4.6. Turizm sektorunda dövlət siyasətinin təhlili
Bu gün Azərbaycan yeni müstəqillik əldə etmiş ölkə kimi qarşısında duran problemləri
və məsələləri həll edərkən əsasən neft strategiyasına əsaslanmaqdadır. Bu strategiyanın
mühüm tərkib hissələrindən biri də neft gəlirlərini düzgün istifadə etmək və ölkənin davamlı
inkişafına nail olmaqdır. Hazırda Azərbaycanda qeyri-neft sektorunun əsas prioritet
istiqamətlərindən biri kimi turizm sektoru dəstəklənir. Bunu həm beynəlxalq və regional
bazar konyukturası, həm də Azərbaycanın bu sahədəki real imkanları, həm də turizmin
iqtisadiyyatda çoxfunksiyalı təsir imkanları obyektiv olaraq müəyyən etmişdir. Bir faktı
xatırlamaq kifayətdir ki, qeyri-neft sektorunda Hökumətin ən iri həcmli layihəsi birbaşa
turizm sahəsindədir. Bu Qusarda, dünya standartlarına uyğun, miqyasına görə ölkənin ən iri
qış-yay turizm kompleksinin yaradılması təşəbbüsüdür. Artıq rəsmi olaraq reallaşdrılmasına
başlanan bu layihənin ilkin dəyəri 1,2 milyard ABŞ dollarıdır.
9
Və ya son vaxtlar geniş
müzakirə olunan Nargin adası, rəsmi adıyla desək, Böyük Zirə adası tezliklə ayrıca bir şəhər
də ola bilər. Yerli Aurositi Holding şirkəti burada istirahət və əyləncə şəhərciyi tikməyə
hazırlaşır. Bu Azərbaycanda neftdən sonra ən böyük maliyyə tutumlu layihələrdir ki, bu da
ilk baxışdan turizmi önə çıxarır.
10
Hökumət infrastruktur, xüsusilə sosial infrasturktura son illərdəki mühüm diqqətin
arxasında həm də turizmə münbit mühit yaratmaq məqsədi də durur. Azərbaycanda turizmin
8
Bu göstərici 2009-cu ildən əlavə olunub.
9
www.shahdag.az/eng/page6.html
(21.11.2009)
10
www.ziraisland.com
(21.11.2009)
inkişaf etdirilməsi üçün tarix (6.000-dən çox mühafizə olunan yerli, ölkə və dünya
əhəmiyyətli abidə mövcuddur), mədəniyyət və təbiət (11 iqlim tipindən 9-un mövcud olması)
potensialı mövcuddur. Bundan əvvəlki bölmədə qeyd olunduğu kimi dünyada məlum olan
əksər turizm növlərinin ölkədə inkişaf etdirilməsi potensialı mövcuddur. Bura ölkənin şərqlə-
qərbin qovşağında olmasını, 3 böyük dinin bu coğrafiyada yaşamış olmasını, yüksək
tolerantlığı və qonaqpərvərlik mədəniyyətini də əlavə etsək ilk baxışdan yüksək turizm
inkişaf potensialını görmək olar. Amma bu potensialı imkana çevirmək və inkişaf etdirmək
uçun Hökumət haqlı olaraq müvafiq infrasturktur işlərini görməklə rəqabətqabiliyyətli turizm
biznesi yaratmağa çalışır. Ümumiyyətlə statistik məlumatlar da bu sahədə inkişafın sürətlə
getdiyini göstərir.
Dostları ilə paylaş: |