Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə42/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   38   39   40   41   42   43   44   45   ...   76
IIETI-UNDP Turizm-az

 

Ekoloji turizm.  

Azərbaycan  ərazisi  4100-dən  çox  müxtəlif  bitki  çeşidlərinin  vətənidir.  Azərbaycanda 

bitkilərin  müxtəlifliyi  təbiət  tarixinin  dərin  izlərini  daşıyır,  bu,  eyni  zamanda,  bir  neçə 

floristik bölgələrin cəmləşməsi və hazırkı təbii şəraitin fərqliliyi ilə bağlıdır. Kür sahilindəki 

toqay meşələri, Araz və Alazan çayları da nadir sayılırlar: onlar yarımsəhra düzənliklərindən 

keçir və sel zamanı çay suları və yeraltı sularla qidalanırlar. Palıd, qovaq, göyrüş, söyüd və 

qoz ağaclı meşələr – Gazaoğlan, Cirdahan, Babanlar, Varvaranın böyük bir hissəsini tutur və 

bundan əlavə, həmin ağaclar torpaqları qoruyurlar. 

Azərbaycan ərazisinin 10 faizi dağ meşələrindən ibarətdir və onlar 600-700 m-dən 1800 

m-dək  yüksəkliklərdə  ucalır.  Bu  meşələr  enliyarpaqlıdırlar  və  əsasən  palıd,  vələs,  fıstıq, 

ağcaqayın və göyrüş ağaclarından ibarətdir. 

Dağ  meşəlikləri  suların  və  torpaqların  qorunmasında  mühüm  əhəmiyyətlidir.  Bundan 

əlavə, hamin meşələr ovçuluq, istirahət və turizm nöqteyi-nəzərindən də cəlbedici sayılırlar. 

Lənkəranın enliyarpaqlı meşələri burada bitən ipək akasiyası, suda batmayan dəmirağacı kimi 

qədim relikt ağac növləri ilə fərqlənir. 

Azərbaycanda ekoloji turizmin inkişafına töhfə verə biləcək milli parklar, göllər, zəngin 

fauna və flora mövcuddur. 

Azərbaycanda  milli  parklar  kateqoriyasına  Akademik  Həsən  Əliyev  adına  Ordubad, 

Şirvan, Ağgöl, Hirkan, Altıağac, Şahdaq, Qızılağac və Abşeron milli parkı daxildir. 



Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 1290 min hektar və ya ölkə ərazisinin 11 

faizini  təşkil  edir.  Ölkəmizin  meşə  ehtiyatlarının  48,8  faizi  və  ya  592  min  hektarı  Böyük 

Qafqaz regionunun, 14,5 faizi və ya 176 min hektarı Kiçik Qafqaz regionunun, 2,5 faizi və ya 

30  min  hektarı  Kür-Araz  ovalığının,  0,5  faizi  və  ya  6  min  hektarı  NMR-in  payına  düşür. 

Azərbaycan Respublikasında adambaşına 0,12 hektar meşə sahəsi düşür. 

Ölkədə Şahbuz və Eldar Şamı Dövlət Təbiət qoruğu mövcuddur. 

Azərbaycan  Respublikasında  qoruqların  ümumi  sahəsi  197  min  hektara  çatır. 

Qoruqlarda  qonur  ayılar,  İran  bəbirləri,  vəhşi  qabanlar,  vəhşi  pişiklər  və  s.  vardır.  Dövlət 

qoruqlarına  Qobustan,  Göygöl,  Qızılağac,  Zaqatala,  Hirkan,  Turyançay,  Şirvan,  Qaragöl, 

Pirqulu, Qarayazı, Bəsitçay, Ağgöl, İsmayıllı, Altıağac və İlisu qoruqları daxildir. 

Bunlarla yanaşı, Azərbaycanda ümumi sahəsi 244 min hektara yaxın yasaqlıq əraziləri 

də mövcuddur. Yasaqlıq təbii komplekslərin ərazi, yaxud akvatoriya daxilində xüsusi qanunla 

qorunan  hissədir.  Qoruqlardan  fərqli  olaraq,  yasaqlıqlarda  bütün  təbii  kompleks  deyil,  onun 

ayrı-ayrı  komponentləri  (bitki  örtüyü,  heyvan,  quş)  qorunur  və  mühafizə  olunur.  Ölkə 

ərazisində  Şəki,  Laçın,  Daşaltı,  Arazboyu  Qubadlı,  Qəbələ,  Qarayazı-Ağstafa,  Şəmkir, 

Qızılca, İsmayıllı, Ordubad, Qusar, Abşeron, Zuvand, Korçay, Ağgöl, Bərdə, Bəndovan, Gil 

adası, Kiçik Qızılağac kimi yasaqlıqlar vardır. 

Ölkə  ərazisində  -  Lerik  və  Yardımlıda  füsunkar  şəlalələr,  Göygöl  (Gəncə)  və  Batabat 

(NMR) kimi göllər mövcuddur. 

Azərbaycanın bitki növləri dünyada mövcud olan bitki növlərinin 0,84 faizini, Qafqazın 

bitki növlərinin isə 66 faizini təşkil edir. Dünyada yalnız Azərbaycan Respublikası ərazisində 

bitən  bitki  (bunlar  endemik  bitkilər  adlanır)  növlərinin  sayı  370-dən  artıqdır.  Endemik  bitki 

növləri ölkənin flora tərkibinin təxminən 9 faizini təşkil edir. NMR-də və Talış dağlarındakı 

Zuvand  çökəkliyi  endemik  bitkilərin  çoxillik  ot  növləri  ilə  zəngindir.  Azərbaycan  florası 

üçüncü dövrün relikt (qalıq) bitkiləri ilə zəngindir. Onların əsas məskəni Talış dağları olsa da, 

bəzi  növlərə  ölkənin  digər  sahələrində  də  (Böyük  Qafqazda,  Ceyrançöldə  və  s.)  rast  gəlinir. 

Onlara  dəmirağac,  şabalıd-yarpaq  palıd,  Lənkəran  akasiyası,  qaraçöhrə,  şümşad,  Qafqaz 

xurması, Eldar şamı və s. misal ola bilər. 

Ölkədə  20  minə  yaxın  fauna  növü  mövcuddur.  Azərbaycan  Respublikasının  təbii 

şəraitinin  müxtəlifliyi  heyvanlar  aləminin  də  zənginliyinə  səbəb  olmuşdur.  Azərbaycan 

Respublikasında 600-dən çox heyvan növü vardır ki, bu da dünyada olan heyvan növlərinin 

5,6 faizini təşkil edir. Təbiətin qoynunda yuva salmış əsas məməli heyvanlara bəbir, nəcib və 

xallı  marallar,  ceyran,  cüyür,  dağ  keçisi,  çöl  donuzu,  ayı,  safsar,  dələ,  çölpişiyi,  canavar, 

tülkü, çaqqal, yenot və həmçinin Xəzərin sularında yaşayan suiti və s. daxildir. Azərbaycanın 

müxtəlif guşələrində  yaşayan kəklik, turac,  qırqovul, sultantoyuğu, bildirçin, qaz,  ördək, qu 

quşu, qartal və s. təbiətin inciləridir. 

Azərbaycanda 12 iqlim tipindən 9-na rast gəlmək mümkündür. Bitkilərdə olduğu kimi, 

Azərbaycanın  heyvan  aləminə  təbiət  tarixi  öz  təsirini  göstərmişdir.  Bir  neçə  zoocoğrafi 

bölgələri, oraya məxsus flora növləri ilə səciyyələndirilməsi mümkündür. 

Quru  ovalıqların  faunası  gəmirici,  sürünən  növlərin  çoxluğu  ilə  səciyyələndirilir. 

Düzənliklərdə Orta Asiya ceyranlarına seyr etmək mümkündür.  

Qızılağac  milli  parkında  Lənkəran  düzənliyinin  rütubətli  meşələri  və  bataqlıqlarında 

200-dən artıq quş növləri qışlamaya toplaşırlar, bu isə öz növbəsində qutan, qızılqaz, qu quşu, 

vağ  quşu,  sultantoyuğu  kimi  quşlardan  ibarət  olması  və  bir  milyondan  artıq  quşların 

miqrasiya vaxtında bir araya gəlməsi deməkdir. 

Böyük və Kiçik Qafqaz dağlarının faunası rəngarəngdir. Dağ ətəklərində gecə quşlarına 

hər yerdə rast gəlmək mümkündür. Bundan əlavə, orada kəklik, mavi göyərçin və qırqovul da 

vardır. Sürünən heyvan növləri arasında gürzə, dağ  kərtənkələlərinin məskunlaşması nəzərə 

çarpır. Meşələrdə marallara da rast gəlmək mümkündür. 



Böyük Qafqaz dağlarının çəmənliklərində yerli zubr və dağ keçilərinə rast gəlinir. Kiçik 

Qafqaz dağlarının ətəklərində vəhşi qoçlar və dağ keçiləri ilə də rastlaşmaq mümkündür. Dağ 

çəmənliklərində saqqallı qırğı və çaqqallar məskən salıblar. Talış dağlarına İran ərazisindən 

daxil olmuş bəbirlər və oxlu kirpilər buradakı meşələri daha da fərqləndirir. 

Xəzər  dənizi  də  özünün  su  canlıları  ilə  zəngindir.  Burada  siyənək,  Xəzər  qızılbalığı, 

nərə,  ağ  nərə  balığı,  uzunburun,  kütüm,  cerix  növləri  kimi  balıqlar  ovlanır.  Kür  çayında 

mövcud 50 balıq növündən 23 növü ticarət əhəmiyyətini daşıyır. Çox nadir suf balığına sahil 

xəttində  rast  gəlmək  mümkündür.  Mart-aprel  aylarında  cənuba  doğru  etdikləri  miqrasiya 

zamanı  burada  suitilərini  müşahidə  etmək  mümkündür.  Onlar  oktyabr,  noyabr  aylarında 

şimala  geri  dönürlər.  Nadir  və  qiymətli  bitki,  balıq  və  heyvan  növlərinin  qorunması 

məqsədilə  qoruqlar  yaradılmışdır.  100-dən  artıq  heyvan  növləri  Azərbaycanın  “Qırmızı 

Kitab”ına salınmışdır. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin