Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə22/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   18   19   20   21   22   23   24   25   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

İmaddəddin Nəsimi 
(1369-1417) olmuşdur (Əsl adı 
Seyid Əli). Azərbaycanın filosofu Şamaxı şəhərində dünyaya göz açıb. İlk təhsilini Şamaxıda 
almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. X 
əsrdə Bağdadda dara çəkilmiş həllac Mənsur Hüseynin Sufi görüşlərini təbliğ edən Nəsimi ilk 
şeirini Hüseyni təxəllüsü ilə yazmışdır. XIV əsrin sonlarında Azərbaycanda geniş yayılmış 
hürufi (hürufi ərəbçə hərflər sözündəndir) təşkilatları ilə əlaqə saxlamışdır. Fəzlullah Nəiminin 
görüşlərini mənimsəyərək təriqətin fikirlərini təbliğ edən şeirləri yazmağa başlamış və bu 
vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng deyilən Nəsimi təxəllüsü qəbul etmişdir. 
1394-cü ildə Nəimi edam edildikdən sonra onun “Vəsiyyətnamə”sinə əsasən Nəsimi Təbrizə, 
oradan da Anadoluya (Türkiyəyə) getmiş hürufilik ideyalarını yaydığı üçün dəfələrlə zindana 
salınmışdır. Ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, “kafir”, “dinsiz” elan 
edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur. 
Nəsiminin görüşlərində insana məhəbbət, insan şəxsiyətinin azadlığı mövzusu başlıca yer 
tutur. Şair insanı alçaldan, azadlığını buxovlayan feodal dini-əsarət əleyhinə alovlu etiraz səsini 
qaldırdı. Nəsimi insanı bir yaradıçı varlıq kimi ucaldır, hətta “məndə sığar iki cahan, mən bu 
cahana sığmazam” deyərək insanın qüdrətini tərənnüm edirdi, lakin insanı ilahiləşdirən 
mütəfəkir onu göylərə qaldırmır, konkret insan obrazını nəzərdə tuturdu. Şairin lirik “məni”
elə bir aləmdir ki, bütün kainatın sirləri burada gizlənmişdir. O əzəli və əbədidir, dünyada 
müxtəlif şəkillərdə təzahür edir. İnsan zəkasının, varlığın sirlərini açmağa qadir olduğuna dərin 
inam bəsləyən Nəsimi ideyalarında insanın özünü, beləliklə də həqiqəti dərk etməyə çağırırdı. 
Həyat və kainatın sirlərini dərk etməyə sə'y göstərən mütəfəkkir ardıcıl panteizm mövqeyində 
durur, özündən əvvəlki panteistlər kimi ruhun cəmadət (cansız aləm), nəbadət və heyvanatdan 
keçərək, insana doğru inkişafını qəbul edirdi. Nəsiminin fikrincə maddə məhv olmur. Əbədi 
yaşayır, insan öldükdən sonra bitki şəklində yenidən həyata qayıdır. Beləliklə o, həyatı əzəli və 


23 
əbədi adlandırır. Lakin başqa panteistlərdən fərqli olaraq, Nəsimi bu fikirləri hürufilik 
baxımından izah edir. Nəsimi həyat gözəlliklərini təsdiq edən, ondan bəhrələnməyə çağıran 
nikbin ruhlu mütəfəkkirdir. Nəsimi sufilərə tənqidi yanaşmış özünü dərk edən, həyatın zövqünü 
bu dünyada görən, insan qüdrətinə inanan, onu həyatın yaradıçısı sayan, insan gözəlliyini təqdir 
edən hünərli, iradəli bir şəxsiyyət olan “arif” obrazını onlara qarşı qoymuşdur. Nəsimi 
yaradıcılığında onu kafirlikdə, dinsizlikdə təqsirləndirən ideya düşmənləri ilə mübarizəsi 
əhəmiyyətli yer tutur. O, insanlar arasında dini etiqadlarına görə ayrı-seçkilik, düşmənçilik 
salan “əyri nəzər” din xadimlərini qətiyyətlə pisləyir, bütün xalqları bir etiqada, dostluğa 
səsləyirdi. Böyük Nəsiminin rübailərində hürufiliyin müddəaları, həyat və kainat haqqında 
düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur.
Əbdülbaqi 
Gölpınarlı
 "Hürufilik 
mətnləri 
kataloqu" 
adlı 
əsərində 
hürufiliyin 
Anadoluda
 Mir 
Şərif 
və 
xüsusilə 
böyük 
Azərbaycan
 şairi 
İmadəddin 
Nəsimi
 tərəfindən 
yayıldığını 
bildirir. 
O, 
eyni 
zamanda 
bu 
dövrdə 
Azərbaycan

İran

İraq
 və 
Anadoluda
 yayılan 
hürufilik 
təriqətinin 
qüdrətli 
şairidir. 
İmadəddin Nəsimi
 gözəl, vəcdli və həyəcanlı şeirləri ilə hürufiliyin yayılmasında 
böyük rol olmuşdur. K.Ə.Kürkçüoğlu Abbas əl-Əzzaviyə istinadən yazırdı: "Nəsimi olmasaydı, 
hürufilik bu qədər geniş yayılmaz və zamanımıza da gəlib çata bilməzdi". 
Nəsiminin əsərləri hələ sağlığında Azərbaycanda, Yaxın Şərqdə, İraqda, Kiçik Asiyada və 
Suriyada, eləcə də Orta Asiyada uyğurlar içərisində şöhrət tapmışdır. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin