Lisenziyalaşdırma və sertfikatlaşdırma sahəsində:
Turizm şirkətlərinin fəaliyyətinə və onunla əlaqəli xidmətlərə məcburi
lisenziyalaşdırmanın şamil edilməməsi;
Turizm obyektlərinin məcburi sertifikatlaşdırılmasından imtina edilməsi, onların
xidmətlərinin sertifikatlaşdırma yolu ilə kateqoriyalara ayrılma sisteminin işlənib
hazırlanması;
Lisenziya və sertfikatların təkrarlanmasına yol verilməməsi.
Regional səviyyədə:
Xarici turistlərin ölkəyə giriş və çıxış nöqtələrində, həmçinin onların hərəkət
marşrutları istiqamətində kompleks servis xidmətlərinin yaradılması üçün zəruri
tədbirlərin görülməsi;
Əsas nəqliyyat yolları üzrə xidmət məntəqələrinin yaradılmasına özəl biznesin təşviq
edilməsi;
Regional səviyyədə turizm müəssisələrinin imkanlarının genişləndirilməsi üçün yeni
qəbul ediləcək dövlət proqramlarında bu istiqamətdə daha çevik tədbirlərin və
mexanizmlərin nəzərdə tutulması;
Turizm səyahətlərinin təşkilində digər nəqliyyat vasitələrindən istifadə imkanlarının
artırılması məqsədilə regionlara xüsusi marşrutların təşkil edilməsi üçün regional
səviyyədə mövcud olan infrastrukturun potensialından daha səmərəli istifadə edilməsi;
Regional infrastrukturun beynəlxalq standartlara cavab verməsi üçün bu istiqamətdə
aparılan işlərin daha da sürətləndirilməsi;
Turizm marşrutları üzrə mövcud olan istirahət dayanacaqlarının xidmətlərinin
yüksəldilməsi;
Regionlarda xarici və ölkə vətəndaşlarının alış-verişlərinin müasir standartlara
uyğunlaşdırılması üçün plastik (kredit) kartlar vasitəsilə ödəmə sisteminin
genişləndirilməsi;
Regionlarda əsas beynəlxalq dillərdə sərbəst ünsiyyətin təmin olunması üçün
ümumtəhsil məktəblərində xarici dil fənləri üzrə tədris aparan müəllimlərin mütamadi
olaraq seminar və təlimlərə cəlb edilməsi.
|