297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani
N.Nərimanov dialektik materialist filosof və bacarıqlı həkim idi. Təbiətşünaslığın
nailiyyətlərinə, tibb elminə və qabaqcıl fəlsəfəyə dərindən bələd olan N.Nərimanov elmi-
materialist dünyagörüşə malik idi, cəmiyyət hadisələrinin materialist izahını qəbul edir, varlığın
Allah tərəfindən yaradılması müddəasını əsassız sayırdı. O, "Bahadır və Sona", "Pir"
əsərlərində, müxtəlif dinləri insanlar arasında ədavət yayması, cəhalət və mövhumat mənbəyi
olmasına görə ciddi tənqid edirdi. Dinləri, insanları və millətləri bir-birindən ayıran "uçurum
dərələr" adlandırırdı. O, qeyd edirdi ki, həmin "uçurum dərələr"i insanlar özləri yaratmış, özləri
də yox etməlidirlər.
N.Nərimanov 1923-1924-cü illərdə yazdığı "Elmi kommunizmi düşünmək üçün yol"
adlı
əsərində dialektik materializm mövqeyində durmuş, cəmiyyət həyatına materialist baxışı şərh
etmiş, xalq kütlələrinin inqilabi-mübarizəsini tarixi tərəqqinin aparıcı amili hesab etmişdir:
"Həyat mübarizədir. Mübarizəsiz həyat yoxdur. Mübarizə tərəqqiyə yol açır. Bir-birinə zidd
hərəkətlərin mübarizəsi daha bir şey meydana gətirir: inkar edən inkar olunur".
N.Nərimanov
dünyadakı bütün dəyişilmə və inkişafı onun öz daxili qanunauyğunluqları ilə izah edirdi. O,
qeyd edirdi ki, təbiətdə hər şey dəyişildiyi kimi, insanın şüuru, fikri, biliyi də dəyişir, lakin bu
dəyişmə tarixi qüvvənin təsiri ilə deyil, öz obyektiv daxili qanunauyğunluğu üzrə baş verir. O,
ruhu da insan beyninin fəaliyyəti nəticəsi hesab edərək yazırdı ki, ruh - bilikdir, düşünməkdir, o
şüur təcrübəsinin səmərəsindən meydana gəlmişdir. Ruh beş zahiri hiss üzvünün vasitəsilə
alınan duyğuların və məlumatların cəmidir. "Əql varlığa deyil, varlıq əqlə yol
açır".
N.Nərimanov gerçəkliyin dialektik izahı üçün əsas şərtləri belə qeyd edirdi:
a) bütün şeylərin bir-birilə qarşılıqlı əlaqəsi;
b) gerçəklikdə müdam hərəkət və mübarizə və bu bərəkət və mübarizədə yeninin
əvvəlkini pozması.
Onun fikrincə gerçəkliyə dialektik yanaşma üsulu "Hər bir şeyi və əlamətin qeyri şeylərlə
münasibətini və əlaqədar olmağını tapmaq və bilməkdir"; N.Nərimanova görə "həqiqətən
hərəkətsiz, mübarizəsiz xəyal yoxdur. Bir-birindən zidd şeylərin mübarizəsi hərəkət və həyatın
davam etməsinə səbəbdir", "inkişaf təkamül və inqilabın, kəmiyyət və keyfiyyət dəyişmələrinin
vəhdətindən yaranır" və s. O, inkişafın ziddiyyətli və inkarın inkar mahiyyəti haqqında da
maraqlı fikirlər söyləmişdi.
N.Nərimanovun fəaliyyətində bir həkim kimi, tibbi-elmi fikrin təbliği, səhiyyəyə dair
birliklərin yayılması sahəsində gördüyü çox faydalı işlər də mühüm yer tutmuşdu. Onun "Tibb
və