Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə38/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   34   35   36   37   38   39   40   41   ...   76
IIETI-UNDP Turizm-az

 

Müalicəvi turizm.  

Azərbaycanda həm  ənənəvi, həm də  müasir  müalicə imkanları  mövcuddur. Ölkədə isti 

və  mineral bulaqların sayı  minlərlədir. İstisu,  Turşsu,  Badamlı, Qalaaltı, Şıxburnu,  Suraxanı 

suları - ən tanınmış müalicəvi su mənbələridir. Ənənəvi müalicə imkanlarına aşağıdakılar aid 

edilə bilər: 

-  Mədə-bağırsaq,  qaraciyər,  öd,  böyrək  daşı  və  s.  xəstəliklərin  müalicəsində 

Naxçıvandakı  mineral  bulaqlardan  istifadə  edilməklə  (Badamlı,  Sirab,  Vayxır,  Darıda, 

Gülüstan və s.). 

-  Dərman  bitkiləri  (itburnu  meyvəcikləri,  kəklikotu,  çobanyastığı  çiçəkləri, 

çobansüzgəci,  yemişan  meyvəcikləri  və  gülləri,  qanotu,  palıd  ağacı  qabığı,  razyana 

meyvəcikləri və s.) vasitəsilə. 



-  Azərbaycanın  ən  mühüm  kurort  resurslarından  biri  də  Naftalan  neftidir.  Naftalan 

neftinin  köməyi  ilə  yel,  damarlarda  və  hərəkət  orqanlarındakı  xəstəliklər  uğurla  müalicə 

olunur.  Həmçinin,  maddələr  mübadiləsinin  pozulması,  dəri  və  ginekoloji  xəstəliklərin 

müalicəsi zamanı Naftalan neftindən istifadə olunur. 

- Azərbaycan Respublikasının ərazisində subtropik və qismən mülayim iqlim qurşaqları, 

rütubətli  subtropik  və  sərt  kontinental  iqlim  tiplərinə  rast  gəlmək  mümkündür.  İqlim  amili 

ürək-damar sisteminin və digər xəstəliklərin müalicəsi üçün vasitə kimi geniş istifadə olunur. 

İqlimlə  müalicənin  əsas  vasitələrini  günəşlə  müalicə  –  helioterapiya,  hava  ilə  müalicə  – 

aeroterapiya  təşkil  edir.  Azərbaycanda  bu  tipli  ərazilər  Böyük  və  Kiçik  Qafqazın  müxtəlif 

hündürlüklərində və Xəzər sahili boyu ərazilərdə yerləşmişdir. 

Böyük  Qafqazın  dağ  iqlimli  kurort  rayonları  kurortoloji  baxımdan  aşağıdakı 

xüsusiyyətlərə malikdirlər: 

- Dağların ətəkləri 100 km boyu sıx yarpaqlı qarışıq meşələrlə örtülmüşdür.  

- Böyük Qafqazın dağ iqlimli kurort rayonları çoxsaylı müalicəvi kükürdlü – hidrogenli 

su  mənbələrinə  malikdirlər.  Bunlardan  Qaxda  İlisu,  Qubada  Xaltan,  Şamaxıda  Çuxuryurd, 

Dəvəçidə Qalaaltı xüsusi əhəmiyyət kəsb edirlər. 

-  Azərbaycan  Respublikasında  əlverişli  kurort  amillərinə  böyük  miqdarda  müalicəvi 

palçıq yataqlarının mövcudluğunu da aid etmək lazımdır. Ölkə ərazisində 250-dən artıq belə 

yataqlar mövcuddur. Müalicəvi palçıqların 2 növü vardır: lilli və təpəlik. Lilli palçıq yataqları 

əsasən  Abşeron  yarımadasında  cəmlənmişdir.  Ölkəmizdə  lilli  palçıqlardan  başqa  zəngin 

təpəlik  palçıq  yataqları  da  mövcuddur.  Azərbaycan  Respublikasında  yer  səthinə  böyük 

miqdarda palçıq tullayan 300-dən artıq palçıq vulkanı vardır. Onlar əsas etibarilə Qobustanın 

cənub-şərq, Kür-Araz ovalığının şərq hissəsində və Bakı arxipelaqında yerləşmişdir. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin