9
vermək üçün Holbaxın götürdüyü əlamət kifayət deyildi. Belə ki, bizim hisslərimizə yalnız
maddi deyil, mənəvi hadisələr də təsir edir və müəyyən şəraitdə sonuncuların təsiri daha güclü
olur.
Metafizik materializmin görkəmli nümayəndəsi olan L.Feyerbax da materiya haqqında
fəlsəfi təsəvvürlərin inkişafına əhəmiyyətli hədiyyə verərək onun obyektivliyini, "bizdən
xaricdə" və şüurumuzdan asılı olmadan mövcud olduğunu qeyd etsə də, materiyaya fəlsəfi tərif
verməyərək onu materiyanın konkret növləri ilə eyniləşdirirdi. O yazırdı ki, təbiət işıqdır,
elektrikdir, maqnetizmdir, havadır, sudur, oddur, torpaqdır, heyvandır,
bitkidir, insandır.
Beləliklə, L.Feyerbax da materiya anlayışının onun konkret növlərinə münasibəti məsələsini
düzgün həll edə bilməyərək onları eyniləşdirmişdi.
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti olan bu vacib
məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin baniləri fəlsəfi kateqoriya
olmaq etibarilə materiya anlayışının məzmununu açaraq göstərdilər ki, materiya şüurdan asılı
olmadan mövcud olan və duyğu orqanlarımıza təsir edərək şüurumuzda əks olunan obyektiv
reallığı ifadə edir. Məsələn, F.Engelsə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz
duyğu ilə qavranılan müxtəlif maddi cisimlərin
konkret xassələrindən, keyfiyyət fərqlərindən
sərfnəzər edərək onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə də
materiyanın fəlsəfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi, onun növlərindən
və ya xassələrindən biri ilə, yaxud da materiya haqqındakı konkret təbii-elmi təsəvvürlərlə
eyniləşdirmək olmaz.
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX əsrin sonu
XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş verən və materiya
haqqındakı mövcud təbii-elmi təsəvvürləri alt-üst edərək təbiətşünaslıqda
əsl inqilab yaradan
kəşflərin mənasının açılması ilə əlaqədar olaraq mühüm əhəmiyyət kəsb etmişdi.
Məlum olduğu kimi, XIX əsrin sonlarınadək metafizik olan təbiətşünaslar və filosoflar
materiyanı onun növlərindən biri olan maddənin ən kiçicik və dəyişməz hissəciyi sayılan atomla
eyniləşdirməkdə davam edirdilər. Fizikadakı ən yeni kəşflər, birinci növbədə, radioaktivliyin
(1896) və elektronun (1897)
kəşfi atomun mürəkkəbliyini, daha kiçik hissəcik olan
elektronlardan təşkil olunduğunu aşkara çıxartdı. Materiyanı bölünməz sayılan atomların
məcmusu kimi başa düşməkdə davam edən "fiziki" idealistlər atomun mürəkkəbliyi faktının
müəyyənləşdirilməsindən atomun maddilikdən çıxması, materiyanın heç bir maddi daşıyıcısı
olmayan xalis elektrik hərəkəti kimi baxdıqları elektrona çevrilərək "yox olması" nəticəsini
çıxartdılar. Məsəbn, L.Ulviq "Elmlərin təkamülü" kitabının "Materiya mövcuddurmu?" fəslində
yazırdı ki, "atom materiyalıqdan çıxır, materiya yox olur". Bu fikir bir sıra digər alimlərin
əsərlərində də öz əksini tapmışdı.
10
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii-elmi tərifini
fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika həll etməlidir. Məhz bu sadə və mühüm
həqiqəti anlamadıqlarından "fiziki" idealistlər materiyanın mürəkkəb quruluşa malik olduğunun
aşkar edilməsini "materiyanın yox olması" kimi qələmə verirdilər. Əslində isə materiyanın
quruluşu haqqında elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi qətiyyən
"materiyanın yox olmasına" dəlalət etmir.
"Fiziki" idealistlər "materiya yox olur" fikrini söyləyərkən
eyni zamanda klassik
mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki baxışların aradan
qalxmasına "əsaslanırdılar".
Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika böyük kütləli və
yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin kütləsi onların nisbi sükunət
halında olmalarından, yaxud hər hansı sürətlə hərəkət etmələrindən asılı olmayaraq, dəyişməz
qalırdı. Elektronun kəşfi və elektron nəzəriyyəsinin yaradılması göstərdi ki, elektronun kütləsi
mütləq, dəyişməz olmayıb onun yaratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı olaraq
dəyişir, belə ki, elektronun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi də artır. Deməli,
elektron iki kütləyə—mexaniki və elektromaqnit kütləyə malikdir. Kütlə materiya miqdarının
ölçüsü sayıldığından mexaniki kütlənin dəyişməsi faktının müəyyənləşdirilməsi də "materiyanın
yox olması" kimi şərh edildi.
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və qnoseoloji cəhətdən
dürüst olmayaraq "materiyanın yox olması" adlandırılan ifadənin məğzinin təhlili göstərir ki,
həmin iddianın mahiyyəti materiyanın əvvəllər mütləq, dəyişməz sayılan bəzi xassələrinin yox
olması və materiyanın bəzi hallarına məxsus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə,
materiyanın həmin xassələrinə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması
deməkdi.
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər baxımından
materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın
konkret növləri, xassələri ilə bağlılıqdan
azad və ona həmin kateqoriyanın məzmununu açan tərif vermək
lazımdı. Əks halda materiya
yenə də özünün növləri, xassələri ilə eyniləşdirilər və hər dəfə yeni kəşflərlə əlaqədar olaraq
materiyaya yenidən tərif verilməsi lüzumu meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya
kimi tərif verilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun tarixi
inkişafının nailiyyətlərini, materiya haqqında təlim ətrafında
gedən fəlsəfi mübarizənin
nəticələrini, insanların ictimai-istehsal təcrübəsinin verdiyi faktları, ən yeni kəşfləri təhlil edib
ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi materiyaya elmi cəhətdən əsaslandırılmış belə
tərif vermək olar:
Dostları ilə paylaş: