Azərbaycan respublikasi bmt iNKİŞaf proqrami



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə61/76
tarix02.01.2022
ölçüsü1,83 Mb.
#45075
1   ...   57   58   59   60   61   62   63   64   ...   76
IIETI-UNDP Turizm-az

 

Turizm infrastrukturu.  

Gələn  turistlərin  qaldıqları  müddətdə  maneələrsiz  yerləşdirilməsi və  onlara  keyfiyyətli 

yerləşdirmə  xidmətlərinin  göstərilməsi  çox  vacibdir.  Bu  gün  ölkədə  yerləşdirmə  yeri  kimi 

otel, motel, turist bazaları və kənd evləri çıxış edirlər. Ölkədə hal-hazırda 370 otel fəaliyyət 

göstərir. Həmçinin 2009-cu ilin birinci yarısında respublikada 35 yeni mehmanxananın inşası 

davam edir. Dünyada məşhur olan otel şəbəkələrinin əksəriyyəti ölkəyə gəlmişdir və əsasən 

Bakıda yerləşmişdir. Regionlarda son illərdə yerləşdirmə yerlərinin artırılması istiqamətində 

müəyyən işlər görülmüşdür. Keçmiş mehmanxana sistemi dağıldıqdan sonra müasir tələblərə 

cavab verən otellərin tikintisi davam edir. Amma təssüflər olsun ki, bu otellər  ya 4 ya da 5 

ulduzlu  olmaqla  daha  çox  bahalı  turizm  məhsulu  seqmenti  üçün  nəzərdə  tutulmuş  və  ya 

ulduzsuz və keyfiyyət standartlarından uzaq fəaliyyət göstərirlər. Tez-tez turizm rəsmilərinin 

otellərin ulduz satndartlarına uyğunsuzluqları ilə bağlı çağırışlarını eşidirik. Hazırda Bakıdan 

regionlara doğru səfərlərdə yol üstündə tövsiyə edilə bilən otel tapmaq müşkül olur. Hazırda, 

rəsmi  yerləşdirmənin  tələbləri  ödəyə  bilməməsi  ölkədə  B&B-yə    (yataq  və  səhər  yeməyi) 

bənzər  kirayə  evlər  şəbəkəsini  genişləndirmişdir.  Bu  gün  ölkənin  turistlər  üçün  cəlbedici 

bölgələrində  bu  tipli  xidmətlərin  təklifi  genişlənmişdir.  Mütəxəssislərin  fikirincə  bu  tip  ev 

kirayəçiləri  ölkədə  minlərlədir.  Bu  tip  evlərdə  əsasən  daxili  tursitlər,  ailələri  ilə  qalırlar. 

Amma onlarında ayrıca xidmət keyfiyyəti çox hallarda minimal tələblərə belə uyğun olmur. 




Bu  mənada  bir  tərəfdən  yüksək  keyfiyyətli  və  orta  gəlirli  turistlər  üçün  münasib  qiymətli 

otellər  (3-5  ulduzlu)  şəbəkəsinin  qurulmasına,  diğər  tərəfdən  isə  aqroturizmin  və  onun 

yerləşdirmə forması olan B&B-nin inkişaf etdirilməsinə böyük ehtiyac vardır. 

Bu  gün  Bakıda  olan  otellər  istisna  olmaqla,  turist  xidmət  yerlərinin  yaxınlıqlarında 

ATM-lər  demək  olar  ki,  yoxdur.  Bank  sistemi  regionlarda  arzu  olunan  səviyyədə  inkişaf 

etməyib.  Bəzən  nəinki  kiçik  rayonlarda,  bəzən  böyük  şəhərlərdə  belə  standart  bank 

xidmətlərindən faydalanmaq imkanları ya məhdud, ya da xeyli vaxt itkisi hesabına başa gəlir. 

Azərbaycan Respublikası Mədəniyyət və  Turizm Nazirliyinin rəhbərliyi altında tikilən 

“Şahdağ”  Qış-Yay  Turizm  Kompleksi  təkcə  yerləşdirmə  sahəsində  deyil,  digər  xidmətlər 

təklifi baxımından ölkənin şimal-şərq regionunda turizmin inkişafı üçün mühim töhfədir. 312 

yerlik 5 ulduzlu, 346 yerlik 4 ulduzlu, 282 yerlik 3 ulduzlu otelin  və kiçik yaylaq evlərinin, 

kotteclərin  tikilməsi  nəzərdə  tutulan  bu  kompleksdə  gündə  10.000  turistə  xidmət  etmək  və 

ölkə üçün yeni olan qış turizmini inkişaf etdirmək imkanı olacaqdır. 

2009-cu  ilin  aprel  ayının  7-də  Böyük  Zirə  adasında  (ictimaiyyət  arasında  Nargin  adası 

kimi  tanınır)  karbonsuz  ada  layihəsinin  təqdimat  mərasimi  keçirilmişdir.  Bu  layihəni 3 

Danimarka şirkəti həyata keçirəcək (Koşar Demir, Bjarke İngels Group, Ramboll). 

Bir ilə layihənin icrasına başlanılması nəzərdə tutulub. 1 milyon kvadrat metrlik ərazisi 

olan bu adada təxminən 10 min adam yaşaya biləcək. 6-8 ilə başa çatdırılması planlaşdırılan 

layihənin  tikintisinə  4-4,5  milyard  ABŞ  dolları  vəsait  ayrılması  nəzərdə  tutulur.  Layihənin 

sifarişçisi Azərbaycanın “Avrositi” Holdinq şirkətidir. Bakı ilə ada arasında üç növ nəqliyyat 

vasitəsilə əlaqə saxlanılacaq. Bunun üçün kiçik sərnişin gəmiləri, asma yol və hava nəqliyyatı 

-  vertolyotlardan  istifadə  olunması  və  ada  ilə  Bakı  Hava  limanı  arasında  birbaşa  hava 

dəhlizinin olacağı nəzərdə tutulur. Adada elektrikdən başqa heç nədən istifadə olunmayacaq. 

Elektrik  təminatı  da  həmin  ətrafında  qurulan  16  külək  dəyirmanı  vasitəsilə  təchiz  ediləcək. 

Adanın  özündə  əsas  nəqliyyat  vasitəsi  elektrik  avtomobillər  olacaq  və  bu  avtomobillər  də 

batareya  ilə  işləyəcək.  Adada  300-ə  yaxın  lüks  villa  və  bir  neçə  dörd-beş  ulduzlu  otellər 

tikiləcək.  Böyük  Zirə  adası  üçün  içməli  su  Xəzər  dənizindən  götürüləcək.  Su  xüsusi 

avadanlıqla  duzdan  təmizlənəcək.  Lakin  ilk  illərdə  adada  Bakıdan  verilən  qaz  və  sudan 

istifadə  ediləcək.  Lakin  ada  tam  əhalinin  yaşayışı  üçün  istifadəyə  veriləndə  orada  qazdan 

istifadə  olunmayacaq.  Qeyd  etmək  lazımdır  ki,  bu  tipli  oxşar  layihələrin  Şanxay  və  Əbu-

Dabidə  də  həyata  keçirilməsi  planlaşdırılır.  Layihə  ideyası  Azərbaycanın  səmadan  görünən 

yeddi dağ zirvəsindən almışdır və buna uyğun olaraq adada Azərbaycanın yeddi dağ zirvəsini 

təmsil edən komplekslər inşa ediləcəkdir. Zirə Adası Baş Planı 2009-cu il 20 fevralda açılan 

Danimarka Memarlıq Mərkəzinin "Yes is More" adlı ictimai sərgisinin bir hissəsi olmuşdur.

6

 

DİF-in  Turzimin  rəqabətqabiliyyətliliyi  indeksinə  əsasən  turizm  infrastrukturu 



sahəsində  Azərbaycan 133 ölkə arasında 2007-ci ildə 101-ci, 2008-ci ildə 92-ci və 2009-cu 

ildə  isə  99-cu,  otel  otaqlarının  sayı  göstəricisinə  görə  isə  2008-ci  və    2009-cu  illərdə  87-ci 

mövqeyə malik olmuşdur. 

İri  avtomobil icarə  şirkətlərinin  mövcudluğu göstəricisi üzrə  isə  2008-ci ildə 89-cu və 

2009-cu  ildə  isə  95-ci  yeri  tutmuşdur.  Plastik  kart  qəbul  edən  ATM-lərin  sayına  görə  ölkə 

2008 və 2009-cu illərdə 73-cü mövqedə olmuşdur. 




Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin