Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sual 3. Azərbaycan maarifçilik fəlsəfəsi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə30/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   26   27   28   29   30   31   32   33   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Sual 3. Azərbaycan maarifçilik fəlsəfəsi. 
Azərbaycan maarifçilik fəlsəfəsinin mahiyyəti, onun nümayəndələri. 
XVIII əsrin sonu 
XIX əsrin əvvəllərində Azərbaycandakı ictimai-fəlsəfi fikir sosial-tarixi şərait və ictimai 
varlığın inikası olmaqla ziddiyyətli səciyyə daşıyırdı. Belə ki, bu dövrdə Azərbaycanda 
mürəkkəb ictimai-siyasi şərait mövcud idi: xanlıqlar öz müstəqilliklərini itirir, İran və Rusiya 
dövlətlərinin qəsbkar müharibələrinin meydanına çevrilir, talan və qarət edilirlər; digər tərəfdən 
isə yadelli işğalçılara, feodal zülm və əsarətinə qarşı xalqın etirazı və azadlıq mübarizəsi 
hərəkatı güclənirdi. Bakıda və başqa iri şəhərlərdə kapitalist münasibətləri formalaşmağa 


32 
başlayırdı. XVIII əsrin sonu və XIX əsrin ortalarınadək olan dövrdə Azərbaycan ictimai-fəlsəfi 
fikrinin xüsusiyyətlərini aşağıdakı kimi ümumiləşdirmək mümkündür:
 
Birincisi, 
bu dövrdə ictimai fikirdə Azərbaycanın işğal edilib Rusiyaya birləşdirilməsi 
nəticəsində ziddiyyətli meyllər, ideyalar özünü göstərirdi: bir tərəfdən, ictimai-fəlsəfi fikirdə 
köhnə feodal ictimai münasibətlərini, milli ənənə və milli sərhədləri qoruyub saxlamaq, "milli 
özünəməxsusluğu" hifz etmək baxışları altında yeni ideoloji istiqamət güclənirdi, digər tərəfdən 
isə ideoloji həyatda Rusiya mənəvi mühiti ilə yaxınlaşmaq, təhsil və maarifin dünyəviləşməsi 
baxışlarım təbliğ etmək, Rusiya vasitəsi ilə də Avropa mədəniyyəti nümunələri ilə tanış olmaq 
nəticəsində mənəvi-ideoloji fikirdə rus və avropapərəstlik meylləri yaranır və getdikcə 
güclənirdi. 
İkincisi
, bu dövrdə ictimai-fəlsəfi fikirdə islam ehkamçılığının, müsəlman ilahiyyatının 
güclü təsiri xüsusilə hiss olunmaqda idi. 
Üçüncüsü, 
XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan ictimai-fəlsəfi fikrində 
maarifçilik ideyaları da əmələ gəlmiş və getdikcə qüvvətlənmişdi. İdeoloji həyatda yanlış 
olaraq əsasən Avropa hadisəsi kimi qələmə verilən maarifçilik baxışları Azərbaycanda XIX 
əsrin birinci rübündən təşəkkül tapmağa başlamışdı. Maarifçilik bir ideoloji-fəlsəfi fikir 
cərəyanı kimi tarixən feodalizmin ziddiyyətlərinin kəskinləşdiyi və kapitalist münasibətlərinin 
formalaşdığı dövrün məhsuludur. Bu, feodal əsarətinə, cəhalətə, mövhumata, təhkimçilik 
münasibətlərinə qarşı etiraz əlaməti olaraq biliyin, təhsilin azadlıq, hüquq bərabərliyi 
ideyalarının və digər mütərəqqi mənəvi-mədəni prinsiplərin geniş təbliğinə və onların 
qərarlaşması nəticəsində daha mütərəqqi, sosial ədalətə əsaslanan cəmiyyət
 
quruluşuna nail 
olmağa çağıran sosial-fəlsəfi baxış idi. Maarifçilərə görə cəmiyyət haqqındakı sosial 
ədalətsizliyi, zülm və bərabərsizliyi hökmdarın rəiyyətə qədər hamının maariflənməsi 
nəticəsində arada qaldırmaq mümkündür.
Bəzi tədqiqatçılar Azərbaycanda maarifçilik baxışlarının formalaşması dövrünü, onun 
inkişafının birinci mərhələsini XII-XIII əsrlərlə əlaqələndirirlər. Düzdür, həmin dövrlərdə də 
Azərbaycan intibahı ilə əlaqədar insanları təhsilə, maarifə çağıran baxışlar olmuşdur, lakin 
onları maarifçilik fəlsəfəsi cərəyanının ilkin dövrü kimi səciyyələndirmək o qədər də düzgün 
olmazdı. Çünki bütün ölkələrdə zəkanın, biliyin təntənəsinə, sosial ədalət, azadlıq və bərabərlik 
ideyalarının reallaşmasına çağırış, kapitalist istehsal üsulunun qərarlaşması ilə meydana 
çıxmışdır. Bu, feodalizmin möhkəmlənməsi deyil, dağılması prosesinin doğurduğu fəlsəfi-
ideoloji baxış idi. Azərbaycanda isə həmin tarixi proses - XVIII əsrin sonlarından başlayaraq 
XX əsrin əvvəllərinədək davam etmişdir. Odur ki, Azərbaycan maarifçiliyini əsasən XIX əsr 
hadisəsi hesab etmək tarixi həqiqətə daha çox uyğun olardı. Maarifçiliyə, öz sosial-siyasi 
istiqamətinə görə, kapitalist münasibətlərinin formalaşmağa başladığı dövrün ilkin burjua və 
antifeodal ideologiyası kimi baxılmalıdır. Məhz həmin tarixi şərait feodal mütləqiyyətinə, dini 
fanatizmə qarşı XVIII əsrin "qəti inqilabçı" fransız maarifçilik istiqamətini (Volter, Didro, 
Helvetsi, Holbax və b.) doğurmuşdur. Maarifçiliyin başlıca xüsusiyyətini zəkanın, biliyin 


33 
yenidənqurulması və təkmilləşməsi yolu ilə cəmiyyətin sosial-siyasi yeniləşməsinə nail olmaq 
cəhdi təşkil edir. 
Azərbaycan maarifçiliyini öz inkişafına görə iki mərhələyə bölmək olar: 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin