binası kimi göstərilmişdir. Qubadlı İcra

Nümayəndəsi tərəfindən qeydiyyat vərəqəsində yaşayış yerinin dəyişilməsi ilə əlaqədar qeydiyyat

aparılmamışdır.

3



İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası

mərkəzi tərəfindən 02 sentyabr 2015-ci il tarixdə ekspertiza rəyindən müəyyən edilir ki, iddiaçı

“Maksimus” MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış Sumqayıt şəhəri üst trikotaj

fabrikinin cənubunda yerləşən ümumi sahəsi 9.3 ha olan torpaq sahəsinin dəqiq sərhədləri müəyyən

edilmiş və sənəd üzrə müəyyən edilmiş sərhədlərdən kənara çıxaraq 5.9 ha torpaq sahəsindən isitfadə

olunması, “Maksimus” MMC-nin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış 9.3 ha torpaq

sahəsinin 60 kv.metr hissəsinin F.Bayramova, 84,0 kv.metr hissəsinin isə cavabdehlər M.Alverdiyeva

və S.Gülmalıyeva tərəfindən tutulması və tutulmuş hissələrdə yaşayış evləri kimi istifadə olunan

tikililərin inşa olunması müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə görə hüquqi şəxslər

qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə

edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin

edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir.

Həmin Məcəllənin 91.1-ci maddəsinə görə məhdud məsuliyyətli cəmiyyətin ali orqanı onun

iştirakçılarının ümumi yığıncagıdır. Bir iştirakçısı olan cəmiyyətdə cəmiyyətin ümumi yığıncağının

səlahiyyətləri iştirakçı tərəfindən təkbaşına həyata keçirililir. Cəmiyyətin nizamnaməsində nəzərdə

tutulduğu halda cəmiyyətin direktorlar şurası (və ya müşahidə şurası) və (və ya) təftiş komissiyası

(müfəttiş) yaradıla bilər.

Məhkəməyə təqdim edilmiş «Maksimus» MMC-nin nizamnaməsi 22 aprel 2004-cü il tarixdə

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt

Bölgə Şöbəsi tərəfindən Dövlət Qeydiyyatına alınmışdır,

Təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin

Dövlət Reyestrindən çıxarışdan müəyyən olunun ki, «Maksimus» MMC-ti 2 saylı Ərazi Vergilər

Departamenti tərəfindən 22 aprel 2004-cü il tarixdə qeydiyyata alınmışdır və təsisçisi Gülməmmədov

Muxtar Əşrəf oğludur.

«Maksimus» MMC-i üzrə 01 saylı əmrinə əsasən 01 may 2004-cü il tarixindən etibarən həmin

müəssənin direktor vəsifəsinə M.Ə.Gülməmmədov təyin edilmişdir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə

olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ

qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ

mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və

onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri).

Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən

Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və

müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,

ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan

hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri

ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə

bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər,

ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin

hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə

olmasın (Mülki Məcəllənin 152.1. və 152.5. maddələri).

Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər

mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə,

mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam

etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər

(Mülki Məcəllənin 157.2. və 157.4. maddələri).

Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini

açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikası

qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın

dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid

dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması

baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə

etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və

4



mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət

hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir.

(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci

maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarı).

Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “Maksimus” MMC-nin adına xüsusi

mülkiyyət hüququ ilə qeydə alınmış 9,3 ha torpaq sahəsinin 60 kv.m. hissəsi F.Bayramova, 84,0

kv.m. hissəsi isə cavabdehlər M.Alverdiyev, S.Gülmalıyeva tərəfindən tutulmuşdur.

Məhkəmə kolleiyası tərəfindən həmçinin müəyyən edilmişdir ki, cavabdehlər tərəfindən

iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissələrində yaşayış evləri kimi istifadə olunan

tikililər inşa edilmişdir.

Kənar şəxsə məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı formada töhvə

edilməsi faktı, özü-özlüyündə heç bir halda həmin torpaq sahəsinin və üzərində yerləşdiyi tikilinin

mülkiyyətçisi olmasına qanuni gözləntiyə əsas hesab edilə bilməz (“Vrahimi Türkiyəyə qarşı”, §50,

22 sentyabr 2009-cu il tarixli AİHM qərarı).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış

şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq,

bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq

sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını

ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı

tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan

Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına

tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən

aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,

tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər

tərəfindən və ya onların hesabına həyata keçirilir.

Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməklə orada

qanunsuz tikililər inşa edilmişdir.

Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi

qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də,

qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid

edilir. (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi).

Mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki və məhkəmə torpaqşünaslıq ekspertiza

tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğdə pul ilə əlaqədar qeyd edir ki, apellyasiya şikayəti

verən İ.M.Alverdiyev, S.A.Gülmalıyeva məcburi köçkün olsa da, məcburi köçkün kimi yalnız dövlət

rüsumu ödəməkdən azad olsa da, məhkəmə xərcininin tərkibinə daxil olan ekspertiza tədqiqatının

dəyərini ödəməkdən azad edilmədiyindən, ekspertiza tədqiqatının dəyəri cavabdeh və üçüncü

şəxslərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

Azərbaycan Respublikası MPM-nin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini

yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi

nikahın pozulması hissəsində hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və

tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq

normalarını düzgün tətbiq etmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1,

392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası




Yüklə 277,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin