APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
VƏ TƏRƏFLƏRİN İZAHATLARI:
Cavabdeh S.A.Gülmalıyeva və qeyrisi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,
qətnamə əsassız və ədalətsiz olmaqla ləğv edilməlidir. Belə ki, məhkəmə qətnaməsi əsassız və
mövcud qanunvericilik normalarına ziddir, onların məhkəmə prosesində təqdim etdikləri sübutlar
tamamilə saxtalaşdırılmış və ya ümumiyyətlə qəbul edilərək işə əlavə edilməmiş, həmin məhkəmə
prosesində onların şahidlərinin iştirakının təmin edilməsi barədə xahişlərinə baxmayaraq, birtərəfli və
qərəzli qətnamə qəbul edilmişdir. Böyük bir ailə burada məskunlaşmışdır. O, yəni F.Bayramova bu
hadisələr zamanı, yəni evləri uçurularkən yıxılaraq sol ayağı sınmış, hal-hazırda şikəst olmuş və
kənar şəxslərin köməyi olmadan hərəkət edə bilmir. Burada azyaşlı körpələr və yaşlı insanlar
yaşayırlar. Maddi vəziyyətləri çox ağırdır. Çörək pulu belə yoxdur. Qubadlı rayonundan məcburi
köçkün kimi yeganə yaşayış yerindən məhrum edilmişlər. Lakin məhkəmə qanunsuz və əsassız
olaraq ailələrini ağır vəziyyətə düşürərək gündəlik çörək pulundan məhrum olunmuşlar. Hal-hazırda
MMC ayrı-seçkilik edərək onlarla qonşuluqda yaşayan evin sahibi Füzuliyə başqa yerdə ev tikmək
üçün 2 sot torpaq sahəsi, evi inşa etdirmək üçün tikinti materialları və yeni ev inşa edənədək
müvəqqəti kirayədə yaşamaq üçün hər qaldığı aya 200 manat hesablanmaqla kompensasiya
vermişlər. Məhkəmə qətnaməsindən əvvəl tikdirdiyi evin xərci “Maksimus” MMC tərəfindən
ödənilməmiş, onun məcburi köçkün kimi tikib məskunlaşdığı ev sökülsə böyük bir külfət çöldə
qalacaqdır. MMC tikiliyə sərf etdiyi xərci ödəməmiş, nə də həmin evin MMC-nin hesabına sökülərək
başqa bir yerdə tikilməsi və tikinti materiallarının verilməsini təmin etməmişdir. Hal-hazırda onlarda
olan məlumata görə “Maksimus” firması tikdikləri evləri və torpaq sahəsini başqa şəxslərə baha
qiymətə sataraq onların hesabına vicdansızcasına küllü miqdarda pul ələ keçirmək istəyir.
“Maksimus” MMC tərəfindən onlara 50.000 manata yaxın maddi və mənəvi ziyan vurulmuşdur.
Qətnamə qəbul edilərkən işin faktiki halları hərtərəfli araşdırılmamış, sübutlar yanlış olaraq
iddiaçının xeyrinə şərh edilmişdir. Bundan başqa məhkəmə faktları dərindən araşdırmamış və
yarımçıq, keyfiyyətsiz və qeyri-obyektiv məhkəmə baxışları ilə qanunsuz qərar çıxarmışdır. Onların
məcburi köçkün kimi yaşamağa başqa yerləri yoxdur. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart
2015-ci il tarixli 2(060)-1690/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın tamamilə rədd edilməsi
barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
Cavabdehlər F.İ.Bayramova, M.İ.Alverdiyev, S.A.Gülmalıyeva, 3-cü şəxslər S.F.Əliyeva,
İ.M.Alverdiyev, S.X.Əliyeva və nümayəndələri M.Q.Cəlalzadə apellyasiya şikayətinin dəlillərini
müdafiə etdilər, ona oxşar izahat verdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən
xahiş etdilər.
İddiaçının nümayəndəsi Z.S.Həsənov apellyasiya şikayətininin dəlillərini qəbul etmədi, iddia
ərizəsinə uyğun izahat verdi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və
qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi.
İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar
edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan
Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında
xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə
gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
2
Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin
dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara
görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir.
Dostları ilə paylaş: |