Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   42   43   44   45   46   47   48   49   ...   76
IIETI-UNDP Turizm-az

 

Tarix turizmi.  

Hazırda ərazisi 86,6 min kvadrat kilometr olan Azərbaycan bəşər mədəniyyətinin ilkin 

beşiklərindən biri olmuşdur. Qədim insanların bu ərazidə hələ 1,5 -2 milyon il bundan əvvəl 

məskən  salması  alimlər  tərəfindən  sübut  olunmuşdur.  Azərbaycanın  mağara  düşərgələrində 

aparılan arxeoloji qazıntılar qədim daş dövrü insanlarının təşəkkülü və inkişafı, qədim ibtidai 

icmalar haqqında məlumat verməyə imkan vermişdir. Azərbaycanın paytaxtı Bakı şəhərindən 

təqribən 55 km cənubda Qobustan qaya təsvirləri də bu diyarın qədim tarixindən söhbət açır. 

Süjet  müxtəlifliyinə  görə  həmin  təsvirlər  eramızdan  əvvəl  8-ci  minillikdən  eramızın  XIX 

əsrinədək bir dövrü əhatə edir. 

Azərbaycan tarix turizmi baxımından da turistlərə geniş imkanlar vəd edir. Ümumilikdə 

Azərbaycanda  6  min  tarixi  yer  mövcuddur.  Bu  sırada  Azıx  mağarası,  Zaqatala  İlisu  qülləsi, 

Lənkəranda dairəvi Daveri qala həbsxanası, Pirqulu Rəsədxanası, Mömünə Xatun məqbərəsi, 

Husif ibn Küseyri, Şəki Xan Sarayı, Qarabağlar türbəsi (Naxçıvan), Asafi keyif ziyarətgahı 

(Naxçıvan),  Gülüstan  mavzoleyi,  Qədim  Qala  divarları  (Naxçıvan),  Kültəpə,  Gəmiqaya, 

Oğlanqala,  Qədim  Gilan  və  Şirlan  kimi  qədim  yaşayış  məskənlari  (Naxçıvan),  Yalınqala, 

Fərhadqala,  Quylu  kimi  mağara  kompleksləri  (Naxçıvan),  Qobustan,  Şəkidə  alban  kilsəsi, 

Şamaxıda  Cümə  məscidi,  Şaşiqəndam  və  Yeddi  Günbəz  qəbiristanlığı,  Xınalıqda 

Atəşpərəstlik alov məbədi (Atəşgah) və başqa adlar sadalana bilər. 

Bundan  başqa,  zəngin  mədəni  irsə  və  arxitekturaya  sahib  Bakı  şəhəri  (şərq  və  qotik 

üslublu  tikililər,  dünya  şöhrətli  İçəri  Şəhər,  Qız  Qalası  və  s.)  hər  zaman  öz  cəlbediciliyini 

qorumuşdur.  XIX  əsrin  sonlarından  başlayaraq  Bakıda  qədim  memarlıq  abidələri  -  Xəzər 

dənizinin  sahilində  tikilmiş  “Qız  qalası”,  məscidlər,  karvansaralar,  əzəmətli  qala  divarları, 

“Şirvanşahlar  kompleksi”  (XV  əsr)  ilə  yanaşı,  yeni  müxtəlif  üslublarda  tikilmiş  müasir 

binalar  ucaldılmışdır.  Bütün  bunlara  görə  şəhər  şərq  və  qərb  memarlıq  üslublarını  özündə 

birləşdirir,  həm  qədim,  həm  də  müasir  mədəniyyət  mərkəzi  təsiri  bağışlayır.  Qədim  tarixi 

abidələr  şəhərin  qala  divarları  ilə  əhatələnmiş,  “İçərişəhər”  adlanan  hissəsində  yerləşmişdir. 

Buraya çox vaxt “köhnə Bakı” da deyirlər. Bakı bu gün Azərbaycanın təhsil, elm, mədəniyyət 

və idman mərkəzidir. 

Ölkədə  müxtəlif  tarix  və  etnoqrafiya  muzeyləri  (NMR-də  xalçaçılıq  muzeyi,  Bakıda 

incəsənət və xalçaçılıq muzeyləri və s.) fəaliyyət göstərir. 

Bakı  (sənaye  üsulu  ilə  neft  emalı  ilk  dəfə  Bakıda  tətbiq  edilmişdir)  dünyada  bənzəri 

olmayan Xəzər dənizində yaradılmış Neft daşları şəhərciyinə görə də diqqətəlayiqdir. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin