Mədəniyyət turizmi.
Ölkənin mədəniyyət turizmi potensialına Bakıda incəsənət qalereyaları, milli musiqi
növü - muğam, dünya caz musiqisinin yaxşı inkişaf etməsi (Filarmoniya), milli və dünya
rəqsləri, ləziz dada malik zəngin mətbəx, bütün fərqli dini və dünyəvi görüşlərə tolerantlı
islami yanaşma və müxtəlif dinlərin ortaya qoyduğu mozaika nümunə göstərilə bilər.
Xəzər dənizinin qərb sahilində yerləşən Bakı qədim və müasir şəhərdir. Bura gözəl
tarixi abidələri, müxtəlif memarlıq üslublarında tikilmiş binaları, yaşıl parkları, qala divarları
arasında salınmış qədim İçərişəhəri, bənzərsiz dənizkənarı bulvarı ilə hamını heyran edir.
Şəhərin mərkəzi hissəsi Bakı buxtasına açılan amfiteatr şəklindədir. Onun dəniz sahili okean
səviyyəsindən 28 m-ə qədər aşağıda yerləşir. İqlimi quru subtropikdir. Orta aylıq temperaturu
yanvarda 3-4°S, iyulda 25-26°S-dir. İllik yağıntının miqdarı 300 mm-ə qədərdir. Bakı üçün
güclü şimal küləyi - xəzri və cənub küləyi gilavar səciyyəvidir. İlin əksər günləri Bakıda
külək əsir. Ona görə də bura “küləklər şəhəri” də deyirlər. Əhalisi 2 milyon nəfərdən çox olan
Bakıda müxtəlif mədəniyyətlərə mənsub xalqların və millətlərin nümayəndələri yaşayırlar və
bu millətlər arasında ayrı-seçkilik mövcud deyil.
Dostları ilə paylaş: |