Təhlükəsizlik və mühafizə.
Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq, eyni zamanda qeyri-neft sektorunun
prioritet istiqamətlərindən biri kimi turizmi ciddi inkişaf etdirmək niyyətlərini bəyan edən bir ölkədir.
Əslində, müharibə amili turistlərin və ölkənin təhlükəsizliyi baxımından ziddiyyətli bir məqamdır.
Lakin, yüksək inkişaf etmiş turizm xidmətlərini təklif edən və oxşar vəziyyətdə olan ölkələr də yox
deyil. Türkiyə, İspaniya və İsrail bu kimi ölkələrdəndir. Bu ölkələrdə təhlükəsizliyə ciddi təhdidlərin
olmasına baxmayaraq turizm sektoru yüksək səviyyədə inkişaf edib. Belə bir nailiyyətin əldə
olunması ölkənin təhlükəsizlik orqanlarının ciddi səyləri ilə mümkün olub. Gələn turistlər onlara
ölkələrindəki qədər təhlükəsiz mühitin yaradıldığına əmin olduqlarında, o ölkəyə gəlməkdən
çəkinmirlər. Bir də ki, qeyd olunan ölkələrdə polis turistlərə və onların istirahətinə təhlükəsizlik
məqsədləri ilə yersiz müdaxilələr etmirlər. Azərbaycan insanların həyat təhlükəsinə təhdidlərin aşağı
olduğu ölkə olmasına baxmayaraq, bir sıra hallarda güc strukturları turistləri təhlükəsizliyi əsas
gətirərək istirahətdən ayırırlar. Heç bir əsas olmadan hamının bildiyi, internetdən rahat izələnə
biləcək ərazilərə turistləri təhlükəsizlik məqsədləri ilə buraxmır, foto görüntü almağa imkan
vermirlər. Bu mənada polislə turistin kontaktını azaldacaq, yalnış anlamaları önləyəcək tədbirlər
görülməlidir. Həmçinin, təhlükəsizliyin digər vacib elemnti kimi yol hərəkətinin təhlükəsizliyi çıxış
edir.
Ölkədə sabitliyin və əmin-amanlığın təmin olunması istiqamətində aparılan tədbirlərin müsbət
səmərəsi DİF-in Turizmin rəqabətqabiliyyətliliyi indeksində də əksini tapmışdır. Belə ki,
təhlükəsizlik və mühafizə sahəsində Azərbaycan 133 ölkə arasında 2007-ci ildə 38-ci, 2008-
ci 43-cu və 2009-cu ildə isə 37-ci yerdə olmuşdur. Həmçinin, alt indekslərə görə də
aşağıdakı cədvəldən göründüyü kimi, yol nəqliyyat qəzaları üzrə göstərici istisna olmaqla
digərlərində müsbət dinamika əldə olunmuşdur (Cədvəl 4.2):
Cədvəl 4.2
Dostları ilə paylaş: |