Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»


Müstəqillik illərində fəlsəfi fikrin inkişaf meylləri



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   41   42   43   44   45   46   47   48   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Müstəqillik illərində fəlsəfi fikrin inkişaf meylləri.
Müstəqilliyin ilk illərində fəlsəfi 
fikirdə inkişaf əvəzinə, bir tənəzzül və durğunluq müşahidə olunmuş, iqtisadiyyatda, elmdə, 
təhsildə azadlıqdan sui-istifadə, qərarlaşmış strukturların dağıdılması halları fəlsəfədən də yan 
ötməmişdir.
Müasir Azərbaycanda fəlsəfənin inkişafı üçün, bir tərəfdən Qərb fəlsəfi fikrinin açdığı 
geniş və hamar yolla getmək, digər tərəfdən, əsasən qonşu müsəlman ölkələrindən daxil olan 
dini-fəlsəfi biliklərə yiyələnmək kimi əlavə imkanlar açılmışdır. Üçüncü bir yol isə kommunist 
ideologiyasından əl çəkmiş Rusiya ilə elmi-fəlsəfi əlaqələri bərpa etməkdən ibarətdir ki, 
əhalinin rus dilini bilməsi və rusdilli fəlsəfi kitabların və dövrü mətbuatın Azərbaycanda geniş 
yayılması bu yolun imkanlarını xeyli artırır. 
Müstəqil Azərbaycan dövlətinin qurulması prosesi onun ideya siyasi təməllərinin 
hazırlanması ilə müşayiət olunmuşdur. Burada biz, Azərbaycanın ümummilli lideri Heydər 
Əliyevin müstəsna rolunu qeyd etməyə bilmərik. Onun ictimai-siyasi fəaliyyətinin fəlsəfi 
mündəricəsini ortaya çıxarmaq xüsusi tədqiqatlar tələb edir və yəqin ki, bu istiqamətdə 
gələcəkdə də tədqiqatlar aparılacaqdır. Amma onun özünün bilavasitə irəli sürdüyü ideyalar da 
çağdaş fəlsəfi fikrin səviyyəsini müəyyən edir. Bu baxımdan, Heydər Əliyevin aforizmlərinin 
seçilib nəşr edilməsi çağdaş fəlsəfi fikir üçün önəmli hadisə hesab edilə bilər. Heydər Əliyevin 
milli ideologiyamızın formalaşdırılması, azərbaycançılığın ideya siyasi əsaslarının işlənib 
hazırlanması sahəsində xidmətləri də xüsusi diqqətə layiqdir. 
Azərbaycanda Heydər Əliyev ideyalarının şərhi və bunların həyata keçirilməsi üçün 
zəruri ideya siyasi mühitin hazırlanması sahəsində professor Ramiz Mehdiyevin xidmətləri, 
həm də Azərbaycanda fəlsəfi fikrin inkişafına müsbət təsir göstərməkdədir. O, öz əsərlərində 
Heydər Əliyev ideyalarına, klassik fəlsəfi irsə və müasir dövrün peşəkar fəlsəfi tədqiqatlarına 
istinad etməklə Azərbaycanda müstəqil dövlət quruculuğunun elmi-nəzəri əsaslarını işləyib 
hazırlamış, habelə dünyada gedən böyük miqyaslı ictimai-siyasi proseslərin Azərbaycan ictimai 
gerçəkliyində spesifik xüsusiyyətlərini araşdırmaqla bu sahədə daha konkret tədqiqatlar üçün 
yol açmışdır. Prof. Ramiz Mehdiyevin “XXI əsrdə milli dövlətçilik” və “Azərbaycan: 
qloballaşma dövrünün tələbləri” mövzusunda kitabları Azərbaycanda sosial-fəlsəfi fikrin 


49 
inkişafı sahəsində ciddi addımlar hesab edilə bilər. Kitablarda köhnə ideologiyadan imtina 
edərək yeni iqtisadi münasibətlərə və demokratik dəyərlər sisteminə keçən Azərbaycanın 
dövlət quruculuğu praktikası, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf yolu qloballaşma 
kontekstində nəzərdən keçirilir. Son dövrlərdə Azərbaycanda bu problematika üzrə tədqiqatlar 
xeyli artmışdır ki, bu da mövzunun xüsusi aktuallığına dəlalət edir.
Azərbaycanda fəlsəfi fikir mühitinin formalaşdırılması işində müəyyən təşkilati addımlar 
da atılmışdır ki, bu da müstəqillik dövrünün uğurları sırasına daxil edilə bilər. 2002-ci ildə 
Azərbaycan fəlsəfi ictimaiyyətinin, Rusiyanın və Türkiyənin filosofları ilə əlaqəsini daha 
mütəşəkkil səviyyədə təmin etmək üçün Bakıda (Azərbaycan Universitetində) keçirilən 
beynəlxalq konfrans itirilmiş yaradıcılıq əlaqələrinin bərpası istiqamətində mühüm addım oldu. 
Bundan sonra azərbaycanlı fəlsəfə tədqiqatçılarının Rusiya və Türkiyədə keçirilən 
konfranslarda iştirakı müntəzəm xarakter aldı. Azərbaycanlı müəlliflər Moskvada rus və ingilis 
dillərində çıxan “Qlobalistika” ensiklopediyasının hazırlanması işinə cəlb edildilər. 2000-ci ilin 
avqustunda və 2003-cü ilin iyul ayında Romada keçirilən Beynəlxalq Metafizika 
konqreslərində, 2003-cü ilin avqustunda İstanbulda keçirilən XXI Ümumdünya Fəlsəfə 
konqresində, həmin ilin dekabr ayında İstanbulda keçirilən Türkiyə, Azərbaycan və Qazaxıstan 
sosioloqlarının konfransında, 2004- cü ildə Oksford Universitetində, 2005-ci ilin avqustunda 
Hollandiyada keçirilən Beynəlxalq Fenomenologiya konfranslarında, 2005-ci ilin oktyabrında 
Türkiyənin İzmit şəhərində keçirilən Türkdilli xalqların sosioloqlarının I Beynəlxalq 
qurultayında Azərbaycan nümayəndə heyətlərinin iştirakı beynəlxalq yaradıcılıq əlaqələrinin 
genişlənməsindən xəbər verir.
Son illərdə Bakı da bir sıra beynəlxalq fəlsəfi tədbirlərin təşkilatçısı olmuşdur. 2002-ci 
ildə fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin rəhbərliyi ilə Azərbaycan Fəlsəfə və Sosial-
Siyasi Elmlər Assosiasiyasının təsis edilməsi filosofların daha yaxşı təşkilatlanmasına səbəb 
olmuş və elə həmin ildən Azərbaycanda “Fəlsəfə və sosial-siyasi elmlər” adlı jurnalın nəşrinə 
başlanmışdır. Assosiasiyanın təşəbbüsü ilə Karl Popperin və Jan Pol Sartrın anadan olmasının 
100 illiyi, Kantın vəfatının və Feyerbaxın anadan olmasının 200 illiyi, Con Lokkun vəfatının 
300 illiyi təntənə ilə qeyd edilmiş, onların haqqında dövri mətbuatda məqalələr çap 
etdirilimşdir ki, bu da Azərbaycan ictimaiyyətinin diqqətini dünya fəlsəfi fikrinə yönəltmək 
sahəsində önəmli bir addımdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının 
təşəbbüsü ilə habelə milli-fəlsəfi fikir tarixinin təbliği sahəsində bir sıra beynəlxalq miqyaslı 
tədbirlər həyata keçirilmişdir. Bunların arasında Azərbaycanın görkəmli filosofu Şihabəddin 
Yəhya Sührəvərdinin anadan olmasının 850 illik yubileyini və yubiley ərəfəsində çap olunan 
nəşrləri, habelə akademik Heydər Hüseynovun anadan olmasının 95 illik yubileyi münasibətilə 
görülən işləri, hər ilin noyabr ayında Beynəlxalq Fəlsəfə gününün təntənə ilə qeyd olunmasını 
xüsusi qeyd etmək lazımdır. 2004-cü ilin oktyabrında professor Aida İmanquliyevanın 
yubileyinə həsr olunmuş «Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» adlı 
beynəlxalq elmi konfransda ABŞ-dan, Türkiyədən və Rusiyadan gəlmiş görkəmli filosofların 
iştirakı Azərbaycan fəlsəfi ictimaiyyətinin həyatında mühüm hadisə hesab edilə bilər. Həm də 


50 
bu konfrans ötəri olmamış, 2005-ci ilin payızında keçirilən təkrar beynəlxalq konfransda daimi 
fəaliyyət göstərən “Şərq və Qərb: fəlsəfələr arasında körpü” adlı Beynəlxalq Alimlər 
Assosiasiyası yaradılmışdır. Mərkəzi ofisi ABŞ-da yerləşən Ümumdünya Fenomenologiya 
İnstitutunun direktoru, professor Anna-Tereza Tumeniçkanın, M.V.Lomonosov adına MDU-
nun kafedra müdiri Zotovun, Qalatasaray Universitetinin fəlsəfə kafedrasının dekanı, professor 
Kənan Gursoyun, Qazi Universitetinin professoru Süleyman Hayrı –Bolayın, İstanbul 
Universitetinin professoru Ümit Meriçin, tanınmış türk yazıçısı və filosofu Mustafa 
Armağanın, Rusiya Fəlsəfə cəmiyyətinin birinci vitse-prezidenti, professor A.Çumakovun, 
Rusiya EA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor N.Smirnovanın, Hollandiyalı professor 
M.Keijzer və s. AFSEA-nın təşəbbüsü ilə keçirilən müxtəlif konfranslarda və yubiley 
mərasimlərində, birgə seminarlarda iştirakı Bakıda elmi-fəlsəfi yaradıcılıq mühitinin 
beynəlxalq miqyas aldığına dəlalət edir. 
Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahəsində 
atılmış ciddi addımlara baxmayaraq, bu sahədə həm təşkilati işin, həm də elmi yaradıcılıq 
prosesinin daha da inkişaf etdirilməsinə ehtiyac vardır. 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin