Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə31/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   27   28   29   30   31   32   33   34   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

birinci mərhələ

XIX əsr. Bu mərhələdə maarifçilik ideyaları feodal-təhkimçilik üsul idarəsinin maariflənmə 
yolu ilə islah edilməsi, insaniləşdirilməsi; dini-fanatizm, mövhumat, cəhalətin, feodal 
əsarətinin kəskin tənqid edilməsi və aradan qaldırılması ilə ifadə olunurdu. 
Dünyagörüşlərindəki müəyyən məhdudluq və ziddiyyətlər, bəzən idealist və dini mahiyyət 
kəsb etməsinə baxmayaraq 
A.A.Bakıxanov, M.F.Axundov, İ.B.Qutqaşınlı, H.B.Zərdabi. 
N.B.Vəzirov, Q.B.Zakir
və basqalarının ideyalarını Azərbaycan maarifçiliyinin birinci 
mərhələsinə aid etmək olar. 
Azərbaycan maarifçiliyinin 
ikinci mərhələsi
-XIX əsrin sonu və XX əsrin əvvələrini 
əhatə edir. Bu dövrün maarifçiliyi daha çox radikalizmə, inqilabi demokratik ideyalara 
qovuşması ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlarla həyata keçirməyə meylli 
olması ilə fərqlənir. 
C.Məmmədquluzadə, M.Sabir, Ö.Nemanzadə, Ü.Hacıbəyov, 
S.Ağamalı oğlu, N.Nərimanov
və b. ideyalarını ikinci dövrün radikal, inqilabi-demokratik 
maarifçiliyinə aid etmək olar. 
Dördüncüsü
, XX əsrin əvvəllərindəki Azərbaycan ictimai-siyasi və fəlsəfi fikri üçün həm 
də realist inqilabi-demokratizm ideyaları xas idi. Bu ideyaları maarifçiliyin ilkin dövrü 
nümayəndələrinin fikirlərindən fərqləndirən əsas cəhət, onların öz məqsədlərini həyata 
keçirmək yollarında, taktiki vasitələrində idi. Belə ki, ilkin dövr maarifçiləri çıxış yolunu 
bütövlükdə cəmiyyət üzvlərinin maarifləndirilməsində, dinc, ümumi sosial-siyasi, iqtisadi və 
mənəvi islahatların həyata keçirilməsində görürdülərsə, inqilabi-demokratizmin nümayəndələri 
əsas taktiki vasitə kimi yalnız ümumi maarifçilik islahatını, biliyin yayılmasını deyil, həm də 
radikal taktiki tədbirlərə əl atılmasını, inqilabi yolla sosial ədalətsizliyin ləğv edilməsini
demokratik azadlıqların həyata keçirilməsini irəli sürürdülər. Əgər maarifçiliyin ictimai 
bazasını, əsas qüvvəsini kəndlilər təşkil edirdilərsə, inqilabçı-demokratizmin sosial bazasını 
cəmiyyətin əzilən kütlələri (kəndlilər, fəhlələr, sənətkarlar, şəhər yoxsulları və s.) təşkil 
edirdilər. XX əsrin əvvəllərində fəaliyyət göstərmiş 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin