Yaylaq turizmi.
Azərbaycanda yaylaq turizmi üçün ən əlverişli imkanlar Kiçik Qafqaz iqlim zonasında
mövcuddur. Kiçik Qafqaz iqlim zonasına aşağıdakı rayonlar daxildir: Hacıkənd-Göygöl,
Şuşa, Laçın-Minkənd. Azərbaycanın tarixi yaşayış məskənlərindən olan Şəki məhsuldar
yaylaqlar (otlaqlar) və düzənliklərin qoynunda yerləşir. Tarixi Gəmiqaya təsvirləri dəniz
səviyyəsindən 3907 m yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı
Nəbiyurdu, Camışölən və Qaranquş yaylaqlarındadır (NMR Ordubad rayonu ərazisində).
Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Boz və qara rəngli qaya
parçaları üzərinə çəkilən təsvirlər başlıca olaraq çəhrayı görünüşdədir. Rəsmlər qazma və
döymə texnikası ilə icra edilmişdir. Orta əsrlərə aid az miqdar rəsmlər isə cızma üsulu ilə icra
olunmuşdur.
Ümumiyyətlə, Azərbaycanda mövcud olan petroqliflərin əksəriyyəti yüksək dağ
yaylaqları (otlaqları) şəraitində daşlara həkk olunub (Gəmiqaya-Kəlbəcər, Xacbulaq-
Gədəbəy). Bununla belə, petroqliflərə Azərbaycanın düzənlik rayonlarında da – Qobustanda,
Mərdəkanda (Şüvəlanda), Abşeronda, Şirvan düzənliyində, Hacıqabulda da rast gəlmək olur.
Bu da, öz növbəsində, turistlərə Azərbaycanda tarixi turizmlə yaylaq turizmini bir yerdə
yaşamaq imkanı verir. Ölkədə yaylaqların ümumi sahəsi 597 min hektara bərabərdir.
Dostları ilə paylaş: |