5. Nəticə və təkliflər
Təhlil göstərir ki, ölkədə turizm müəssisələrinin sayı artsa da, onların təklif etdikləri
turizm məhsullarının çeşidi dünya standartlarından geri qalmaqdadır. Azərbaycanda turizm
sənayesi dinamik bir sektor olmaqla, ölkə iqtisadiyyatına verdiyi çox önəmli töhfələrlə
yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində də əhəmiyyətli funksiyalarını yerinə
yetirməkdədir. Azərbaycanın turizm sektoru lazımi təbii, mədəni və tarixi resurslara sahib
olmasına və həmçinin, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə regionda rəqabət
üstünlüyünün mövcudluğuna baxmayaraq, əldə edilən xarici turizm gəliri yetərli səviyyədə
deyil və hələ də dünya turizm bazarında öz potensialını tam reallaşdırmamışdır.
Ümumiyyətlə turizm sektorunun iqtisadiyyatın digər sahələrinə təsiri yüksəkdir. Bu təsir
özünü xüsusilə də yeni iş yeri yaratmaq və ümumiyyətlə, məşğulluğu təmin edə biləcək
sahələrə multiplikativ effekt verir. Lakin, Azərbaycanda bu təsir heç də ölkənin malik olduğu
resurslarla müqayisədə arzuolunan səviyyədə qiymətləndirilə bilməz.
Azərbaycanın turizm xidmətləri üzrə kifayət qədər üstünliyə malik olan ölkə kimi
xarakterizə olunmaması, ilk növbədə, ölkədə neft sektorunun inkişafı ilə əlaqədardır. Lakin
ölkədə son dövrlərdə turizm sektorunda müşahidə edilən müsbət meyillər gələcəkdə bu
sektorun potensial imkanlarının artırılmasını, həmçinin onun iqtisadiyyatın öncül
sahələrindən birinə çevrilməsini şərtləndirə bilər.
Turizm sektorunda aparılan tədqiqatlar və mövcud materialların təhlili belə bir nəticə
çıxarmağa imkan verir ki, turizm industriyasının əhəmiyyətli dərəcədə gizli potensialından
istifadə etməklə, onun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi və ixrac gəlirlərinin artırılması
mümkündür. Lakin bunun əldə olunması üçün sahədə dövlət tənzimlənməsi, bazar
münasibətlərinin mükəmməl inkişafı, həmçinin diversifikasiya və dünya bazarına çıxan
turizm məhsullarının keyfiyyətinin yüksəldilməsi şərtlərinin reallaşdırılması vacibdir.
Sektorun inkişafında maraqlı olan bütün biznes-strukturlar ölkənin turizm sektorunun
inkişafına böyük dinamika qazandıracaq səylərdə ümumi bir fikirə gəlmələri vacibdir.
Həmçinin, bu proseslərə turizm sektorunun bütün iştirakçıları, sahənin mütəxəssisləri və
dəyərli təcrübəyə malik xarici ekspertlər, beynəlxalq təşkilatların fəal surətdə qoşulmaları
zəruridir.
Turizm sektorunun inkişafının sürətləndirilməsi, fərdi sahibkarlığa və kiçik biznesə
dövlət dəstəyinin göstərilməsi məqsədilə aparılmış tədqiqatın nəticəsi olaraq aşağıdakı siyasət
tədbirlərinin həyata keçirilməsini məqsədəuyğun hesab edirik:
Dostları ilə paylaş: |