22
Hürufilər
Adəmd
ən,
Musadan
və
Məhəmmədd
ən sonra Allahın qüvvəsinin təzahürü
kimi
Fəzlullah
ı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların
ən yaxşısında bəyandır (
zühur kibriyyə
), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər
bir zərrəcikdə mövcuddur. O,
həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan
ərəb
əlifbasın
ın 28 və
fars əlifbasın
ın 32 hərfində təcəssüm edir. 7 rəqəmi insan sifətinin əsas
hissələrinə,
Fatihə surəsinin
ayələrinə və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.
Bu ideyalarına
görə Nəimi həbs edilərək, sonralar edam olunmuşdur. Fəzullah
həbsxanada məşhur “Cavidannamə” əsərini yazmışdır. Sözlərin
müqəddəsliyini irəli sürən
həmin əsərdə hürufiliyin başlıca prinsipləri öz əksini tapmışdır. Bəzi filosoflar bu cərəyanı
idealist, bəziləri isə materialist istiqamətə aid edirlər. Əslində isə təlim mistik dini cərəyan
hesab olunmalıdır. Ayrı–ayrı materialist müddəalar bu cərəyanı
materialist cərəyan hesab
etmək üçün kifayət deyildir. “Allah mənəm”, “Allah mənim özümdədir” fikri də allahın tam
inkarı deyil, onun insanda təcəlla tapmasının təsdiqidir. Hürufizm tərəfdarları müsəlmançılığın
müqəddəs kitabı olan Quranın bütün şeylərin məcmusu olduğunu göstərirlər. Allah isə ilkin
əsas olmaq funksiyasını itirmir.
Hürufiliyin ən böyük nümayəndəsi
Dostları ilə paylaş: