Anaksaqorda ağıl,"nus"
formasında) kimi fundamental məsələ qaldırdılar.
Sözün tam mənasında ümumi dəyişkənlik prosesinin heç bir konkret növünə (mexaniki
yerdəyişmə, keyfiyyətcə dəyişmə, yaranma, yox olma və s.) müncər edilməyən və intuitiv
olaraq, ümumiyyətlə "dəyişmə" kimi qavranılan mücərrəd ''hərəkət" kateqoriyası ilə ilk dəfə
pifaqorçuların, xüsusən Filolayın təlimində rastlaşırıq. Hərəkət haqqında ilk sistematik nəzəri
təlimi isə yalnız Platon, xüsusən da Aristotel yaratdılar. Onlarda hərəkət haqqında
pifaqorçuların dərin mənası olan intuitiv təsəvvürlərinin yerini hərəkət kateqoriyasına verilən
dəqiq nəzəri təriflər əvəz etdi. Burada yalnız Aristotelin tərifini vermək kifayət edər;
"Hər bir növdən olan mümkün varlıqla gerçək varlıq fərqləndiyinə görə mən hərəkət dedikdə imkan şəklində olanın həyata keçməsini başa düşürəm". Yeni dövrdə dünyanın mexaniki mənzərəsinin formalaşması və hərəkətin bütün növləri
içərisində yalnız mexaniki yerdəyişmənin hərtərəfli və dərindən öyrənilməsi üzərindən
bütövlükdə hərəkət anlayışını mexaniki yerdəyişmə ilə eyniləşdirmək meyli üstünlük təşkil
edirdi. XVIII əsr fransız materialistlərinin bir sıra mülahizələri hərəkət anlayışının bu mexaniki
məhdudluğuna qarşı yönəlsə də, bərəkətin keyfiyyət çoxcəhətliyi haqqındakı müddəa elm və
fəlsəfədə yalnız XIX əsrin ikinci yarısında kök sala bildi. XIX əsrin 40-cı illərində enerjinin
saxlanması və çevrilməsi qanununun kəşfi hərəkətin heçdən yaranmaması və itməməsi, onun
yalnız bir keyfiyyət halından digərinə çevrilməsi haqqındakı təsəvvürün qərarlaşmasında
həlledici rol oynadı. F.Engels həmin dövrdə elm və təbiətşünaslığın nailiyyətlərini
ümumiləşdirərək, hərəkətin əsas formalarının aşağıdakı təsnifatını vermişdir:
1) mexaniki hərəkət; 2) fiziki hərəkət; 3) kimyəvi hərəkət;