Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


Siyasətin hüquqi çərçivəsi



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə67/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   63   64   65   66   67   68   69   70   ...   76
IIETI-UNDP Turizm-az

 

Siyasətin hüquqi çərçivəsi.  

1999-cu  ildə    “Turizm  haqqında”  Qanun  qəbul  olunmuş  və  turizm  sahəsində  dövlət 

siyasətinin rəsmiləşdirilməsi baş vermişdir. Turizm siyasətinin mühüm sənədlərindən biri isə 

“Azərbaycan  Respublikasında  turizmin  inkişafına  dair  (2002-2005-ci  illər  üçün)”  Dövlət 

Proqramı  olmuşdur.  Qeyd  olunan  Proqramın  tələblərinə  uyğun  olaraq,  turizm  sahəsində 

beynəlxalq  standartlara  cavab  verən  mehmanxanalar  tikilmiş,  ölkəyə  bir  sıra  aparıcı 

beynəlxalq  investisiya  şirkətləri  cəlb  olunmuş,  ölkəyə  gələn  turistlərin  sayı  artmışdır.  Eyni 

zamanda,  Azərbaycan  Respublikası  Prezidentinin  müvafiq  Sərəncamı  ilə  təsdiq  edilən 

“Azərbaycan  Respublikası  regionlarının-sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  (2004-

2008-ci  illər)”  turizm  sahəsi  üzrə  bəndlərinin  tələbləri  çərçivəsində  sahibkarlığın  inkişafı 

üçün  müvafiq  kreditlərin  ayrılması,  turizm  obyektlərinin  inşasının  dəstəklənməsi,  bir  sıra 

hüquqi  sənədlərin  hazırlanması  sahəsində  işlər  görülmüşdür.  Dövlət  Proqramı  ilə  yanaşı, 

Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  təsdiq  edilən  Azərbaycan  Respublikası 

regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə Sərəncamların turizmə 

aid bəndlərinin icrasının təmin olunması məqsədilə, Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz, 

Masallı,  Astara  rayonlarının  turizm  inkişaf  planı  hazırlanmış  və  yerli  icra  hakimiyyəti 

orqanları  ilə  razılaşdırılaraq  aidiyyəti  üzrə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinə 

təqdim olunmuşdur. 




“Caspian Group Consalting” şirkətinin mütəxəssisləri tərəfindən ABŞ Ticarət və İnkişaf 

Agentliyindən ayrılan qranta əsasən hazırlanan turizmin uzunmüddətli inkişafına dair master 

planın  və  Türkiyədən  dəvət  olunmuş  mütəxəssislərin  rəy,  təklifləri  əsasında  Nazirliyin 

əməkdaşları tərəfindən turizm sahəsi üzrə kadr hazırlığının yaxşılaşdırılması, yataq yerlərinin 

sayının  artırılması,  turizmin  müxtəlif  növlərinin  inkişaf  etdirilməsi,  həmçinin  turizmin 

inkişafının  yeni  mərhələsinə  təkan  verəcək  “Azərbaycan  Respublikasında  Turizmin 

İnkişafına  dair  2008-2016-cı  illər  üçün  Dövlət  Proqramı”  hazırlanmışdır.  Hal-hazırda  bu 

proqram  Nazirlər  Kabinetində  baxılmaqdadır.  Azərbaycan  Respublikası  Prezidentinin  2008-

ci  il  20  iyun  tarixli  Fərmanı  ilə  “Turizm  və  rekreasiya  zonalarının  nümunəvi  Əsasnaməsi” 

təsdiq  olunmuşdur.  Bu  əsasnamə  turizm  və  rekreasiya  zonalarını  insanların  əyləncəsini, 

istirahətini,  müalicəsini  və  sağlamlığını  təmin  edən,  müvafiq  turizm  infrastrukturuna  malik 

olan,  xüsusi  ekoloji,  rekreasiya,  tarixi,  mədəni  əhəmiyyət  daşıyan  təbiət  və  mədəniyyət 

komplekslərinin  yerləşdiyi  və  təbiəti  mühafizə,  milli  və  mədəni  irsi  qoruma,  gəncləri 

vətənpərvərlik  ruhunda  tərbiyə  etmə,  maarifçilik,  elmi  və  digər  məqsədlər  üçün  istifadə 

olunan, regionların sosial-iqtisadi inkişafına kömək edən və müvafiq idarəetmə qurumlarına 

malik  ərazilər  hesab  edir.

11

  Turizm  və  rekreasiya  zonalarına  Azərbaycan  Respublikasının 



torpaq qanunvericiliyi ilə müəyyən edilmiş aşağıdakı zonalara aid sahələr daxil edilə bilər: 1) 

arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən olunmuş zonalar; 2) meşə fondu 

zonaları;  3)  Xəzər  dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsi 

(zonası); 4) dağ zonaları; və 5) qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər ərazilər. Bu 

zonaların  yardılması    istiqamətində  ciddi  iş  gedir.  Həmçinin  zonaların  baş  və  cari  inkişaf 

planlarının, turizm və rekreasiya zonalarnın pasportlarının hazırlanması üçün ciddi tədqiqatlar 

da tələb olunur. 

Böyük  mədəni  turzim  potensialına  malik  ölkədə  bu  istiqamətdə  ilk  iş  1968-ci  ildə 

hazırlanmış  “Azərbaycan  Respublikası  ərazisində  dövlət  mühafizəsinə  götürülən  daşınmaz 

tarix  və  mədəniyyət  abidələrinin  siyahısının”  yenidən  tərtib  olunmasıdır.  Çünki  keçən  dövr 

ərzində  çoxlu  sayda  yeni  abidələr  tapılmışdır.  Bu  və  digər  amillər  siyahının  yenidən  tərtib 

olunması  ehtiyacını  doğurmuşdur.  Siyahı  üzərində  1988  və  2001-ci  illərdə  aparılmış  işlər 

nəticəsində  ölkədə  yerli,  respublika  və  dünya  əhəmiyyətli  qorunan  abidələrin  sayı  6308-ə 

çatmışdır.

12

  Son  vaxtlar  aparılan  yeni  dəqiqlşdirmələrlə  bu  rəqəmin  7000-ə  çatacağını 



göstərir.  Bu  siyahının  hazırlanması  yalnız  mühafizəni  gücləndirmir,  qorumaqla  istifadə 

zərurətini  də  ortaya  çıxarır.  Bu  səbəbdəndir  ki,  keçən  dövr  ərzində  turizm  nümayiş  obyekti 

kimi istifadə olunması  məqsədəuyğun hesab  edilən bir sıra  tarix-mədəniyyət abidələri bərpa 

edilmiş və turistlərin istifadəsinə verilmişdir. 

Həmçinin çoxlu sayda tarix və  mədəniyyət abidəsinin qoruqları  yaradılmışdır. Bunlara 

İçərişəhər,  Çıraqqala,    Qobustan,  Keşişdağ,  Xınalıq,  Qala  Nardaran,  Şuşa,  Şəki,  Lahıc, 

Zaqatala,  Basqal,  Gəncə  ,  Qazax  «Avey»,  Qəbələ,  İlisu,  Ordubad  «Gəmiqaya»,  Şərur 

«Arpaçay»,  Ordubad,  Culfa  «Gülüstan»,  Dəvəçi  «Çıraqqala»,  Dəvəçi  «Şabran  şəhəri», 

Hacıqabul  «Pir  Hüseyn Xanəgahı»   və  s., dövlət  mədəniyyət, etnoqrasiya  qoruqlarını  misal 

gətirmək olar.

13

 

Həmçinin  mühüm  turzim  növü  olan  ekoturizmin  inkişaf  etdirilməsi  üçün  mühüm 



addımlar  atılmışdır.  Bu  gün  ölkədə  14  (Qızılağac,  Zaqatala,  Türyançay,  Pirqulu,  Şirvan, 

Bəsitçay, Qarayazı, İsmayıllı, Qaragöl, İlisu, Şahbuz, Eldar şamı, Palçıq vulkanları qrupu və 

Korçay)  dövlət  təbiət  qoruğu,    8  (Ordubad,  Şirvan,  Ağ  göl,  Hirkan,  Altıağac,  Abşeron, 

Şahdağ  və  Göy-göl)  milli  parkları  və  22  (Qarayazı,  Şəki,  Laçın,  İsmayıllı,  Qusar,  Qızılca, 

Qubadlı,  Zuvand,  Şəmkir,  Bərdə,  Korçay,  Bəndovan,  Gil  adası,  Kiçik  Qızılağac,  Daşaltı, 

                                                 

11

 

http://azerbaijan.news.az/index.php?Lng=aze&Pid=25571



 

 

12



 “Abidələrin yeni siyahısı hazırlanır”, Mədəniyyət qəzeti, 11.09.2008. səh, 5 

13

 



http://www.mct.gov.az/?/az/med

  



Qəbələ, Arazboyu, Qax, Ordubad, Arazboyu, Hirkan və Zaqatala) yasaqlıq faəliyyət göstərir. 

Hazırda   milli  parklar  ölkə  ərazisinin  3,1%-ni  təşkil  edir.

14

  Tarix  və  təbiət  ərazilərinin 



qorunması  siyasətinin,  düşünülmüş  istifadə-turizm  siaysəti  ilə  əhatə  olunduğunu  söyləmək 

çətindir. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin