Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix07.01.2024
ölçüsü0,56 Mb.
#202838
1   ...   41   42   43   44   45   46   47   48   49
297 felsefe m N4azerbaycanda felsefi fikrin inkishafi eyani

Aleksandr Makovelski 
(1884– 1969). Qazan universitetini bitirmiş, Azərbaycan EA 
akademiki, SSRİ EA müxbir üzvü olmuşdur. Onun “Avesta”, “Sokratadək”, “Sofistlər”, 
“Fəlsəfəyə giriş”, “Atomistlər” və s. əsərləri fəlsəfə tarixinin bir sıra problemlərini işıqlandırır. 
Mehbalı Qasımov 
(1906– 1962). Moskva tarix– fəlsəfə məktəbini bitirmiş, çoxlu 
tələbələr yetirmişdir. “Ömər Xəyyamın rübailərində materializm”, “M.F.Axundov və XIX əsr 
rus inqilabi– demokratik estetikası”, “XIX əsrdə Azərbaycan xalqının qabaqcıl fəlsəfəsi və 
ictimai– siyasi fikri tarixinin oçerkləri” onun qələminin məhsuludur. 
Əhməd– Kərədi Zəkuzadə 
(1888–1968). İstanbul universitetinin fəlsəfə şöbəsini 
bitirmiş filosof, şərqşünas, yazıçı, psixoloq, məntiqçi olmuşdur. ”Bəhmənyarın fəlsəfi 
görüşləri”, “Psixologiya”, “İbn-Sinanın psixologiyası”, “Əl-Nəzzamın fəlsəfəsi”, “Orta əsr 
ərəbdilli Azərbaycan məntiqinin tarixindən” və s. əsərlərin müəllifidir. 
Heydər Hüseynov 
(1908– 1950). Çoxlu məqalələrin, kitabçaların müəllifidir. “XIX əsr 
Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” adlı əsərinə görə təqiblərə məruz qalmışdır. 
Azərb. EA– nın vitse– prezidenti olmuş, akademik intihar etməyə məcbur edilmişdir. 42 illik 
ömründə Azərbaycan elminə misilsiz xidmətlər göstərmişdir. 
Ziyəddin Göyüşov 
(1920– 1982). Azərbaycan EA– nın müxbir üzvi idi. Etik fikir 
tarixinin tədqiqi ilə məşğul olmuşdur. “Azərbaycan maarifçilərinin etik görüşləri”, “Əxlaqi 
sərvətlər”, “Həzz və iztirab”, “Fəzilət və Qəbahət”, “Daxilə pəncərə”, “Sovet Azərbaycanında 
fəlsəfi fikir” (Qısa oçerk) və s. əsərlərin müəllifidir. 
Aslan Aslanov
(1926– 1995), filosof, şair, tərcüməçidir. Akademikin bir sıra şer kitabları 
ilə yanaşı, “İncəsənət və tərbiyə”, “Estetika aləmində” və s. əsərləri çapdan çıxmışdır. O, eyni 
zamanda Azərbaycanda nəşr olunan bir sıra estetika dərsliklərinin müəllifi idi. Çox saylı 
alimlərin yetişdirilməsində böyük rolu olmuşdur. 
Bütün bu filosoflarla yanaşı, Sovet dövründə Azərbaycanda çoxsaylı filosof ordusu 
yetişmişdir. Onlardan Şeydabəy Məmmədov, Firudin Köçərli, Fuad Qasımzadə, Midhəd 
Ağamirov, Həsən Şirəliyev, Şükufə Mirzəyeva, Adil Nəcəfov, Mikayıl Məmmədov, Məqsəd 
Səttarov, Ənvər Əhmədov, Qurban Bayramov, Qeysər Xəlilov, cəmil Əhmədli, Əhməd 
Həsənov, Maqsud Cəlilov, Həmid İmanov, camal Mustafayev, Əfrand Daşdəmirov, Sabir 


48 
Daşdəmirov, Niyazi Mehdi, Vəli Həbiboğlu, Zakir Məmmədov, Gülnaz Abdullazadə, Zeynəd-
din Hacıyev, Fərman İsmayılov, Zümrüd Quluzadə, Oruc Abdullayev, Elmira Zamanova, 
Solmaz Rzaquluzadə, Fərrux Ramazanov, V.Kərimov, İzzət Rüstəmov, Yusif Rüstəmov, Zahid 
Orucov, Nizami Məmmədov, İmran Cəfərzadə, Məmmədəli Zeynalov, Telman Hacıyev, 
Abdulla Əhədov, Əlipaşa Əliyev, Murad Axundov, Maarif Əkbərov, Rafiq və Babək 
Qurbanovlar, Qabil Hüseynli, Əlikram Tağıyev, Ələddin Şakirzadə, Səlahəddin Xəlilov, Vəli 
Paşayev, Həsən Quliyev, Rəhman Bədəlov, Əli Abasov, Əlikram Abdullayev, Şamil Qasımlı, 
Əbülhəsən Abbasov, Rəfiqə Əzimova, Kazım Əzimov, Məmməd Balayev, İlham 
Məmmədzadə, Qabil Seyidov, Azər Mustafayev, Adil Əsədov, Pənah Mahmudov, Qədim 
Mustafayev, Əsəddula Qurbanov, Əlisa Əhmədov, Rafiq Əliyev, Əziz Məmmədov, Tariyel 
Əhmədov, Nizami Nəcəfov, Qoşqar Əliyev və başqalarını xüsusi qeyd etmək olar.

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin