Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   23   24   25   26   27   28   29   30   ...   76
IIETI-UNDP Turizm-az

S

a

y

ı (

ə

d

ə

d

)

Zaman (il)

Mehmanxana və mehmanxana tipli müəssisələr

dövlət


xüsusi

xarici


birgə

cəmi


 

Qrafik  4.3-də  gördüyümüz  kimi  2008-ci  ildə  mehmanxana  və  mehmanxana  tipli 

müəssisələrin sayı 2004-cü ilə nisbətlə 1,6 dəfəyə qədər artmışdır. Habelə dövlət mülkiyyəti 

olan müəssisələrin sayında 2008-ci ildə 2004-cü ilə nisbətlə 1,3 dəfə azalma müşahidə olunsa 

da,  bu  rəqəm  digər  növlərdə  artma  ilə  müşahidə  olunmaqdadır.  Ən  intensiv  artış  isə  xüsusi 

mülkiyyətdə  olan  mehmanxana  və  mehmanxana  tipli  müəssisələrin  sayında  müşahidə 

olunmaqdadır (2008-ci ildə 2004-cü ilə nisbətlə 1,9 dəfəyə qədər). Bununla da Mehmanxana 

və mehmanxana tipli müəssisələrin ümumi sahəsi 875,4 min kv. metrdən (2004-cü il) 1121,3 

min kv. metrə qədər artmışdır (2008-ci il). 

Hazırda  Azərbaycan  Respublikasında  yerli  icra  orqanlarının  heç  bir  dəstəyi  olmadan 

kənd kottecləri formasında olan turist fəaliyyəti yaxşı təşkil olunmuşdur. Rəsmi tanıtım və ya 

kömək olmadan bir neçə il ərzində minlərlə belə yerlər yaranmışdır. Böyük əksəriyyəti kiçik 

2-3  otaqlı  kotteclər  şəklində  olan  bu  yerlər  kənddə  yaşayan  ailələr  tərəfindən  öz  evlərinə 

bitişik halda tikilmiş və əsas elementlərlə (otaq, çarpayı, mətbəx) təchiz olunmuşdur. Hazırda 

bu  yerlər  haqqında  ümumi  məlumat  verəcək  statistik  informasiya  qıtlığı  mövcuddur.  Hətta 

yerli  turizm  orqanları  bu  evlər,  orada  çalışanlar,  tələb  olunan  investisiyalar  və  əldə  olunan 

gəlir  haqqında  tam  məlumata  malik  deyillər.  Turizmin  bu  sahəsində  məhsuldar  dövr  əsasən 

yay ayları hesab olunur. Digər dövrlərdə isə bu fəaliyyət olduqca zəifdir. 




Ölkəmizə  gələn  turistlərin  sayında  Türkiyə,  İran  və  MDB  ölkələrinin  payları  üstünlük 

təşkil  edir.  Bunun  əsas  səbəbi  isə  Sovetlər  birliyi  dağıldıqdan  sonra  müstəqillik  qazanan 

ölkəmizə,  daha  əvvəllər  fərqli  məqsədlərlə  gəlmiş  insanların,  ölkəmizin  indiki  vəziyyətini 

görmək  istəmələri,  baş  vermiş  dəyişiklikləri  müşahidə  etmək  məqsədidir.  Belə  ki,  aparılan 

araşdırmalar  göstərir  ki,  2008-ci  ildə  ölkəyə  gələn  turistlərin  sayında  Türkiyə  ilk  yeri 

tutmaqdadır(2143  nəfər).  Bununla  yanaşı  eyni  il  ərzində  ölkəmizdən  Türkiyəyə  göndərilən 

turistlərin  sayı  da  Rusiyadan  sonra  ikinci  yerdə  qərarlaşmışdır,  belə  ki,  2008-ci  ildə 

ölkəmizdən Türkiyəyə 5033, Rusiyaya isə 5675 nəfər turist göndərilmişdir.  

Aparılan araşdırmaların nəticəsində müəyyən olunmuşdur ki, 2008-ci ildə ölkəyə gələn 

turistlərin 75,4 faizi 1-3 gün 10,2 faizi 4-7 gün, 11,8 faizi 8-28 gün müddətinə  fərqli yaşayış 

və  turizm  obyektlərinə  yerləşdirilmişdirlər.  Ən  yüksək  faizin  1-3  gün  müddətinə  gələn 

turistlərin payına düşməsi bunu göstərir ki, ölkəyə qısa müddətli işgüzar, konfrans və idman 

səfərləri məqsədilə gələn turistlərin sayı üstünlük təşkil edir. 

Ölkə  daxilində  olan  bir çox  amil, turistlərin  sayına  və  onların olkə  daxilində  məmnun 

şəkildə istirahətinə və  ölkədən razı şəkildə ayrılmalarına birbaşa təsir etməkdədir. Bunlarda 

kinoteatrlar, peşəkar teatrlar, zooparklar, sirklər, parklar və sair kimi obyektləri daxil etmək 

mümkündür.  

     


Qrafik 4.4    

0

2000



4000

6000


8000

2004


2005

2006


2007

2008



Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin