11
mövcud olan və duyğularımızla surəti alınan, şəkli alınan, əks olunan obyektiv reallığı
göstərmək üçün fəlsəfi bir kateqoriyadır.
Materiyanın bu tərifi fəlsəfənin əsas məsələsinin hər iki ontoloji və qnoseoloji tərəflərinin
materialistcəsinə həllini əks etdirən aşağıdakı müddəalara əsaslanır:
a) materiya insan şüurundan xaricdə və ondan asılı olmadan
mövcud olan obyektiv
reallıqdır;
b) obyektiv reallıq olan materiya hiss üzvlərimizə təsir edərək duyğularımızda əks olunur,
yəni o, dərkediləndir.
Bununla da həmin tərif öz məzmununa görə xarici aləmin obyektiv reallığını və şüura
nəzərən birinciliyini rədd edən həm obyektiv, həm subyektiv idealizmə, eyni zamanda materiya
və şüuru bir-birindən asılı olmayan müstəqil substansiyalar sayan dualizmə, həm də dünyanın
dərkedilənliyini inkar edən aqnostisizmə qarşı yönəlmişdir.
Materiyanın bəhs etdiyimiz tərifi gördüyümüz kimi, son
dərəcə geniş olub özlüyündə
materiyanın bütün məlum formalarını, habelə hələlik məlum olmayan, lakin dünyanın sonsuz
dərk olunması prosesində kəşf oluna bilən bütün formalarını əhatə edir.
Qeyd etmək lazımdır ki, müasir fəlsəfədə də materiya qədim fəlsəfədə olduğu kimi,
dünyanın substansional əsası kimi səciyyələndirilir. Lakin bu
zaman iki momenti nəzərdə
tutmaq lazımdır. Əvvəla, materiya substansiya olmaq etibarilə bütün maddi törəmələrin əsası
kimi çıxış etsə də, bu, artıq qədim filosofların qəbul etdikləri dünyanın dəyişməz, mütləq əsası
olmayıb nisbidir. İkincisi, bu substansionallıq əlaməti materiyanın tərifinə daxil edilən
"obyektiv reallıq olmaq" xassəsi ilə üzvi əlaqədədir. Materiyanın şüura nəzərən birinciliyinin və
onun mövcudluğunun şüurdan asılı olmamasının qəbul edilməsi materiyanın substansiya kimi
səciyyələndirilməsini fərz edir. Bu sonuncusu əsas qnoseoloji məsələ daxilində materiya və
şüurun bir-birinə qarşı qoyulmasının nisbiliyini aşkara çıxararaq göstərir ki,
həmin əksliyin
yalnız çox məhdud bir hüdud daxilində mütləq əhəmiyyəti vardır: burada onun əhəmiyyəti
yalnız onlardan hansının birinci və hansının ikinci götürülməsi kimi əsas qnoseoloji məsələ
dairəsindədir. Bu dairədən kənarda məlum olur ki, onların hər ikisi mövcuddur.
Fəlsəfi kateqoriya kimi materiya anlayışı onun haqqındakı təbii-elmi təsəvvürlərlə əlaqədar
olsa da, ondan əsaslı surətdə fərqlənir. Materiyanın fəlsəfi anlayışı öz əhatə dairəsinə görə onun
haqqındakı təbii-elmi
təsəvvürlərdən daha geniş olub, sonuncular inkişaf etdikcə daha da
zənginləşir. Lakin bu anlayış daha geniş və ümumi olduğundan idrakın inkişafı gedişində əsaslı
dəyişikliklərə məruz qalan, bəzən hətta aradan qalxaraq yeniləri ilə əvəz olunan təbii-elmi
təsəvvürlərdən fərqli olaraq heç vaxt kökündən dağılaraq aradan qalxmır.
Buna görə də
materiyanın fəlsəfi anlayışını qətiyyən onun haqqındakı konkret təsəvvürlərlə eyniləşdirmək
olmaz. Çünki bunlar fəlsəfi və təbii-elmi kimi iki müxtəlif məsələdir və onların eyniləşdirilməsi
12
XIX-XX əsrlərin qovşağında olduğu kimi, materiya anlayışına qarşı mübarizəsində idealizmə
əsas verir.
Məlum olduğu kimi, materiyaya mexaniki-metafizik baxış XIX əsrin sonunadək öz hakim
mövqeyini saxiamışdı.
Doğrudur, XIX əsrin son rübündə bəzi təbiətşünaslar (rus kimyaçısı
D.İ. Mendeleyev, ingilis alimləri V.Kruks və E.Rezerford) atomu nə isə dəyişməz, əbədi və ən
sadə bir şey, materiyanın "bölünməz" və "sonuncu" hissəciyi sayan hakim fikrə şərik olmayaraq
onun mürəkkəbliyini söyləmişdilər. F.Engels də 80-ci illərdə atomun mürəkkəbliyi fikrinə şərik
çıxaraq yazırdı:"... atomlar heç də bəsit bir şey deyildir. Maddənin bizə məlum olan,
ümumiyyətlə, ən kiçik hissəciyi deyildir". Bununla belə materiyaya metafizik baxış XIX
əsrin
sonlarınadək davam etmişdir.
Yalnız XIX əsrin sonlarında fizikadakı bir sıra kəşflər, xüsusilə radioaktivliyin (1896) və
elektronun kəşfi (1897) sayəsində atomun mürəkkəbliyi və dəyişkənliyi, bir kimyəvi elementin
atomunun digər elementin atomuna çevrilənliyi aşkar edildi. Məlum oldu ki, atomlar daha
kiçicik materiya hissəciklərindən təşkil olunmuş mürəkkəb sistemlərdir.
Bu kəşflərin
mahiyyətini başa düşməyən və materiyanın fəlsəfi anlayışını onun haqqındakı təbii-elmi
təsəvvürlərlə eyniləşdirən maxistlər "fiziki" idealizm mövqeyindən çıxış edərək həmin
təsəvvürlərin aradan qalxmasını materiyanın özünün aradan qalxaraq "yox olması " kimi izah
etdilər.
Bu, maxistlərin materiyanın fəlsəfi anlayışı ilə onun haqqındakı təbii-elmi təsəvvürlərin
münasibətini anlamadıqlarını göstərir. Yalnız fəlsəfə üçün deyil, həm də fizika və bütövlükdə
təbii-elmi idrak üçün mühüm metodoloji əhəmiyyəti olan bu məsələni ancaq dialektikanın
tətbiqi əsasında aydınlaşdırmaq mümkündür. Həmin məsələyə dialektikcəsinə yanaşdıqda aydın
olur ki, dünyanın
hər bir konkret, elmi (mexaniki, elektromaqnit, kvant-mexaniki və s.)
mənzərəsində bir-birilə bağlı olan iki cəhət vardır: təbii-elmi və fəlsəfi. Materiyanın quruluşu və
xassələri haqqında təbii-elmi nəzəriyyələr maddi cisimlərin quruluşu, onların hərəkət formaları,
qarşılıqlı təsirləri haqqında təsəvvürləri ilə, bu maddi obyektlərə,
nə kimi konkret fiziki və
kimyəvi xassələr isnad verilməsi ilə fərqlənir. Materiya haqqında nəzəriyyənin fəlsəfi cəhətinə
gəldikdə isə o, fiziki məzmunca müxtəlif olmasına baxmayaraq, fiziki aləmin maddiliyinin,
obyektivliyinin qəbul olunması ilə bağlıdır.
Dostları ilə paylaş: