Hökumət ölkədə davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından, qeyri-neft
sektorunun, o cümlədən turizm sektorunun potensialından səmərəli istifadə edilməsi
istiqamətində səylərini davam etdirməkdədir. 1999-cu ildə “Turizm haqqında” Qanunun
qəbul olunması ilə ölkədə turizm sahəsində siyasətin rəsmiləşdirilməsi baş vermişdir. Turizm
sahəsində siyasətin mühüm sənədlərindən biri isə “Azərbaycan Respublikasında turizmin
inkişafına dair 2002-2005-ci illər üçün” Dövlət Proqramı olmuşdur. Eyni zamanda,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan
Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)”
turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində regionlarda sahibkarlığın inkişafı üçün
kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin
hazırlanması sahəsində işlər görülmüşdür. Dövlət Proqramı ilə yanaşı, Azərbaycan
Respublikası Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə Sərəncamların turizmə aid
bəndlərinin icrasının təmin olunması məqsədilə, Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz,
Masallı, Astara rayonlarının turizm inkişaf planı hazırlanmış və yerli icra hakimiyyəti
orqanları ilə razılaşdırılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə
təqdim olunmuşdur.
Dostları ilə paylaş: