Viza alınmasi qaydaları.
MDB ölkələrinin əksər vətəndaşları üçün Azərbaycana gələrkən viza almaq zərurəti
yoxdur. Digər ölkə vətəndaşları xaricdəki Azərbaycan səfirliyində və yaxud Bakıdakı Heydər
Əliyev beynəlxalq aeroportunda özəl şəxsdən və ya turist agentliyindən aldığı dəvət əsasında
viza əldə etməlidir. Adi giriş-çıxış vizası üçün etibarlılıq müddəti 3 gündən 3 aya qədər
müəyyən edilmişdir. Çoxdəfəli giriş-çıxış vizası üçün isə bu müddət 1 ilə qədərdir. Əgər viza
bu müddət ərzində istifadə olunmazsa o, etibarsız hesab edilir. Qayıdış vizası 1 aya qədər
olan müddətdə qayıdacaqları təqdirdə Azərbaycan Respublikasını tərk edən, şəxsi pasportu
olan əcnəbilərin müraciəti ilə verilə bilər. Bu viza Azərbaycan Respublikasından çıxma
tarixindən keçən altı ay ərzində istifadə edilməzsə, öz etibarlılığını itirir. Azərbaycanda
qalmaq üçün viza müddətini uzatmaq istəyən əcnəbilər onların hal-hazırdakı vizalarında
göstərilən müddətin bitdiyi vaxtdan əvvəl bunu etməlidir. Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin Konsulluq İdarəsindən viza almaq üçün aşağıdakı sənədləri təqdim etmək
lazımdır:
Doldurulmuş viza üçün ərizə anket formasının bir nüsxəsi (ərizə anket
formasının surəti də ola bilər);
Pasport;
Ərizə anket formasında pasport üçün nəzərdə tutulan ölçüdə şəkil;
Rüsum ödənişi ilə bağlı qəbz;
Qəbul edən tərəfin dəvət məktubu.
Azərbaycan Respublikasına gəlmək üçün viza olmadığı təqdirdə, təyyarə ilə gələn
əcnəbilər Bakının H.Əliyev adına Beynəlxalq Hava Limanında qısa müddət ərzində adi giriş
vizası ala bilər. Rüsum ödənişindən əlavə aşağıdakı sənədlər də tələb olunur:
Doldurulmuş viza ərizə anket formasının bir nüsxəsi (ərizə anket formasının
surəti də ola bilər);
Pasport üçün nəzərdə tutulan şəkil və ya pasportun surəti.
Dostları ilə paylaş: