Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


imkanlarının qiymətləndirilməsi



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə36/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   32   33   34   35   36   37   38   39   ...   76
IIETI-UNDP Turizm-az

imkanlarının qiymətləndirilməsi 

 

Azərbaycanda  rəqabətqabiliyyətli  turizm  sektorunun  yaradılması  üçün  potensial 



imkanları turistlərin məqsədlərinə görə aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 

 

Dəniz turizmi.  

Azərbaycan  Respublikasının  ərazisi  şərqdən  (800  km-dən  artıq  ərazi)  Xəzər  dənizi  ilə 

əhatə  olunur.  Bu  isə  Xəzər  sahillərinin  böyük  turizm  potensialına  malik  olduğunu  göstərir. 

Xəzər  -  su  səthi  400  min  kv/km-dən  artıq  olan  və  Yer  kürəsinin  ən  böyük  axarsız  nadir 

göllərindədir. Avropa və Asiya qitələrinin qovuşduğu meridian istiqamətində Xəzər 1200 km. 

uzunluğunda və orta hesabla 310 km. enində bir çökəklikdə yerləşmişdir. 

Xəzər  dənizində  ən  nadir  fauna  və  flora  növləri  hal-hazırkı  dövrə  qədər  qorunub 

saxlanılmışdır. Dünya nərə balığı ehtiyatlarının 90 faizi Xəzər dənizində cəmlənmişdir. Xəzər 

dənizi  ən  qiymətli  sənaye  balıq  növləri  yetişən,  xüsusi  əhəmiyyətli  təbii  balıq  yetişdirmə 

hövzəsidir.  Dünya  nərə  balıq  ovunun  85  faizi  və  qara  kürü  istehsalının  90  faizi  Xəzərin 

payına düşür. 

Xəzər  dənizinin  sahili  iqlim  zonası  təbii  şəraitinə  və  balneoloji  imkanlarının  rənga-

rəngliyinə  görə,  Xudat-Yalama  sahili  və  Abşeron  yarımadasının  dənizsahili  iqlim-kurort 

zonası və Lənkəran – Astara dəniz sahili zonası olmaqla üç sahil  zolağına bölünür. 

Xudat-Yalama sahili bilavasitə dəniz sahilinə bitişik, uzunluğu 30-40 km, eni 5-10 km 

təşkil  edən  sıx  meşəlik  ərazisinin  mövcudluğu  ilə  fərqlənir.  Bu  yerlərin  təbiəti  Qara  dəniz 

sahilindəki Qafqaz və Gürcüstan ərazilərini xatırladır. Xudat-Yalama bölgəsində  yay çox da 

isti keçmir və havanın nisbi rütubəti 80-85 faizə qədər çatır. İl ərzində günəşin şəfəq saçması 




1900-2000 saat, orta illik temperatur 10

°

C, il ərzində  yağıntıların  miqdarı 300  mm,  yağıntılı 



günlərin  sayı  60  gün  təşkil  edir.  Çimərlik  mövsümü  beş  aydan  artıq  (mayın  əvvəlindən 

sentyabrın axırınadək) davam edir. 

Abşeron  yarımadasının  sahil-iqlim  kurortları,  Xudat-Yalama  bölgəsində  olduğu  kimi, 

təbii  kurort  amilləri  kompleksinə  malikdir:  çox  da  isti  olmayan  sahil  iqlimi,  100  km  boyu 

uzanan  gözəl çimərliklər zonası, qızıl  qumlu  hamar  daşsız dəniz dibi, Suraxanı və  Şıxovun 

kükürdlü–hidrogenli  müalicəvi  suyu  və  bundan  başqa,  Masazır  gölünün  müalicəvi  palçığı 

vardır. 

Lənkəran – Astara dəniz sahili zonası rütubətli subtropik iqlimi, rahat çimərlik əraziləri

zəngin subtropik bitki və hidrogen sulfidli müalicəvi suların olması ilə xarakterikdir. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin