Turizm sektorunun inkişafına ölkədə əlaqədar sahələrin inkişaf səviyyəsi əhəmiyyətli
proqramları hökumətin qeyri-neft sektorunun, o cümlədən turizmin, rəqabət-
qabiliyyətliliyinin yüksəldilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin elementləri kimi
qiymətləndirilməlidir. Ölkədə turizm sektorunun son illərdə inkişafında bu sektorun özü ilə
yanaşı, əlaqədar sahələrin də mühim rolu olmuşdur. Belə ki, turizm elə bir biznes sahəsidir
ki, onun rəqabətqabiliyyətliliyi məhz həmin sahələrin (bəzi rəylərə görə bu sektorların sayı
30-dan çoxdur) birbaşa təsiri altında formalaşır. Başqa sözlə sinerjiyə açıq olan turizm
sektoru əslində digər alt-sektorların təsiri ilə rəqabətqabiliyyətliliyini müəyyən edir.
Azərbaycan turizm industriyasının rəqabət apardığı coğrafiyada əsas yeri Rusiyanın
Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri və Turkiyənin Aralıq dənizi sahilindəki
turizm mərkəzləri təşkil edir. Mövcud vəziyyətin təhlili göstərir ki, turizm xidmətlərindən
istifadə etmək arzusunda olan orta gəlirli Azərbaycan vətəndaşları, əsasən, müalicəvi turizm
xidmətlərindən yararlanmaq üçün Rusiya, istirahət və əyləncə üçün Türkiyə turizm bazarını
seçirlər. Digər alternativlər də mövcuddur ki, buraya Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb
Əmirliyi və İranı aid etmək olar. Belə bir şəraitdə Azərbaycanın kütləvi turist cəlb etməsi
üçün bir tərəfdən daxili turistləri, digər tərəfdən Rusiya və digər şimal ölkələrinin (əsasən
MDB dövlətləri) vətəndaşlarının potensial bazar seqmenti qismində nəzərdə tutulması arzu
olunandır. Burada, xüsusilə, etnik azərbaycanlıların turist qismində ölkəyə cəlb edilməsi kimi
məqsəd xüsusi vurğulanmalıdır.
Belə bir rəqabət mənzərəsində uğurlu nəticələrin əldə olunması üçün uzun müddətli və
dayanıqlı turizm siyasətinə ehtiyac duyulmaqdadır. Bu gün turistlər səfər etdikləri ölkələrdə
əsasən təhlükəsizlik, gigiyena, keyfiyyətli xidmət, cəlbedici yerlər və s. bu kimi amillərə
diqqət verirlər. Bu amillərdən birinin olmaması nəticə ehtibarilə yüksək keyfiyyətli turizm
məhsulunun ortaya çıxmasına mane olur. Bu baxımdan ölkədə əlaqədar sahələrin inkişaf
səviyyəsi və onların ölkənin turizm sektorunun rəqabətqabiliyyətliliyinə təsiri tədqiqat işində
aşağıdakı istiqamətlər üzrə təhlil olunmuşdur.
Dostları ilə paylaş: