Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Sovet hakimiyyəti dövründə fəlsəfi fikir



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə46/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   41   42   43   44   45   46   47   48   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Sovet hakimiyyəti dövründə fəlsəfi fikir.
1920-ci ildə Azərbaycanda sosial-siyasi həyat 
və ictimai fikirdəki fərqli prioritetlər, onların ictimai şüurda əksi, millətin siyasi və mənəvi 
baxımdan parçalanmasına, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna, ideoloji həyatda 
getdikcə marksizmin kök salmasına və yeni sosial quruluşun qələbəsinə gətirib çıxartdı. Yeni 
hakimiyyət dövründə terror və siyasi repressiyalar vasitəsilə millətin mövcud rejimə siyasi və 
ideoloji müxalifəti, xüsusən ziyalıları müntəzəm olaraq məhv edilirdi. Marksist-leninçi 
ideologiyanın hakim ideologiyaya çevrilməsi üçün geniş imkanlar yarandı. Məqsədyönlü və 
ardıcıl siyasi və ideoloji təbliğat yolu ilə yeganə hakim dünyagörüşünə çevrilən marksist-
leninçi fəlsəfə sovet hakimiyyəti illərində özünəməxsus təkamül dövrünü keçdi. Bu dövrdə 
Azərbaycanın proletar diktaturası və marksizm fəlsəfəsinə müxalif mütəfəkkirlərinin bir qismi 
siyasi repressiya qurbanı oldu, digər hissəsi isə mühacirət edərək xaricdə siyasətlə bərabər 
fəlsəfə sahəsində də öz fəaliyyətlərini davam etdirdilər. Beləliklə, Azərbaycanın qeyri-marksist 
fəlsəfəsi mühacirətdə, Şərq və Avropa ölkələrində Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, 
Hüseyn Baykara, Mirzəbala Məmmədzadə, Əbdülvahab Yurdsevər və b. tərəfindən inkişaf 
etdirilir və yayılırdı. XIX əsrin sonu- XX əsrin əvvəllərində Azərbaycan fəlsəfi fikrinə xas 
türkçülük, islamçılıq və müasirlik prinsipləri üzərində yüksələn və müstəmləkə Şərqinin 
dirçəliş ideologiyası kimi səciyyələndirilən bu ideyalar qlobal məkanda türk xalqlarını 
müstəqilliyə hazırlamaq baxımından zəruri idi. Bu zərurətin nəticəsidir ki, sovet hakimiyyətinin 


47 
süqutundan sonra bu üç prinsip zamanın sınaqlarından çıxaraq milli ideologiya və fəlsəfi 
dünyagörüşünün ontoloji və sosioloji aspektlərinin müddəaları kimi yaşamaqdadır. 
Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra ölkədə marksizm-leninizmə müxalif 
olan ideoloji cərəyanların fəaliyyəti dayandırıldı, qeyri-marksist fəlsəfi və ictimai-siyasi 
problemlərin tədqiqinə son qoyuldu. Sovet İttifaqının daxilində Azərbaycan Respublikasının 
marksist olmayan filosofları ilə yanaşı, bir çox həqiqi marksist filosoflar da müxtəlif illərdə 
siyasi təqibə məruz qaldılar. Onların fəlsəfi irsinin məxfi arxivlərdə saxlanılmış kiçik bir hissəsi 
Azərbaycan alimi Z.Göyüşovun “Sovet Azərbaycanında fəlsəfi fikir” (1979) kitabı vasitəsilə 
Azərbaycanın fəlsəfə tarixi elminə daxil edildi. 
Sovet dövründə fəaliyyət göstərmiş bir neçə görkəmli filosof barəsində qısa məlumat 
verək: 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin