Dövlət turzim siyasətinin tarixi və bu günü.
Azərbaycanda turizm sektorunda dövlət siyasətinin tarixi Sovet dövründən başlayır.
1957-ci ildə Azərbaycan Turizm-Ekskursiya İdarəsinin yaranması ilə ölkədə turizm sahəsində
rəsmi siyasətin elementləri formalaşmağa başladı. 1984-ci ildə bu idarə Azərbaycan SSR Baş
Xarici Turizm İdarəsinə çevrildi və sovet dövlətinin turizm siyasətinin mühüm tərkib
elementi kimi fəaliyyətini davam etdirirdi. Əlbəttə ki, turzim siyasətinin inkişafında yeni
mərhələ müstəqiliyimizin əldə olunması ilə başladı. 2001-ci ildə isə turizm siyasətinin
mərkəzi icra hakimiyyəti orqanı tərəfindən (Gənclər, İdman və Turizm Nazirliyi) həyata
keçirilməyə başladı. 2006-cı ildə aparılan struktur islahatları ilə müvafiq sahədəki siyasət
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilməkdədir. Həmin ildə ölkədə turizm
sektoruna tələb olunan peşəkar kadrları hazırlayacaq Azərbaycan Turizm İnstitutu yaradıldı.
Sovet dövründəki dövlət turzim siyasəti sovet vətəndaşlarının (əsasən zəhmətkeşlərin) bərpa
və müalicəsi üzərində qurulmuş sosial öhdəlik və haqdan ibarət idi.
Müasir Azərbaycanda turizm sahəsində dövlət siyasətinin əsas hədəfləri isə ölkənin
mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı
səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların
qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm
infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlərin görülməsindən və tədbirlərin
həyata keçirilməsi çıxış edir. Ötən illər ərzində ölkədə turizm siyasətinin həyata keçirilməsi
istiqamətində mühüm işlər görülmüşdür.
Dostları ilə paylaş: |