Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə40/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   36   37   38   39   40   41   42   43   ...   76
IIETI-UNDP Turizm-az

 

Dini turizm.  

Azərbaycan  tarix  boyu  bir  sıra  dinlərin  (atəşpərəstlik,  xristianlıq,  İslam  və  s.)  fəal 

yayılma  mərkəzi  kimi  çıxış  etdiyindən,  ölkədə  bu  dinlərə  mənsub  çoxsaylı  tarixi  abidələrə 

rast gəlmək mümkündür. 

Bakı  öz  tarixinə  görə  qədim  şəhərlərdən  biridir.  Burada  eramızdan  əvvəl  3-1-ci 

minilliklərə  aid  arxeoloji  materiallar  tapılmışdır.  Onun  ərazisində  yerdən  çıxan  təbii  qazın 

alışmasından əmələ gələn od sütunları bir vaxtlar gecə-gündüz yanaraq ətrafa işıq saçmışdır. 

İnsanlar  bu  odları  müqəddəs  saymış  və  ona  sitayiş  etmişlər.  Təsadüfi  deyil  ki,  Bakı 

atəşpərəstliyin  mərkəzlərindən  olmuş,  burada  çoxlu  məbədlər  və  atəşgahlar  salınmışdır. 

Qədim  zamanlardan  Abşeron  ərazisi  atəşpərəstliyin  mərkəzi  sayılmışdır.  Əhalinin  böyük 

əksəriyyəti  Zərdüşt  dininə  sitayiş  edirdi.  Bu  baxımdan,  hazırkı  dövrə  qədər  qorunub 

saxlanmış  Atəşgah  məbədini  göstərmək  olar.  Atəşgahın  ətrafında  tez-tez  uzaq  ölkələrdən 

gələn  zəvvarların  toplanmasını  nəzərə  alaraq,  məbədin  ətrafında  1713-1733-cü  ilədək  2 

gözdən ibarət ev tikilmişdir. Sonrakı dövrlərdə tikinti işlərinin aparılması nəticəsində ΧVIII 

əsrin sonlarında ümumi hasara alınmışdır. Haqqında danışılan tarixi abidə  hazırda Suraxanı 

rayonu  ərazisindədir.  Dünyanın  çox  yerindən  atəşpərəstlər  bu  diyara  ziyarətə  gəlmişlər. 




Müqəddəs odların sirri isə şəhərin ərazisində torpağın altındakı və dənizin dibindəki zəngin 

neft və qaz yataqlarındadır. Neft və qaz Bakıya şan-şöhrət gətirmişdir. Bunun sayəsində Bakı 

hələ  orta  əsrlərdə  Yaxın  və  Orta  Şərqin  iri  şəhərlərindən  birinə  çevrilmişdir.  Səyyahların 

məlumatlarına  əsasən  hələ  X  əsrdə  Bakıda  neft  hasilatı  böyük  gəlir  gətirmiş,  bura  liman 

şəhəri kimi tanınmışdır. XII  əsrdə  Bakı ikicərgəli qala  divarları  və  xəndəklə  əhatə  olunmuş 

möhkəm müdafiə edilən şəhər olmuşdur. 

Yüksək səviyyədə dini tolerantlığın hakim olduğu ölkədə  müsəlmanlar üçün Təzə Pir, 

Əjdərbəy,  Hacı  Sultan  Əli,  Şəhidlik,  Bibiheybət  adlı  məscidlər,  xristianlar  üçün  Mixail 

Arxangel  kilsəsi,  İsanın  Müqəddəs  Miladı  kilsəsi,  Müqəddəslər  kilsəsi,  yəhudilər  üçün 

Aşkenazi Yəhudi sinaqoqu, Sefardi Yəhudi sinaqoqu və s. kimi ibadət mərkəzləri və ocaqları 

fəaliyyət göstərir. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin