4.7. Qiymətləndirmənin nəticələri
Ölkədə turizmin inkişaf etdirilməsinə yönəlmiş ciddi Hökumət səyləri olsa da bu
sistemli və aydın deyil. Hökumətin uzunmüddətli turizm inkişaf strategiyası, ona uyğun
olaraq bir-neçə illik planı və təşviq siyasət sistemi yetərincə hiss olunmamaqdadır. Ölkə
özünün potensial xarici müştəri bazarını, bu bazar üçün rəqiblərini, daxili bazarın yönələ
biləcəyi xarici bazarları dəqiq müəyyən etməlidir. Bu reallıqlar işığında ölkənin turizm
siyasəti qurulmalı və siyasət təşviq olunmalıdır. Qeyd olunanlardan görünən odur ki,
Azərbaycan turizminin inkişaf etdirilməsi üçün, həm onun özünün, həm də əlaqədar
sektorlarının inkişaf etdirilməsi üçün hələ çox iş görülməlidir. Bir tərəfdən infrastruktur,
digər tərəfdən peşəkar kadr, o biri tərəfdən isə sistemli düşünülmüş addımların olması
zəruridir.
Hal-hazırkı vəziyyətdə Azərbaycan turizmi rəqabət qabiliyyətli deyil və rəqabətdə
qonşu ölkələrə uduzur. Xüsusilə yetərincə çatışmamazlıqlara baxmayaraq əsaslandırılmamış
qiymət siyasəti ölkə turizmini geri çəkir. Gəlinən qənaət odur ki, bir tərəfdən qeyd olunan
işlər görülməli, digər tərəfdən isə turizmdən daxili rəqabət mühiti sağlamlaşdırılmalıdır. Bu
edildiyi təqdirdə turizm bazarında təkmilləşmə müşahidə olunacaqdır.
|