Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


İslam", "Hamilə qadın", "Göz ağrısı-traxoma", "Xolera = vəba"



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   38   39   40   41   42   43   44   45   ...   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

 
İslam", "Hamilə qadın", "Göz ağrısı-traxoma", "Xolera = vəba"
 
və s. adlarla əhali arasında 
tibbi biliklərin kütləvi yayılması məqsədi daşıyan çoxlu kitabçaları çap olunub yayılmışdı. 


43 
N.Nərimanov tibbi-bioloji inkişafın dialektik materialist təhlilini vermək üçün Ç.Darvinin 
irsinin, xüsusilə onun təkamül təliminin şərhinə mühüm yer verirdi. 
N.Nərimanov milli münasibətlər sahəsində görkəmli nəzəriyyəçisi idi. 
O, Şərq 
millətlərinin azadlıq hərəkatları, milli adət-ənənə, milli
 
mədəniyyət, millətlərarası münasibətlər, 
milli hiss və milli psixologiya sahəsində problemlərin dərin bilicisi idi. Heç təsadüfi deyildi ki, 
1921-ci ildə Dağlıq Qarabağ ətrafında ermənilərin törətdikləri münaqişələrin yenidən 
kəskinləşdiyi bir vaxtda hökumətin milli məsələyə dair yerlərə göndərdiyi təlimat məktubunun 
işlənib hazırlanmasında müəlliflərdən biri olmuş və milli
 
işlər komissarının müavini işləmişdi. 
N.Nərimanov erməni millətçilərinin milli ədavəti qızışdırmaq, özlərinin riyakar ərazi 
iddialarına haqq qazandırmaq üçün bəhanələr törətmək
 
cəhdləri haqqında hələ 1906-cı ildə 
"Müsəlman-erməni yoxsullarına bir neçə söz" adlı müraciətində deyirdi: "Qarabağda son 
hadisələr provokatorlar, Qarabağda erməni-müsəlman milli toqquşmalarından istifadə edərək
özlərinin çirkin əməllərini davam etdirirlər...". 
N.Nərimanovun fəaliyyəti çoxsahəli, dünyagörüşü zəngin, yaradıcılığı rəngarəngdir. 
Gələcək nəsillər onun mənəvi-fəlsəfi və bədii irsini daha dərindən tədqiq edib öyrəndikcə
həmin irsdə özlərinin sosial-mənəvi tərəqqisi üçün faydalı olan çoxlu ideya və baxışlar, mənəvi 
sərvətlər tapa biləcəklər. 
Sual 4. XX əsrdə Azərbaycanda fəlsəfi fikir. 
XIX əsrin fəlsəfi irsi XX əsrdə Azərbaycanda liberal Maarifçilik fəlsəfəsi ilə bərabər 
radikal inqilabi demokratizm və marksizm cərəyanlarının təşəkkülü üçün qaynaq və bünövrə 
oldu. XX əsrdə Azərbaycan fəlsəfi fikri keyfiyyətcə fərqli bir neçə mərhələ keçmişdir: 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin