Azərbaycan İKT sahəsində son illərdə mühüm uğurlar əldə etmiş ölkədir. Hökumət bu
sahəni qeyri-neft sektoru kimi əsas prioritet sahələrdən biri hesab edir. Bununla bağlı bir sıra
dövlət proqramları və layihələri həyata keçirilir. Ölkədə özəl sektorun dövlət sektoru ilə
müqayisədə internetdən istifadə səyləri daha güclüdür. Amma son illərdə Hökumətin E-
Azərbaycan və E-İdarəçilik sahəsindəki proqramları dövlət sektorunda da irəliləyişlərə gətirib
çıxarmışdır. Buna misal olaraq Vergilər Nazirliyinin e-vergi idarəsini və onun uğurlu işini
göstərmək olar.
7
Ölkədə internet istifadəçilərinin sayı sürətlə artmaqdadır. Lakin, bütün bu
nailiyyətələrin ölkə ərazisinin tam əhatə etdiyini və internetin keyfiyyətinin ucqarlarda da
lazımi səviyyədə olduğunu demək düzgün olmazdı. Ölkə əhalisinin 47 faizinin kənd
yerlərində məskunlaşmasına baxmayaraq kəndlərdə internet arzuolunan səviyyədə geniş
yayılmamışdır. Ölkədə stasionar telefon rabitəsi sistemi kifayət qədər əhatəli inkişaf etmişdir.
Ölkənin çox cüzi bir hissəsində telefonun yoxluğundan və ya keyfiyyətinin zəifliyindən bəhs
etmək olar. Amma son illərdə bu sahəyə diqqətin artırılması nəticəsində demək olar ki, Sovet
dövründən qalan köhnə telefon stansiyalarının yerinə müasir avtomat telefon stansiyaları
qurulmuşdur. Həmçinin, ölkədə mobil telefon rabitəsi şəbəkəsi də geniş inkişaf etmişdir.
Ölkədəki əsas mobil operatorların (xüsusilə Azercellin) ölkədə geniş şəbəkəsi vardır.
Lakin qeyd etdiyimiz kimi, bütün bu əldə olunmuş nailiyyətlərə baxmayaraq ölkənin
İKT sektorunda kifayət qədər problemlər qalmaqdadır və bu da DİF-in Turzimin
rəqabətqabiliyyətliliyi indeksində öz əksini tapmışdır. Belə ki, İT infrastrukturu sahəsində
Azərbaycan 133 ölkə arasında 2007-ci ildə 73-cü, 2008-ci ildə 84-cü və 2009-cu ildə isə 87-
ci mövqeyə sahib olmuşdur. O cümlədən alt indekslər üzrə vəziyyət aşağıdakı cədvəldə
təqdim olunur (Cədvəl 4.5).
Cədvəl 4.5
Alt indekslər
2008
2009
Kommersiya fəaliyyətində internetdən
istifadə dərəcəsi
63
68
İnternet istifadəçiləri (dəqiq məlumat)
84
85
Telefon xətlərinin uzunluğu (dəqiq məlumat)
76
77
Sürətli İnternet abunəçiləri (dəqiq məlumat)
105
112
Mobil telefon abunəçiləri (dəqiq məlumat)
86
88
Mənbə: DİF Turizmin rəqabətqabiliyyətlilik indeksi, 2009
Dostları ilə paylaş: