17
dəyişməsi
inkişaf
adlanır. İnkişaf prosesinin iki əsas növünü göstərmək olar: materiyanın eyni
bır struktur təşkili səviyyəsinin hüdudları daxilində baş verən keyfiyyət dəyişmələri və bir
səviyyədən digər səviyyəyə keçidlə xarakterizə olunan keyfiyyət çevrilmələri. Birincilərə misal
olaraq ulduzların
təkamülü prosesini, canlı aləmdə yeni bitki və heyvan növlərinin meydana
gəlməsini və s. gətirmək olar. Qeyri-üzvi təbiətdən canlılar
aləminə və nəhayət, cəmiyyətin
təşəkkül tapmasına gətirib çıxaran inkişaf isə ikinciyə misal ola bilər. Hərəkətin əsas formaları
ən ümumi şəkildə məhz bu ikinci prosesi özündə əks etdirirlər.
Burada qısa şəkildə də olsa, hərəkət və sükunətin qarşılıqlı münasibətinə də nəzər salmaq
lazımdır.
Bir halda qəbul edirik ki, obyektiv gerçəklikdə hərəkət mütləq və əbədidir, onda
sükunətdən danışmağına dəyərmi? Əgər hərəkət də varlıq və materiya kimi sonsuz, yaradılmaz
və
məhv edilməzdir, onların atributudur, onda sükunət nədir? Əlbəttə:
gerçəklikdəki
dəyişikliklərin ümumi axınında zəruri şərt kimi sükunət momentləri də vardır. Lakin bu sükunət
momentləri bütövlükdə varlığa deyil, müəyyən zaman daxilində təzahür edən konkret hadisə və
proseslərə aiddir, Deməli, sükunət halı varlığın ayrı-ayrı konkret təzahürlərində,
ümumi ilə
müqayisədə meydana çıxır. Sükunət halında predmet öz keyfiyyət halında qalır. Cismin
sükunəti nisbidir, o, həm də varlığın, materiyanın ümumi, əbədi hərəkətində hərəkət edir.
Məkan və zaman.
Dünyada mövcud olan predmet və hadisələrə müəyyən təriflərdən ölçü
anlayışını tətbiq etmək mümkündür. Bu ölçü ən müxtəlif xarakter daşıya bilər. Ölçü
Dostları ilə paylaş: