Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami


Əyləncə və asudə vaxtin səmərəli təşkili



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə63/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   59   60   61   62   63   64   65   66   ...   76
IIETI-UNDP Turizm-az

 

Əyləncə və asudə vaxtin səmərəli təşkili.  

Ölkədə  turizmin  inkişafına  təkan  verən  mühüm  amillərdən  biri  kimi  turistlərin  asudə 

vaxtlarının  səmərəli  təşkili  məsələsi  çıxış  edir.  Son  illərdə  ölkədə  idman  qurğularının, 

müzeylərin  və  sərgi  salonların  təmiri  və  tikintisi  üçün  xeyli  vəsait  xərclənmişdir.  Ölkədə 

çoxlu sayda olimpiya mərkəzləri inşa edilmişdir. Əsasən Bakıdakı mühüm müzeylər, bir neçə 

sərgi  salonu  əsaslı  təmir  edilmiş  və  ya  yeniləri  tikilmişdir.  Ölkədə  mövcud  olan  müzey 

şəbəkəsinin  ziyarətçi  qəbulu  sahəsində  ciddi  problemləri  vardır.  Müzeylərin  marketinq  işi 

demək  olar  ki,  çox  zəifdir.  Ölkədə  Bakı  istisna  olmaqla,    müasir  konsert  zalları  yoxdur. 

Olimpiya  mərkəzlərinin menecmenti sahəsində  təkmilləşdirmə ehtiyacları  vardır.  Amfiteatrı 

olan otellər demək olar ki, yoxdur. Otellərin müştərilərə əsasən gecələmə və qida xidmətləri 

təklif  olunur  ki,  bu  da  müştəri  məmnuniyyəti  üçün  kifayəedici  hesab  oluna  bilməz.  Ölkədə 

turistlər üçün maraqlı olacaq gəzməli yerlər çox olmasına baxmayaraq, onların təbliği, təşkil 

olunan  turların  bələdçi  təminatı  lazımi  səviyyədə  də  deyil.  Turizm  təsislərinin  yerinin 

seçilməsi  zamanı,  ətrafda  turların  təşkil  olunacağı  yaxın  yerlərin  olub-olmamasına  bəzən 

diqqət  ayrılmır.  Bu  mənada  asudə  vaxtın  səmərəli  təşkili  baxımından  peşəkar  şoumenlərə, 

DJ-lərə,  bələdçilərə  və  turizm  təsisləşməsi  zamanı  ciddi  marketinq  tədqiqatlarına  ehtiyac 

duyulur.  Qeyd  etdiklərimiz  nəticəsində  heç  də  təsadüfi  deyildir  ki,  DİF-in  Turizmin 

rəqabətqabiliyyətliliyi  indeksinə  əsasən  Azərbaycan  təbii  resurslar  sahəsində  digər 

göstəricilər ilə müqayisədə ən aşağı mövqeyə sahib olmuşdur: 133 ölkə arasında 2007-ci ildə 

                                                 

7

 

www.taxes.gov.az



  


116-cı,  2008-ci  ildə  110-cu  və  2009-cu  ildə  isə  113-cü  pillə;  və  mədəni  resurslara  görə  isə 

müvafiq  olaraq  99-cu  və  104-ci    yerlər.  Alt  indekslər  üzrə  bu  göstəricilər  aşağıdakı  kimi 

olmuşdur (Cədvəl 4.6). 

Cədvəl 4.6 

 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin