19
konsepsiya
adlanır. Zamana münasibətdə substansional konsepsiya məkanla birlikdə sistematik
olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona
görə, məkan-zaman maddi cisimlərin müəyyən ardıcıllıqla
yerləşdiyi rəflər, pillələrdir.
Substansional konsepsiyanın
əksinə olaraq, Leybnits məkan və zamanın
relyasion
konsepsiyası
təlimini irəli sürmüşdür.
Relyasion konsepsiya məkan və zamanın maddi obyekt və proseslərdən asılı
olmayaraq,
müstəqil
mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı
xüsusi tip münasibətlərdə görür. Relyasion konsepsiya öz başlanğıcını Aristotelin məkan-zaman
təlimindən götürür. Sonralar relyasion konsepsiya dialektik materializmin
məkan və zaman
təliminin əsasını təşkil etdi.
Məkan və zaman varlığın xalis xarici xarakteristikalarıdır. Bu kateqoriyalarda predmet və
hadisələr arasında mövcud olan heç bir daxili, maddi əlaqə və asılılıqlar öz əksini tapmamışdır.
Onlar sanki insanın dünya ilə təmasında dünyanın insana ən ilk görünən tərəfləridir. Məkan və
zaman kateqoriyaları vasitəsi ilə dünya insan təfəkküründə birbaşa, vasitəsiz surətdə əks olunur.
İnsanın gündəlik həyatında, ictimai praktikası və nəzəri fəaliyyətində dünya özünü ilk növbədə
və hər şeydən əvvəl öz məkan və zaman xarakteristikaları
vasitəsi
ilə təzahür etdirir. Təsadüfi
deyildir ki, Hegel məkanı -
"təbiətin ilk və ya bilavasitə tərifi..., onun vasitələrdən məhrum
fərqsizliyi"
adlandırırdı.
Məkan və zaman kateqoriyalarının varlığın zahiri xarakteristikaları olması o deməkdir ki,
bu kateqoriyaların məzmunu materiyanın strukturluğuna və keyfiyyət fərqlərinə (müxtəlifliyinə)
münasibətdə tam neytraldır. Bu kateqoriyalarda idrakın dünyaya nüfuz etməsinin elə
səviyyəsi
əks
olunur ki, həmin səviyyədə predmet və hadisələr arasındakı yalnız
kəmiyyət fərqləri və
münasibətləri
təzahür edir, yəni varlıq özünü kəmiyyət baxımından
diferensiasiya edərək
fərdiləşdirir. Yəqin ki, Hegelin məkanı
Dostları ilə paylaş: